Səməni





1 st buğda

Tənzif


Hazırlanması:

Buğdanı təmizləyib suya qoyub 2-3 gün saxlayırıq.



Buğda şişəcək.



Buğdanı sudan çıxarıb dəsmalın üstünə səririk suyu çəkilir.



Suyu çəkildikdən sonra buğdanı qaba tökürük.



Tənzifi suya salıb isladıb buğdanın üstünə səririk.



Tənzif yaş qalmalıdır. Buğda cücərməyə başlayanda tənzifi götürürük.

Səməninin suyunu elə vermək lazımdır ki, altında su yığılıb qalmasın. Quruluğuna baxıb 2 gündə bir su vermək olar.











Bayramınız mübarək!


OXŞAR YAZILAR
.Kakaolu krem 2
Ərzaqlar: 3 x.q kakao 200 q kərə yağı 1 qutu qatılaşdırılmış süd 1 paket vanil Hazırlanması: Yağı ağaranadək mikserlə çalırıq. Sonra qatı
.Od Çərşənbəsi
Boz ayda qeyd edilən ikinci çərşənbə - Od çərşənbəsidir. Azərbaycanlıların qədim bayramlarından biri olan Novruz yaradılışın mərhələlərini əks etdirən dörd
.Qaymaqlı krem 2
Ərzaqlar: 500 q qaymaq (33%-li) 4 x.q şəkər pudrası 1 paket vanil Hazırlanması: Qaymağı qaba töküb mikserlə qatı olanadək çalırıq. Sonra van
.Xamalı biskvit
Ərzaqlar: 200 q xama 6 ədəd yumurta 1 st şəkər tozu 1 st un 1 paket vanil 1 paket qabartma tozu Zövqə görə xəmirə limon qabığı tökə bilərsiniz.
.Bulka xəmiri
Ərzaqlar: (35-40 bulka alınır) 200 qr kərə yağı 2,5 st süd 3 ədəd yumurta(2 sarısı üzünə) 3/4 st şəkər tozu 3/4 ç.q duz 1 paket tez maya1 paket
Şərh yaz
Adınız:
Email: saytda görsənməyəcək
Mətn
Kod gizli kod Yenilə
Kodu yaz

Şərhlər
Reseptaz (02 mart 2017 12:58)
Çox sağ olun. sizlə bahəm..
ELMARA (02 mart 2017 11:18)
Bayramınız mübarək resept.az istifadəçiləri .neçe bele gğzəl illərə
ELMARA (02 mart 2017 11:17)
xanımlar xoşunuza geldimi ?resept.azlılar?
ELMARA (02 mart 2017 11:15)
NECEDI NEĞMELER?HEEEEEEEE?
ELMARA (02 mart 2017 11:14)
Dövrə vuraq hal eyləyək.
Küsülülərə yol eyləyək,
Öyüdləri bol eyləyək.
Küsülülərim nə düz gəlir,
Şənlik gəlir, şuxluq gəlir,
Bahar gəlir, nəfəs gəlir,
Oxumağa həvəs gəlir.
Küsülülər gəldi peymana,
Dədə də gəlsin meydana.
Meydanda tavar saz olsun,
Avazlarımızı bir görək,
Küsülülər öpüşsün gərək,
Küsülülərim nə düz gəlir,
Şənlik gəlir, şuxluq gəlir,
Bahar gəlir, nəfəs gəlir.
Oxumağa həvəs gəlir.
ELMARA (02 mart 2017 11:14)
Xonçaya qoydum balığı,
Al boyadım ortalığı,
Gərdişə sal çalmalığı,
Çünki gəlibdi Firuz.
Xoş keçəcəkdi Novruz.
Küsülüləri barışdırın,
İşıqları alışdırın,
Küsülüləri barışdırın,
Küsülülərim nə düz gəlir,
Şənlik gəlir, şuxluq gəlir.
Bahar gəlir, nəfəs gəlir,
Oxumağa həvəs gəlir.
ELMARA (02 mart 2017 11:13)
Dədəm gəlsin, saz gəlsin,
Oymağımıza yaz gəlsin.
Qoşqu deyib heyləsin,
Bahar söyü söyləsin.
Bahara avaz gərək,
Avaza yaz gərək.
Taxılsın saza novruzgülü,
Kəsilsin yamanın dili.
Anlamazı dədəm andırsın,
Doğru yolu qandırsın,
Ağ saqqalım işıqdır,
Bahara yaraşıqdır.
Ağırlığım-uğurluğum odlara
Yazda mənlə hoppanmayan yadlara
ELMARA (02 mart 2017 11:12)
Ağırlığım-uğurluğum odlara,
Yazda mənlə hoppanmayan yadlara.
Ağırlığım od olsun,
Odda yanan yad olsun.
Yaddan yad olar,
Qohumdan dad olar.
Qohum-qohumdur
Yamanı da canımdır.
Aydan arı camalam,
Sudan duru camalam.
Alovdan atlanmaq gərək,
Cəfaya qatlanmaq gərək,
Oddan aman olmaz
Yaddan qanan olmaz,
Ağırlığım-uğurluğum odlara,
Yazda mənlə hoppanmayan yadlara.
ELMARA (02 mart 2017 11:12)
Səməni, saxla məni,
İldə göyərdərəm səni.
Səməniyə saldım badam,
Qoymurlar bir barmaq dadam.
Səməni, bezana gəlmişəm,
Uzuna-uzana gəlmişəm.
ELMARA (02 mart 2017 11:11)
Səməni
Al məni,
Hər yazda
Sən yada
Sal məni.
ELMARA (02 mart 2017 11:10)
Səməni, ay səməni,
Sən gələndə yaz olur,
Saz olur, avaz olur.
Səməni, saxla məni
Səməni, can səməni,
Göyərdərəm mən səni.
ELMARA (02 mart 2017 11:09)
Başım, dişim ağrımasın,
Ağrılarım yarımasın,
Düşmənlərim qarımasın.
Cancığazım üzülməsin,
Gözlərimə süzülməsin.
Səməni, ay səməni,
Göyərdərəm mən səni,
Səməni, can səməni,
Gözlərimə işıq ver,
İşıq ver, yaraşıq ver.
Dizimə taqət gəlsin,
Qoluma qüvvət gəlsin.
ELMARA (02 mart 2017 11:08)
Səməni, ay səməni,
Göyərdərəm mən səni.
Sən gələndə yaz olur
Yaz olur, avaz olur.
Xoşdur dədənin sazı,
Yazda ötkəm avazı.
Səməni, can səməni,
Göyərdərəm mən səni.
Səməni, ay səməni,
Göyərdərəm mən səni.
Səndən mən can istərəm,
Damara qan istərəm.
Qanım təmiz gərək,
Dosta sanım gərək.
Sənsiz qanım olmaz,
Cansız sanım olmaz.
İllətimin loğmanı,
Yamanlığın amanı,
Səməni, ay səməni,
Göyərdərəm mən səni.
Səməni, ay səməni
Göyərdərəm mən səni.
ELMARA (02 mart 2017 11:07)
"Səməni, saxla məni, ildə göyərdərəm səni"
ELMARA (02 mart 2017 11:03)
Səməni butulkanın üstünde bilmirsiz onu nece hazırlıyırlar?
ELMARA (02 mart 2017 11:02)
Səmənini vəzəli toxumu ilədə qoymaq olar düzdü?
ELMARA (02 mart 2017 11:01)
Sizdə səməni hazırlamaq haqda basqa resept yoxdu?
ELMARA (02 mart 2017 11:00)
Salam necəsiz Dilbər xanım?bunu ne vaxt hazırlamaq lazımdırki bayrama qeder saralmasın?
Reseptaz (14 mart 2016 22:45)
Salam. Sizlərin də bayramı mübarəkdir.
Fidan (11 mart 2016 11:53)
çatar
Aysel (11 mart 2016 09:05)
Salam xanimlar menim bugdam hele indi cucerir bayrama catar sizce?????
xalidə (11 mart 2016 08:52)
kim neçə naxış edir baxmaq istərdim
ayka (11 mart 2016 01:48)
salam
turkane (01 mart 2016 15:09)
Semenini bayeamdan nece gyn sinra atmaluyiq
turkane (01 mart 2016 15:06)
Bayraminiz mubarek
Reseptaz (29 fevral 2016 22:34)
Salam. Təxmini 10 günə. Arpa ilə də olar. Buğda tapmırsınızsa olar. Təşəkkürlər.
Ziver (29 fevral 2016 20:10)
Semenini arpa ile cucertmek olar?
Shako (26 fevral 2016 09:42)
Texmini nece günə cıxır səməni?
Reseptaz (24 fevral 2015 22:24)
Reseptdəki kimi dəsmalın üstünə səririk. Diqqətlə oxuyun. Səməninizi qoyun. Təşəkkürlər.
dilber (23 fevral 2015 23:57)
Bugda uc gun suda saxalayanda suyunu deyisirik
vusale (21 fevral 2015 16:37)
2 -3gun suda saxlayanda o suyu arada deyisirik?yoxsa kohne suda qalir?

Bu saytdakı bütün reseptlər və üzərində resept.az logosu olan bütün şəkillər resept.az-a məxsusdur və heç bir halda izinsiz olaraq istifade edilə bilməz. Əlaqə üçün: reseptaz@yahoo.com adresinə müraciət edin.