Şəkərbura



Azərbaycanın milli şirniyyat növlərindən biridir.

Ərzaqlar:

(40 ədəd şəkərbura üçün)

Xəmir üçün:



1kq un

3 yumurta

250 q kərə yağı

1 st süd

2 x.q xama

1/2 ç.q quru maya

İçlik üçün:



500 q qabığı təmizlənmiş fındıq ləpəsi

500 q şəkər tozu

1/4 ç.q hil


Hazırlanması:

Xəmiri hazırlayaq. Südü qaba töküb ilıq qızdırırıq.



Yağı əridirik.



Mayanı ilıq süddə qarışdırırıq 5-10 dəqiqə qalır köpüklənir.



Unun ortasına yumurtanı, mayanı, südü, yağı və xamanı əlavə edirik.



Normal xəmir yoğururuq.



Xəmirin üstünə salafan çəkib, dəsmal qoyub, isti bükürük, 1 saat acımağa qoyuruq.

İçlik hazırlayırıq.Fındığı tavada qovurub qabığını təmizlədikdən sonra sürtgəcli maşından keçiririk.Çəkilmiş fındığı şəkər tozu və hil ilə qarışdırırıq.



Xəmir acıyacaq.



Xəmirdən 40 qramlıq (qozdan az böyük) 10 ədəd kündə düzəldirik.

(Xəmirdən az götürün 8-10 kündə düzəldin onu hazırlayıb qurtardıqdan sonra yenidən götürüb kündəliyib düzəldin qurtaranadək  təkrarlayın. Bu şəkildə şəkərburaları düzəltməyə davam edin).

Kündənin birini götürüb oxlov ilə təxminən diametri 10sm olmaqla yayırıq.



Xəmiri əlimizin içinə alıb 2 ç.q  içlik qoyuruq. İçliyi qoyanda çalışın şəkər tozu uc hissələrə yayılmasın. Onda pis bükülür xəmir bir-birinə yaxşı yapışmır.



Yanlarını yaxşı uc-uca bərkidirik.



Bükürük. (Bəziləri yuxarıdan aşağı doğru bəziləri isə aşağıdan yuxarı doğru bükür)





Üzünə maqqaş vasitəsi ilə naxış salırıq. Hazır olan şəkərburaları bişirəcəyimiz qaba aralı yığırıq.









Bütün şəkərburaları hazırlayib qurtardıqdan sonra bişirməyə başlayırıq. 170-180 dərəcə qızdırılmış sobada 20-25 dəqiqəyə bişiririk.

Hazırladığınız şəkərburaları sərin yerdə saxlayın. Soyuq da olmaz isti də. Üstünü örtmək olmaz. Açıq qoyursunuz ki, naxışlar qurusun. Onda naxışlar itmir. Əgər hazırlayan kimi bişirsəniz naxışları itəcək. Bişirərkən şəkərburanın üzü qızarmamalıdır ağ qalmalıdır.



Bişmiş şəkərburaları düz qaba yan-yana yığırıq tamam soyuduqdan sonra isə qazana yığıb ağzını örtürük. Əziz xanımlar şəkərburanı uzun müddət saxlamaq istəyirsinizsə bu qaydada saxlayın. Əgər salafana ya da soyuducuya qoysanız tez xarab olacaq.

 

Nuş olsun!


OXŞAR YAZILAR
.İki rəngli çiçək qurabiyə
Ərzaqlar: 150 q kərə yağı 1 st şəkər kirşanı 1 st nişasta 2 x.q qatıq 1 paket qabartma tozu 2 x.q kakao Aparanadək un(2,5 st) 1 ədəd yumurta
.Albalılı kəsmikli piroq
Ərzaqlar: 100 q kərə yağı 2 ədəd yumurta 1/2 st şəkər tozu 1 st un 1 paket qabartma tozu Bir çimdik duz 1/2 limonun qabğı İçlik üçün: 400
.Şokaladlı keks
Ərzaqlar: 3 ədəd yumurta 1 st şəkər tozu 1 st duru yağ 1 st süd 3 x.q kakao 2 st un 1 paket qabartma tozu Şirəsi üçün: 1 st süd 1 paket qa
.Şokaladlı çizkek (cheesecake)
Ərzaqlar: 2 paket kakaolu petit-beurre qurabiyə 150 q kərə yağı 3 ədəd yumurta 400 q labnə pendiri 1 paket krem qaymaq (200q) 1/2 st şəkər to
.Yasəmən çiçəyi şirniyyatı
Ərzaqlar: 200 q kərə yağı 1 st qatıq 1/2 st duru yağ 1 ədəd yumurta 1 paket qabartma tozu 3 x.q kakao Aparanadək un İçi içün: 6 x.q alma ya
Şərh yaz
Adınız:
Email: saytda görsənməyəcək
Mətn
Kod gizli kod Yenilə
Kodu yaz

Şərhlər
Reseptaz (05 fevral 2016 22:54)
salam. xeyir bu yumurtanin sarisidir. kend yumurtasidir ona gore bele saridir
Jale (05 fevral 2016 21:38)
Salam. Siz xemire sarikok tokmusuz?cunki xemir saridi o biru reseptlerinize baxiram onlar agdi
Zehra (21 yanvar 2016 16:44)
xanım bilmek olar haradansız
Zehra (21 yanvar 2016 16:32)
:D
Zehra (21 yanvar 2016 16:31)
Görünüşünə söz ola bilməz.... Çox gözəldi.. Əllərinizə sağlıq...
cemile (21 yanvar 2016 16:22)
sekerbura
Reseptaz (21 yanvar 2016 09:37)
sag olun
ramile (20 yanvar 2016 19:54)
Çox tesekurler
Reseptaz (11 yanvar 2016 10:16)
Cox sag olun
Aynur (06 yanvar 2016 18:55)
Hazirladim,cox ela ve yumsaq alindi.Xamani qatiqla evez etdim.Cox sag olun resepte gore.
Nuray (14 noyabr 2015 09:27)
Gözel şekerburadir
Nuray (14 noyabr 2015 09:27)
Gözel şekerburadir
Mesmehuseynova (04 iyun 2015 15:40)
İndi xəmiri yogurdum,əla xəmir alındı.
Bahar Əlizadə (07 may 2015 21:52)
Salam Azərbaycan Şirniyyatları bölməsində çoxlu gözəl şirniyyatlar var amma sizin bişirdiyiniz bu şəkərbura onlardan tamamilə fərqlənir.....Şəkərbura çooox görmüşəm amma bunun kimisini yox... Afərin sizə!!!!!!!!!!!!!!!
Reseptaz (05 may 2015 21:50)
Təşəkkür edirik. Nuş olsun.
Asya Alisoy (02 may 2015 15:18)
Çoook güzel yaaa azeri tatlılarına bayılıyorum.......
Nilgün (25 aprel 2015 21:45)
güzəl :) :) :)
sehla (24 aprel 2015 15:37)
qerbe sirniyyatlar
Reseptaz (16 aprel 2015 20:13)
Çox sağ olun. Təşəkkür edirəm.
Sevda (12 aprel 2015 19:45)
Allah razı olsun.
Reseptaz (09 aprel 2015 20:59)
Salam. İşinizdə uğurlar diləyirəm. Təşəkkürlər.
Leila (06 aprel 2015 20:56)
salam. Mene sirniyyati menim oz evimde biisirecek sirniyyat Ustasi lazimdi. elinden yaxsi sirniyyat biisirmek gelen Her bir kes ola biler eger bir tanidiginiz varsa yazardiz
sema nur (01 aprel 2015 20:15)
təşəkkür edirəm amma xamasız daha gözəl olur məncə
Reseptaz (01 aprel 2015 09:40)
xamasiz bisirib yaxlamamisam, nece alinacagini deye bilmerem.
sema nur (31 mart 2015 00:00)
salam mən bu şəkərburadan bişirmişəm həmdə çox amma mən bunun içinə xama qatmıram. xama qatmaq vacibdirmi?
vasa (27 mart 2015 19:17)
cox gozeldir
rmb (27 mart 2015 10:21)
Superr
LETIFE (26 mart 2015 22:07)
ela yazmisan cox saq olun.
Xanım (23 mart 2015 22:50)
reseptlərə görə çox sağ olun! Hayıf ki, gec gördüm, öz reseptimi itirmişəm, sizinkinə çox oxşayır.
Novruz bayramınızı təbrik edirəm, saytınıza da uğurlar arzu edirəm. Çox xoşuma gəldi ))
Reseptaz (22 mart 2015 23:30)
Bayramınız mübarək. Nuş olsun.
nur (22 mart 2015 14:09)
bayraminiz mubarek
Hacali (21 mart 2015 15:59)
dadli idi
Hacali (21 mart 2015 15:59)
bayramınız mübarək. dadlı idi
aytacgulay (20 mart 2015 16:17)
bayraminiz mubarek eziz xanimlar mende bu reseptle sirniyyat bisirdim chox gozel alindi tesekkur
lale (20 mart 2015 10:40)
bayraminiz mubarek xanimlar. burdaki reseptle sekerbura bisirdim super alindi. tsk
niko (20 mart 2015 10:01)
Her kes wiriniyatini Karmen unuyla biwirsin oxudunuquz ucun minetdaram
Reseptaz (19 mart 2015 23:42)
Bayramınız mübarək. Nuş olsun.
Ilahe (19 mart 2015 19:46)
Novruz bayraminizi tebrik edirem !!!
Ilahe (19 mart 2015 19:44)
Salam Irade xanim,eger wirniyyatin biwmek prosesini gormek isteyirsinizse bize qonaq gelin))))
Ilahe (19 mart 2015 19:43)
Salam Gulya xanim,bismak ve ya doymak unlari ela unlardir,biwen wirniyyatlar da ela cixir,biz evde hemiwe bu unlardan istifade edirik.belke siz xemirin yaginin miqdarini az vurmusuz? size ugurlar.helelik

Bu saytdakı bütün reseptlər və üzərində resept.az logosu olan bütün şəkillər resept.az-a məxsusdur və heç bir halda izinsiz olaraq istifade edilə bilməz. Əlaqə üçün: reseptaz@yahoo.com adresinə müraciət edin.