Şəkər xəmirli biskvit tortu



Ərzaqlar:

7 yumurta

1,5 st un

1 x.q nişasta

1 st şəkər tozu

1 paket vanil

 Krem üçün:



200-220 q kərə yağı

1 banka qatılaşdırılmış süd

1 paket vanil

Şəkər xəmiri üçün:



400-450 q konfet (yumşaq konfet-marshmallow)

450-500 q şəkər kirşanı

15-20 q kərə yağı

Müxtəlif qida boyaları


Hazırlanması:

Şəkər xəmirini hazırlamaq üçün baxın: Şəkər xəmirinin hazırlanması



Yumurtanın ağını sarısından ayırıb ağını köpüklənənə qədər mikserlə çalırıq.



Şəkər tozunu az-az əlavə edib yenə mikserlə çalırıq.



Yumurtanın sarısını əlavə edib çalırıq.



Nişastanı və vanili əlavə edib çalırıq.



Ələnmiş unu az-az töküb qaşıqla qarışdırırıq.



Diametri 26 sm olan qabı yağlayıb unlayırıq xəmiri tökürük. 180 dərəcədə qızdırılmış sobada 25-30 dəqiqəyə bişiririk. Bişən kimi çıxarmayın.Sobanı söndürün 5-10 dəqiqə içində qalsın.



İlıq olanda qabdan çıxardırıq.



Tamam soyuyanda bıçaqla iki yerə bölürük.



Kremi hazırlamaq üçün baxın: Qatılaşdırılmış süd ilə yağlı krem

Layın birini kemləyirik.



Sonra ikinci qatı qoyub kremləyirik. Tortun üstünü və yanlarını kremləyirik.



Tortu süfrəyə verməzdən qabaq bəzəyirik. Hazırladığımız şəkər xəmirindən qalın yuxa kimi yayıb tortun üstünə səririk.

Xəmiri qoyandan sonra yanlarını üstünü düzəldirik. Yanda qalan artıq hissəni kəsib götürürük.



Sonra istədiyimiz kimi tortu bəzəyirik.

















Nuş olsun!


OXŞAR YAZILAR
.Kiçik tortlar
Ərzaqlar: 4 ədəd yumurta 1 st şəkər tozu 1 st un 1 paket vanil Krem üçün: 1 paket krem şantı və 1/2 st süd ya da Qatılaşdırılmış sü
.Kişmişli qozlu konfet
Ərzaqlar: 125 q qara kişmiş 50 q qoz ləpəsi (20 q çəkilmiş) Hazırlanması: Kişmişi təmizləyib yuyuruq. Solfet ilə qurulayırıq. Sonra ət maş
.Şokoladlı qozlu güllac
Ərzaqlar: 7 yarpaq güllac 4 st süd 1 st şəkər tozu 1 x.q gül suyu 2 x.q kakao 50 q şokolad 50-100 q qoz ləpəsi ya da antep fısdığı
.Tez hazırlanan tort
Ərzaqlar: Barmaq qurabiyə 1 x.q kakao 3-4 x.q doğranmış qoz ləpəsi Zövqə görə istədiyiniz meyvə və giləmeyvələr. Krem üçün: 250 q kr
.Güllac
Türk mətbəxi Ərzaqlar: 5 ədəd güllac 1 st şəkər tozu 4 st süd 1 x.q gül suyu ya da 1/2 ç.q vanil Qoz ləpəsi ya da antep fısdığı H
Şərh yaz
Adınız:
Email: saytda görsənməyəcək
Mətn
Kod gizli kod Yenilə
Kodu yaz

Şərhlər
Reseptaz (02 fevral 2014 19:39)
Şəkər xəmirinin hazırlanmasına baxın orda bəzəklərin hazırlanma qaydası var. Baxıb düzəldə bilərsiniz. Təşəkkürlər.
reqsane (02 fevral 2014 15:50)
yenisi varsa yene yazi de zehmet olmazsa,
terane (03 yanvar 2014 15:28)
uzerineki bezekleri nece hazirlayirsiz



Bu saytdakı bütün reseptlər və üzərində resept.az logosu olan bütün şəkillər resept.az-a məxsusdur və heç bir halda izinsiz olaraq istifade edilə bilməz. Əlaqə üçün: reseptaz@yahoo.com adresinə müraciət edin.