Şəkər xəmirinin hazırlanması



Ərzaqlar:



400 q konfet (yumşaq konfet-marshmallow)

400-450 q şəkər kirşanı

15-20 q kərə yağı

Müxtəlif qida boyaları


Hazırlanması:

Konfetin üstünə yağı əlavə edib su hamamında ya da mikrodalğalı sobada əridirik.





Əridikdən sonra az–az üstünə şəkər kirşanı töküb qarışdırırıq.



Bir az qatılaşdırqan sonra bir neçə hissəyə bölüb istədiyimiz rəngləri əlavə edib əlimizlə normal xəmir düzəldirik.











Xəmiri hazır edən kimi salafan qoyuruq ki, qurumasın. Şəkər xəmiri adi xəmir kimidir. Yumşaq, normal və bərk yoğurmaq olur. Nazik yaymaq istəsəniz onda yumşaq edin ki, yayıla bilsin.

Fiqurları düzəltmək üçün normal yoğrulmuş xəmir daha rahatdır. Bərk isə məsləhət deyil. Çünki, istifadəsi narahat olacaq və istədiyiniz kimi istifadə edə bilməyəcəksiniz.

Yayan zaman yapışmaması üçün şəkər kirşanından istifadə edirik. Xəmiri nazik yayıb müxtəlif ağızılı kəsiçi alətlərlə fiqurlar kəsib qızıl gül, çiçək və s. düzəldirik. Xəmirdən düzəldilmış fiqurları yapışdırmaq üçün sudan istifadə edirik. Xəmirin bir kündəsini tortun üstünü bağlamaq üçün saxlayırıq. Tortu süfrəyə verməzdən qabaq bəzəyirik.

1.Qızıl gülün düzəldilməsi

Qızıl gülün düzəldilməsinin bir forması belədir.

Xəmiri nazık yayıb balaca dairələr kəsirik. Bir diş çopü gotürüb bir dairəni çubuğa sıx dolayırıq.



Sonra o biri dairələri də ardıcıl olaraq kənarlara yapışdır-yapışdıra gülü düzəldirik. Yapışdırmaq üçün az su vururuq.











2. Çiçəklərin və yarpağın düzəldilməsi

















3. Tortun yanı üçün bəzəklərin hazırlanması







Artıq bəzək üçün fiqurlarımız hazırdır.



4. Tortun üstünün şəkər xəmiri ilə bağlanılması

İstədiyiniz rəngdə boyadığınız şəkər xəmirini şəkər kirşanı vasitəsi ilə qalın yuxa kimi yayırıq.

Yayılmış şəkər xəmirini ehtiyatla kremlənib hazırlanmış tortun üstünə səririk. Xəmirin üstünü və yanlarını ehmalca düzəldirik. Xəmirin artıq qalan hissəsini bıçaq ya da dairəvi kəsici alət ilə kəsib götürürük.



Hazırladığımız fiqurlar vasitəsi ilə tortumuzu bəzəyirik.











Nuş olsun!


OXŞAR YAZILAR
.Bölgələr üzrə milli mətbəximiz
Əziz dostlar. Azərbaycanın milli mətbəxini təbliğ etmək və bölgələr üzrə bazasını yaratmaq məqsədi ilə sorğu keçiririk. Bütün azərbaycanlıları bu sorğuda iş
.Pəhriz ac qalmaq demək deyil
Demək olar ki, bütün pəhriz saxlayan insanlar özlərini ceşıdli ərzaqlardan məhrum edir. Xüsusən də qadınlar tez nəticə əldə etsinlər deyə, aclıqla oz səhhətləri
.Torpaq Çərşənbəsi
Xalq ədət-ənənəsinə görə, Novruz bayramından öncə sürən Boz ay ərzində su, od, yel və torpaq çərşənbələri qeyd edilir. Xalq mövhumatına əsasən, birinci çərş
.Yel çərşənbəsi
Bu gün Azərbaycanda Yel çərşənbəsidir. Yel çərşənbəsi günündə əsən isti küləklər yazın gəlişindən xəbər verir. Xalq arasında "Külək oyadan çərşənbə
Şərh yaz
Adınız:
Email: saytda görsənməyəcək
Mətn
Kod gizli kod Yenilə
Kodu yaz

Şərhlər
Reseptaz (10 aprel 2014 15:44)
marshmallow deyilen bu yumsaq konfetler butun boyuk marketlerde satilir, sheker xemiri bundan hazirlandiqda yaxsi alinir.
anjel (10 aprel 2014 14:23)
Salam, men seker xemiri almaq isteyirem hard an else ede bilerem said edirem bilen varsa desin. (Bakida yasayiram)
xanim (19 mart 2014 19:14)
Salam.Men yumsaq konfetlerden bu qayda ile hazirladim.saxladim.amma istifade etmek isteyende gorurem ki chox kovrekdir elastikliyi yoxdur didilib dagilir.rayonda yasadigim uchun seker xemiri satilmir.sizce niye kovrek olsun?
Reseptaz (17 mart 2014 09:35)
cox sag olun
gül (17 mart 2014 01:29)
süpersiniz ya
gulsen (16 mart 2014 18:35)
eladir.xemiri acarken un seperek acmaliyiq?evvelceden TESHEKKURLER
cenni (12 mart 2014 19:44)
kr9nec
anya (02 mart 2014 10:20)
Cox guzel
Leyla (28 fevral 2014 21:55)
Bu xemiri hazır ettikden ne qeder sonra istifade ede bilerik? Sehv etmiremse soyuducuda qalalıdı bir müddet
xanim (22 fevral 2014 22:16)
Men seker xemiri hazirlayanda cox berk olur. 2 qasiq pudra tokurem ,yogururam, cox yumsaq veziyyetde olur. Soyuyandan sonra berkiyir , cox rezin kimi olur. Yayilanda yigilir.
Reseptaz (18 fevral 2014 21:54)
Hamınıza təşəkker edirəm.Elə bu variantı asan variantdır.Təşəkkürlər.
ayka (18 fevral 2014 19:34)
Ama onu da deyim ki,hemin konfetcox tamlidir.
ayka (18 fevral 2014 19:31)
Ela bu qeder asan olacagini bilmirdim
elvin hesenov (11 fevral 2014 20:41)
cox sagolun allah komeyiniz olsun
NURIYYE (06 fevral 2014 17:48)
bunun jelatinlede hazirlansi var?
Reseptaz (01 fevral 2014 19:41)
Təşəkkür edirik.
reqsane (31 yanvar 2014 14:47)
saq olun yaxwi ideadir hazirlayacam
Reseptaz (22 yanvar 2014 11:15)
Bu konfetler bizde butun boyuk magazalarda var, dah cox usaq konfeti olan yerlerde olur, pachkalarda yumsaq, ferqli forma ve sekilde olur. hetda Haribo- usaq konfetlerinin de bele varianti var.
leyla (21 yanvar 2014 18:15)
bilmek isteyirem ki bu konfet dediyiniz zefirdi?
jale (16 yanvar 2014 16:00)
choox göze hazirlamisiz.bizlere choox aydin wekilde bawa salirsiz twk



Bu saytdakı bütün reseptlər və üzərində resept.az logosu olan bütün şəkillər resept.az-a məxsusdur və heç bir halda izinsiz olaraq istifade edilə bilməz. Əlaqə üçün: reseptaz@yahoo.com adresinə müraciət edin.