Səbzi qovurma plov



Azərbaycanın milli plov (aş) növlərindən biridir.

Ərzaqlar:



5 st uzun düyü

500-600 q qoyun əti

3 dəstə kəvər, 1 dəstə ispanaq, 1 dəstə quzu qulağı,1 göy soğan,

1 dəstə keşniş, 1 dəstə şüyüd

2 ədəd baş soğan

4-5 x.q əridilmiş kərə yağı

7-8 ədəd albuxara

1 x.q zəfəran

Ç.q ucunda limon duzu

Duz

İstiot

Qazmaq üçün:

1 ədəd yumurta

3 x.q qatıq


Hazırlanması:

Əvvəlcə duyunu 4-5 dəfə yuyub suya qoyuruq. Zəfəranın üstünə qaynar su töküb dəm almağa qoyuruq.



Qoyun ətini balaça hisələrə bölüb yuyuruq. Əvvəlcə suyunu qaynadıb kəfini yığırıq sonra hazır olanadək bişiririk. Bişməyə az qalmış duz tökürük.



Bişmiş əti yağda qovururuq.



Soğanın qabığını təmizləyib yuduqdan sonra dörd yerə bölüb nazik doğrayırıq.



Soğanın üstünə duz və yağ əlavə edib qızılı rəngdə olanadək qovururuq.



Qovrulmuş soğanı qovrulmuş ət ilə qarışdırıb 2-3 dəqiqə qovurub limon duzu və istiot vururuq. Albuxaranı yuyub əlavə edirik. Dəmlədiyimiz zəfəran şirəsindən tökürük.



Göyərtiləri təmizləyib yuduqdan sonra xırda doğrayıb qovurmanın üstünə əlavə edirik. Ətin bulyonundan 1/2 st yeməyə əlavə edirik. Göyərtinin özünün də suyu çıxacaq.





Vam odda 20-25 dəqiqə bişiririk. Bişməyə az qalmış bir daha duzuna baxıb yeməyimizi odun üstündən götürürük.



Adi qaydada düyünü yarım hazır vəziyyətdə duzlu suda bişirib aşsüzəndə süzürük. Düyünün üstünə dəmlədiyimiz zəfəran şirəsindən tökürük.



Qazanın dibinə az yağ töküb əridirik.



Qatığı yumurta ilə qarışdırıb qazanın dibinə az düyü töküb onun üstünə tökürük.



Düyü ilə qatıq qarışığını qazanın dibinə 1 sm hündürlükdə bərabər yayırıq.



Qalan düyünü qazmağın üstünə töküb üstünə yağ əlavə edib dəm almağa qoyuruq. Qazanın qapağına dəsmal qoyuruq aş dəm alanda suyu içinə tökülməsin. Plov 1 saata dəm alacaq.



Plov hazır olanda düyünü qaba təpəcik şəklində yığıb üstünə qazmaq qoyub qaynar yağ tökürük. Səbzi qovurmasını başqa boşqaba yığıb düyünün yanında süfrəyə veririk.



Nuş olsun!


OXŞAR YAZILAR
.Yumşaq ət kotleti
Ərzaqlar: 500 q çəkilmiş ət 1 ədəd baş soğan 4 x.q suxarı ½ st su 2 x.q duru yağ 1/3 limon suyu Duz İstiot Ç.q ucunda sarıkök 1 ç.q nan
.Toyuq kotleti
Ərzaqlar: 500 q toyuğun döş əti 100 qr quyruq 1 ədəd baş soğan 3 x.q suxarı 1/3 st su 1 x.q duru yağ Ç.q ucunda sarıkök Duz İstiot Qızartma
.Kiyev kotleti 2
Ərzaqlar: 600 q toyuğun döş əti 100 q kərə yağı Duz İstiot 2 ədəd yumurta 5-6 x.q un 8-9 x.q suxarı Qızartmağa duru yağ Hazırlanması:
.Qovurmalı əriştə plovu
Ərzaqlar: 500 q xırda doğranmış quzu əti 100-150 q quyruq 2 ədəd yuxanın əriştəsi 3 st düyü 4 ədəd baş soğan 4 x.q əridilmiş kərə yağı Duz İst
.Tənbəl mantısı
Ərzaqlar: (4 nəfər üçün) Xəmir üçün: 3 st un 1 st su 1 ədəd yumurta 1 ç.q duz Yuxaları yaymaq üçün əlavə un İçlik üçün: 250 q çəkilmiş ət
Şərh yaz
Adınız:
Email: saytda görsənməyəcək
Mətn
Kod gizli kod Yenilə
Kodu yaz

Şərhlər
leyla (06 may 2016 11:14)
coxx gozel bunu mutleq bisirecem
Azad (17 noyabr 2015 12:13)
salam,,,,sebzi fars dilinde olmalidi...heman yashil demekdi............hmhmhmhm supeli di biraz!!!!!!!
Inara (30 iyun 2015 21:38)
En sevdiyim ashdi. Super
Reseptaz (22 mart 2015 23:48)
Nuş olsun. Təşəkkür edirik.
Şəfa (21 mart 2015 09:46)
Elədim .super çıxdı.sag olun
Reseptaz (20 avqust 2014 14:08)
İstədiyiniz göyərtilərdən istifadə edə bilərsiniz.Turşəngdən istifadə edə bilərsiniz.
nikita (23 aprel 2014 17:54)
quzuqulagi olmasa neynen evez elemey olar
resad (06 mart 2014 20:27)
sebzi
Reseptaz (09 fevral 2014 22:54)
Salam. Quzuqulağını göyərti satılan yerlərdən soruşun sizə göstərəcəklər.Təşəkkürlər.
ureybowdubelexowdu (11 noyabr 2013 17:43)
hazirladim dadli alindi lakin quzuqulagi nedir onu anlamadim yenede cox sagolunnn

Bu saytdakı bütün reseptlər və üzərində resept.az logosu olan bütün şəkillər resept.az-a məxsusdur və heç bir halda izinsiz olaraq istifade edilə bilməz. Əlaqə üçün: reseptaz@yahoo.com adresinə müraciət edin.