Sarımsaqlı pomidor şirəsi ilə kotlet



Ərzaqlar:



500 q çəkilmiş qoyun əti

5 ədəd pomidor

2 ədəd baş soğan

2-3 diş sarımsaq

Duz

Istiot

Qızartmaq üçün bitki yağı

Yeməyin yanında vermək üçün kartof əzməsi:



8-9 ədəd kartof

1 x.q əridilmiş kərə yağı

1/3 ç.q sarıkök

1/3 st süd

Duz

Istiot


Hazırlanması:

Əvvəlcə püreni hazırlayaq. Kartofun qabığını soyub yuduqdan sonra iki hissəyə bölüb balaca qazana tökürük.



Üzünə çıxana qədər su əlavə edib tamam hazır olana qədər bişiririk.



Suyu çəkiləndə kartof əzənlə yaxşı əzirik. İçinə südü, duzu, istiotu, sarıkökü və yağı əlavə edib qarışdırırıq. Pürüemiz hazırdı.



İndi isə kotleti hazırlayaq. Əti ətçəkən maşından soğanla bərabər keçiririk. Ya da soğanı sürtgəcdən keçirib ətlə qarışdırırıq. Duz və istiot töküb yaxşı qarışdırırıq.

Tavada yağı qızdırıb ətdən qoz boyda küftəcik götürüb yastılayıb yağın içinə düzürük.



Hər iki üzünü qızardırıq.



Şirəni hazırlamaq üçün pomidoru yuyub qabığını soyduqdan sonra xırda doğrayırıq.



Başqa tavada pomidoru suyu çəkilənə qədər bişiririk.



Suyu çəkiləndə 3-4 x.q bitki yağı əlavə edib qovururuq.



Sarımsağı sarımsaq əzəndən keçirib pomidora əlavə edib, duz və istiotunu da töküb 3-5 dəqiqə qovururuq.



Qızartdığımız kotleti pomidorun içinə yığırıq.



Vam odda 10-15 dəqiqə bişiririk.

Yeməyi süfrəyə verdikdə yanında düyü, qarabaşaq, kartof qızartması, vermeşel, makaron ya da bizim kimi kartof püresi verə bilərsiniz.



Nuş olsun!


OXŞAR YAZILAR
.Yumşaq ət kotleti
Ərzaqlar: 500 q çəkilmiş ət 1 ədəd baş soğan 4 x.q suxarı ½ st su 2 x.q duru yağ 1/3 limon suyu Duz İstiot Ç.q ucunda sarıkök 1 ç.q nan
.Toyuq kotleti
Ərzaqlar: 500 q toyuğun döş əti 100 qr quyruq 1 ədəd baş soğan 3 x.q suxarı 1/3 st su 1 x.q duru yağ Ç.q ucunda sarıkök Duz İstiot Qızartma
.Kiyev kotleti 2
Ərzaqlar: 600 q toyuğun döş əti 100 q kərə yağı Duz İstiot 2 ədəd yumurta 5-6 x.q un 8-9 x.q suxarı Qızartmağa duru yağ Hazırlanması:
.Qovurmalı əriştə plovu
Ərzaqlar: 500 q xırda doğranmış quzu əti 100-150 q quyruq 2 ədəd yuxanın əriştəsi 3 st düyü 4 ədəd baş soğan 4 x.q əridilmiş kərə yağı Duz İst
.Tənbəl mantısı
Ərzaqlar: (4 nəfər üçün) Xəmir üçün: 3 st un 1 st su 1 ədəd yumurta 1 ç.q duz Yuxaları yaymaq üçün əlavə un İçlik üçün: 250 q çəkilmiş ət
Şərh yaz
Adınız:
Email: saytda görsənməyəcək
Mətn
Kod gizli kod Yenilə
Kodu yaz

Şərhlər
Guler (28 iyun 2015 16:46)
Ela reseptdi

Bu saytdakı bütün reseptlər və üzərində resept.az logosu olan bütün şəkillər resept.az-a məxsusdur və heç bir halda izinsiz olaraq istifade edilə bilməz. Əlaqə üçün: reseptaz@yahoo.com adresinə müraciət edin.