Sarıköklü kartof əzməsi



Ərzaqlar:



850 q təmizlənmiş kartof

1 st süd

50 q kərə yağı

Ç.q ucunda sarıkök

Duz

Istiot


Hazırlanması:

Kartofun qabığını soyub yuduqdan sonra bir necə yerə bölürük.

Üstünə su əlavə edib bişməyə qoyuruq.



Kartof tam bişdikdə ocaqdan alırıq. Qazanın içində su qalmamalıdır.



Kartof əzənlə kartofu əzirik.



Əzilmiş kartofun üstünə duz, istiot , sarıkök və yağ töküb qarışdırırıq.



Tam qarışdıqdan sonra südü əlavə edib yaxşı qarışdırırıq.



Bir daha duzuna baxıb qarışdırıb qablara yığıb süfrəyə isti-isti veririk.



Kartof əzməsini istədiyiniz quru yeməklərin yanında süfrəyə verə bilərsiniz.



Nuş olsun!

OXŞAR YAZILAR
.Toyuğun döş əti ilə sobada kartoflu yemək
Ərzaqlar: 1 ədəd toyuğun döş əti 2 ədəd kartof 4 x.q duru yağ 2 diş sarımsaq 50 q kaşar ya holland pendiri Duz İstiot Hazırlanması: Karto
.Toyuğun döş əti ilə bibərli yemək
Ərzaqlar: 1 ədəd toyuğun döş əti 2 ədəd bibər (hər birinin yarısı) 4 x.q duru yağ 1 balaca baş soğan 50 q kaşar ya holland pendiri 3 x.q pomidor
.Sobada qiyməli badımcan
Ərzaqlar: 6-7 ədəd badımcan 350 q çəkilmiş ət 2 ədəd baş soğan 2 ədəd pomidor 2 x.q əridilmiş kərə yağı 2 diş sarımsaq Duz İstiot Badımcanlar
.Sobada qiyməli makaron 2
Ərzaqlar: 1 paket düz makaron 350 q çəkilmiş ət 1 ç.q pomidor ləti 3 ədəd baş soğan 2 x.q əridilmiş kərə yağı 3 x.q duru yağ 100 q kaşar pendir
.Kirəmit qabda souslu kotlet
Ərzaqlar: 500 q çəkilmiş qoyun əti 2 ədəd baş soğan 6-7 ədəd kartof 6-7 ədəd pomidor 6 diş sarımsaq 1 ədəd yumurta 100 q kaşar ya da holland pe
Şərh yaz
Adınız:
Email: saytda görsənməyəcək
Mətn
Kod gizli kod Yenilə
Kodu yaz

Şərhlər
jale (13 sentyabr 2015 11:14)
Salam. sudu karof ezmesi Soyuq olanda tokuruk? Bes onda kartof sudu cekir canina men hemiwe isti olanda tokurem
Reseptaz (07 may 2015 19:50)
Biz hər bir növdə reseptləri yerləşdiririk ki, hamı eyni üsullarla hazırlamır. Fərqliliklər var. Həm də hər bir reseptin sayıtımızda olmasını istəyirik. Təşəkkürlər.
Nilay Əlizadə (06 may 2015 22:03)
Salam bu ki adi şeydi!!!
Aysel (12 dekabr 2014 01:34)
Sizin gmail unvaniniza resept gonderende parol yerine ne yazmaq lazimdi?
Reseptaz (09 dekabr 2014 21:13)
Salam. Sarıkök vuranda rəngi gözəl olur. Bir də onu qeyd edim ki kartof əzməsi sarı kartoflardan əla alınır.Nuş olsun.
gulzar (08 dekabr 2014 05:33)
məndə süd vururdum həmişə amma sarıkök vurmaq ağləma gəlməmişdi.bir dəfədə elə sınayacam.
Reseptaz (07 dekabr 2014 20:33)
Çox sağ olun. Siz deyın dı gözəl olar. Allah qoysa bir neçə növdə reseptini qoymaq fikrim var. Nuş olsun.
Ilahe (07 dekabr 2014 18:43)
Salam,en cox sevdiyim yemekdir.cox sag olun,ellerinize sagliq.ela alinib.nece heftedir biwirmirdim,yadimdan cixmiwdi,sabah Inwallah biwirecem,men sarikokun etrini sevmirem,ona gore de hemiwe qirmizi-yawil biber tomatindan istifade edirem,adi qirmizi ve yawil biberdi,etcekende cekmiwem,duz vurmuwam,bankalara yigmiwam,yeni qaynatmamiwam,bununla kartof puresi rengbereng olur,hem de biberin dadi tam bawqa olur,bir daha tewekkurler

Bu saytdakı bütün reseptlər və üzərində resept.az logosu olan bütün şəkillər resept.az-a məxsusdur və heç bir halda izinsiz olaraq istifade edilə bilməz. Əlaqə üçün: reseptaz@yahoo.com adresinə müraciət edin.