Şamaxı mütəkkəsi



Ərzaqlar:

Xəmir üçün:



4 st un

300 q kərə yağı

200 q xama

3 ədəd yumurta

2 x.q şəkər tozu

İç üçün:

250 q ərik povidlası

1/2 st şəkər tozu

1/2 paket vanil


Hazırlanması:

Un ilə yağı ovuruq.



Üstünə xamanı, yumurtanı və şəkər tozunu əlavə edirik.



Yumşaq xəmir düzəldirik. Xəmiri 15 dəqiqə soyuducuda saxlayırıq.



İçliyi hazırlamaq üçün Povidla, şəkər tozu və vanıli qarışdırıb qazın üstündə qatılaşanadək bişiririk. Sonra qoyuruq soyuyur.



Xəmiri 5 yerə bölürük.



Bir kündəni götürüb az un səpib oxlovla 2-3 mm qalınlıqda yayırıq. Sonra yuxanı bıçaqla 8 yerə bölürük.



Hər kəsilmiş hissəyə 1 x.q içlik qoyub bükürük.











Bu şəkildə bütün kündələri yayıb kəsib içlik qoyub bükürük. Qaba kağız sərib mütəkkələri aralı düzürük.Düzdükdə uc hissələri alta qoyuruq ki, bişdikdə aralanmasın.



200 dərəcə qızdırılmış sobada üzü qızılı rəngdə olanadək bişiririk.



Zövqə görə soyuduqdan sonra üstünə şəkər kirşanı səpə bilərsiniz.



Nuş olsun!


OXŞAR YAZILAR
.Kəsmikli piroq 5
Ərzaqlar: Xəmir üçün: 200 q kərə yağı 1/2 st şəkər tozu 3 st un 2 ədəd yumurta 2 x.q kakao 1 paket qabartma tozu 1 paket vanil İçlik üç
.Hazır paxlavalıq yuxadan şöbiyet
(Türk mətbəxi) Ərzaqlar: 1 paket paxlavalıq yuxa 200 q kərə yağı İçlik üçün: 250 q çəkilmiş fındıq ləpəsi 2 st süd 1/2 st irmik Şərbət üçün:
.Qozlu burma paxlava
(Türk mətbəxi) Ərzaqlar: 18 ədəd hazır paxlavalıq yuxa 250 q çəkilmiş qoz ləpəsi 200 q kərə yağı Şərbət üçün: 2 st şəkər tozu 2 st su Ha
.Zebra keksi 4
Ərzaqlar: 1 st qatıq 1 st şəkər tozu 3 ədəd yumurta 3 x.q kakao 1 paket qabartma tozu 1 paket vanil 2 st un Hazırlanması: Yumurtanı bir q
.Qurabiyə tortu
Ərzaqlar: ½ banka qatılaşdırılmış süd 50 q qoz ləpəsi 50 q qara kişmiş 50 q tünd şokalad Üstü üçün: 200 q krem qaymaq 190 q tünd şokalad
Şərh yaz
Adınız:
Email: saytda görsənməyəcək
Mətn
Kod gizli kod Yenilə
Kodu yaz

Şərhlər
Reseptaz (13 iyun 2016 16:45)
Saytımızda istifadə edə biləcəyiniz xeyli şokoladlı resept var, mes.http://resept.az/Sokoladli-kicik-keksler-5103.html
Reseptaz (13 iyun 2016 16:42)
Çox sağ olun. Nuş olsun.
Milawka (13 iyun 2016 15:17)
Bu shamaxi mutekkeside cox lezzetli idi.Resept.az a tewekur edirem men bunu bisirdim evde yoldasimda beyendi hetta qaynanamda
Milawka (13 iyun 2016 15:14)
Xais edirem bol waqalatli keks ve ya tortun nece hazirlandigini mene gostere bilersiniz cox cox xais edirem,. Burtun saytlarda yazmisam amma menim istediyim kimi gelmeyib.Milawka.com
Reseptaz (15 mart 2016 21:59)
Təşəkkürlər.
Aysu (08 may 2015 09:46)
lezzetli gorunur Her biriliant
Reseptaz (15 fevral 2015 22:37)
Nuş olsun.
Roya (07 fevral 2015 20:06)
Bu resepte gore tsk edirem.Cox dadli alindi.Ozume ehsen...
Reseptaz (22 dekabr 2014 23:26)
Təşəkkürlər.
gulzar (18 dekabr 2014 01:07)
çoooooox sağolun :)
Reseptaz (17 dekabr 2014 22:49)
Salam. Qozlu içlik qoyanda qatılır povidla ilə olanda qatılmır. Xəmrinə tökərsiniz. Nuş olsun.
gulzar (17 dekabr 2014 20:24)
3 ədəd yumurta (yumurtanın ağının biri içliyə əlavə olunur) --- bişmiş pavidlanın içinə yumurta ağını qatım?
Reseptaz (15 dekabr 2014 22:48)
Təşəkkür edirik. Nuş olsun.
Ramile (14 dekabr 2014 22:21)
BISIRDIM.COX DADLI ALINDI.YEYEN HAMI BEYENDI.ADI MUTEKKE RESEPTINI DE BISIRDIM.TERKIBDE GOSTERILEN XEMIRI HAZIRLADIM.AMMA ADI MUTEKKE ILE SAMAXI MUTEKKESININ ICLIYIN YARIYA BOLUB BIR XEMIRLE IKI CUR MUTEKKE HAZIRLADIM.SAMAXI MUTEKKESINE EVDE BUSIRILMIS ALMA CEMI QOYDUM.MESLEHET GORERDIM XANIMLARA BISIRSIN
Reseptaz (12 noyabr 2014 22:22)
Salam. Bölgələribizdən Şəkidən gələn bir resept var ordan baxa bilərsiniz.
fatime (19 oktyabr 2014 13:55)
salam menim ucun seki pitsin deqiqle yazardza zehmet olmasa
Reseptaz (29 dekabr 2013 12:09)
http://resept.az/Sekerbura-4563.html
jale (29 dekabr 2013 00:51)
mence wekebura xemirinin hazirlanmasi bu saytda olmalidir
sona (28 dekabr 2013 18:46)
salam xanimlar mene wekerburanin xemirinin hazirlanma qaydasini yazinda evvelceden tewekkur edirem
Reseptaz (28 dekabr 2013 10:32)
insh. hazirladigimizda bu reseptleri de burada paylashacagiq
yegane (28 dekabr 2013 01:31)
pitici malako yeni qus sudu tortunun reseptini yazardiz zehmet olmasa.
jale (25 dekabr 2013 12:16)
men sizden cemli bulku reseptini istiyirdim.sade bulku yox
Reseptaz (25 dekabr 2013 10:35)
tesekkurler, bulka reseptleri de saytimizin sirniyyat bolmesinde movcuddur..
Diplomatka (25 dekabr 2013 01:00)
Salam. Mene de cemli bulka resepti lazimdir. Saytinizda yerlesdirseniz, cox sad olardim.
jale (25 dekabr 2013 00:47)
resepte göre tsk.eger bilirsizse cemli bulku resepti istiyirdim?
emil muradov (24 dekabr 2013 22:46)
zaqatala bamiyesi
emil muradov (24 dekabr 2013 22:46)
tortun hazirlanmasi
emil muradov (24 dekabr 2013 22:45)
tort
emil muradov (24 dekabr 2013 22:44)
tort
piroq

Bu saytdakı bütün reseptlər və üzərində resept.az logosu olan bütün şəkillər resept.az-a məxsusdur və heç bir halda izinsiz olaraq istifade edilə bilməz. Əlaqə üçün: reseptaz@yahoo.com adresinə müraciət edin.