Sac içi



Ərzaqlar:



500 q toyuq əti

6 ədəd kartof

3 ədəd badımcan

3 ədəd şirin bibər

4 ədəd pomidor

1 ədəd nar

3 ədəd baş soğan

Duz

Istiot

Qızartmaq üçün zeytun yağı


Hazırlanması:

Toyuq ətini duzlu suda bişiririk. Bişdikdən sonra tavada yağda qızardırıq.



Kartofun qabığını soyub yuduqdan sonra halqa doğrayıb yağda duz və istiot töküb qızardırıq.



Badımcanın qabığını soyub halqa doğrayıb duzlayırıq. Sonra acı suyunu çıxarıb yuyub sıxırıq. Tavada yağda duz səpib hər iki üzünü qızardırıq.



Soğanın qabığını soyub doğrayıb yağda qızılı rəngdə olanadək qızardırıq. Pomidoru və bibəri də halqa doğrayıb tavada duz və istiot səpib az qızardırıq.

Bütün ərzaqlar qızardılıb hazır olduqda saca birincı badımcan qızartmasını düzürük.



Ortasına soğan qovurması ilə toyuq qızartmasını qarışdırıb tökürük.



Yanlara isə kartof, pomidor və bibəri düzürük. Nar dənəsini tökürük. Sacı vam odda 20 dəqiqəyə dəm almağa qoyuruq. Sacı dəm almağa qoyduqda ağzını qapaqla ya da falqa kağızı ilə örtürük.



Nuş olsun!


OXŞAR YAZILAR
.Yumşaq ət kotleti
Ərzaqlar: 500 q çəkilmiş ət 1 ədəd baş soğan 4 x.q suxarı ½ st su 2 x.q duru yağ 1/3 limon suyu Duz İstiot Ç.q ucunda sarıkök 1 ç.q nan
.Toyuq kotleti
Ərzaqlar: 500 q toyuğun döş əti 100 qr quyruq 1 ədəd baş soğan 3 x.q suxarı 1/3 st su 1 x.q duru yağ Ç.q ucunda sarıkök Duz İstiot Qızartma
.Kiyev kotleti 2
Ərzaqlar: 600 q toyuğun döş əti 100 q kərə yağı Duz İstiot 2 ədəd yumurta 5-6 x.q un 8-9 x.q suxarı Qızartmağa duru yağ Hazırlanması:
.Qovurmalı əriştə plovu
Ərzaqlar: 500 q xırda doğranmış quzu əti 100-150 q quyruq 2 ədəd yuxanın əriştəsi 3 st düyü 4 ədəd baş soğan 4 x.q əridilmiş kərə yağı Duz İst
.Tənbəl mantısı
Ərzaqlar: (4 nəfər üçün) Xəmir üçün: 3 st un 1 st su 1 ədəd yumurta 1 ç.q duz Yuxaları yaymaq üçün əlavə un İçlik üçün: 250 q çəkilmiş ət
Şərh yaz
Adınız:
Email: saytda görsənməyəcək
Mətn
Kod gizli kod Yenilə
Kodu yaz

Şərhlər
Gulya (18 avqust 2016 12:55)
elaa
RAUF (25 iyul 2015 15:31)
ela
RAUF (25 iyul 2015 15:30)
yemek
Guler (11 iyul 2015 03:34)
sacim yoxdu gerek birdene alim
Reseptaz (21 avqust 2014 01:42)
Çox sağ olun.
zulfi (12 iyun 2014 02:13)
Asbaz zulfi
glnar (08 may 2014 18:42)
salam binu mutleq sac ucun olan qabda elemeliyem
Hesenova Arzum (15 mart 2014 20:54)
İmmm. Dadli gorsenirrr))) ellerinize saglık
Reseptaz (16 fevral 2014 16:28)
Can əti ilə də bişirib qoyacağıq.Sac içi közdə olanda daha ləzzətli olur.Təşəkkürlər.
deniz (16 fevral 2014 16:21)
sac ici can eti ve qarisiq
Reseptaz (09 dekabr 2013 14:53)
cox sag olun..
sabina (09 dekabr 2013 13:05)
Superdi! Hazirlayacam mutleq..sevirem bu sayti

Bu saytdakı bütün reseptlər və üzərində resept.az logosu olan bütün şəkillər resept.az-a məxsusdur və heç bir halda izinsiz olaraq istifade edilə bilməz. Əlaqə üçün: reseptaz@yahoo.com adresinə müraciət edin.