Quzu ətindən buğlama



Ərzaqlar:



1 kq sümüklü quzu əti

3 ədəd baş soğan

2 ədəd pomidor

2 ədəd kartof

2 ədəd şirin bibər

3 diş sarımsaq

2 x.q əridilmiş kərə yağı

1 ədəd limon

1 dəstə cəfəri

Duz

Istiot


Hazırlanması:

Əti yuyub 1/2 limon suyu, duz istiot töküb qarışdırırıq. Sərin yerdə 1 saat saxlayırıq.



Soğanın qabığını soyub yuduqdan sonra halqa doğrayırıq.



Göyərtini təmizləyib yuyub xırda doğrayırıq.



Kartofun qabığını soyub yuduqdan sonra qalınlığı 1 sm doğrayırıq.



Sarımsağı təmizləyib yuyub xirda doğrayırıq.



Bibəri təmizləyib yuyub doğrayırıq.



Pomidorun qabığını soyub halqa doğrayırıq.



Birinci qazana əti tökürük.



Ətin üstünə soğandan səpirik.



Sonra göyərtinin yarısını tökürük.



Sonra kartofları düzürük.



Kartofun üstünə soğandan səpirik.



Sarımsağı tökürük.



Bibər tökürük.



Pomidoru düzürük.



Qalan soğanı tökürük.



Göyərti tökürük.



Limonun yarısını sıxıb yeməyə əlavə edirik. Yağı, duzu və istiotu toküb vam odda 2-2,5 saata bişiririk.



Suyu çəkilib yağa düşdükdə hazır olacaq.



Nuş olsun!


OXŞAR YAZILAR
.Yumşaq ət kotleti
Ərzaqlar: 500 q çəkilmiş ət 1 ədəd baş soğan 4 x.q suxarı ½ st su 2 x.q duru yağ 1/3 limon suyu Duz İstiot Ç.q ucunda sarıkök 1 ç.q nan
.Toyuq kotleti
Ərzaqlar: 500 q toyuğun döş əti 100 qr quyruq 1 ədəd baş soğan 3 x.q suxarı 1/3 st su 1 x.q duru yağ Ç.q ucunda sarıkök Duz İstiot Qızartma
.Kiyev kotleti 2
Ərzaqlar: 600 q toyuğun döş əti 100 q kərə yağı Duz İstiot 2 ədəd yumurta 5-6 x.q un 8-9 x.q suxarı Qızartmağa duru yağ Hazırlanması:
.Qovurmalı əriştə plovu
Ərzaqlar: 500 q xırda doğranmış quzu əti 100-150 q quyruq 2 ədəd yuxanın əriştəsi 3 st düyü 4 ədəd baş soğan 4 x.q əridilmiş kərə yağı Duz İst
.Tənbəl mantısı
Ərzaqlar: (4 nəfər üçün) Xəmir üçün: 3 st un 1 st su 1 ədəd yumurta 1 ç.q duz Yuxaları yaymaq üçün əlavə un İçlik üçün: 250 q çəkilmiş ət
Şərh yaz
Adınız:
Email: saytda görsənməyəcək
Mətn
Kod gizli kod Yenilə
Kodu yaz

Şərhlər
ali_rustemov86 (01 may 2017 11:05)
Salam
Reseptaz (23 noyabr 2016 09:10)
Nuş olsun...
Qafqaz (22 noyabr 2016 19:01)
Bozartmanı başqa reseptlə də hazırlamışam . Çox gözəl alınıb .
Qafqaz (22 noyabr 2016 16:29)
Quzu ətindən buğlamanı hazırlamışam . Çox ləzzətli alınıb .
gul (04 iyun 2016 12:52)
demek olarki yemek biwirmeyi sizin saytdan oyrenirem, tewekkurler resept.az.
Reseptaz (14 may 2016 13:42)
Nuş olsun
Davud (13 may 2016 11:23)
coxxxx gozeldirrr cox sagol resept.az
davud (13 may 2016 11:22)
əlaaaa
elvin (13 may 2016 11:21)
mmmmmmmmmm
elvin (13 may 2016 11:21)
cox yaxsi olduuuuuuu :)
cox sagolun
elvin (13 may 2016 11:19)
buğlama
xəyalə (08 noyabr 2015 17:25)
Çox sağ olun çox dadlı oldu
Zumrud (31 oktyabr 2015 15:41)
Eynile bu terzde bişirdim ve yemeyim olduqca dadlı çıxdı. Hetta et sevmeyen men bele çox sevdim. :) Teşekkür edirem resept üçün.
Nergiz (29 oktyabr 2015 21:32)
Yimeyim cox lezzetli oldu. Yoldawim qaynanam cox beyendi. Coxsagolun ne yaxsiki varsiz
Nergiz (29 oktyabr 2015 14:42)
Indice qazin ustunde biwirirem bu reseptle. Gorey nece olacag dadi
Reseptaz (08 iyun 2015 17:07)
tesekkurler
Lamiya (08 iyun 2015 17:02)
Bu yemekden tez tez biwirirem, mehz sizin reseptinizle. Cox lezzetli alinir. Cox sag olun.

Bu saytdakı bütün reseptlər və üzərində resept.az logosu olan bütün şəkillər resept.az-a məxsusdur və heç bir halda izinsiz olaraq istifade edilə bilməz. Əlaqə üçün: reseptaz@yahoo.com adresinə müraciət edin.