Qurutlu xingal



Ərzaqlar:




Xəmir üçün:

4 st un

1 ç.q duz

1 ədəd yumurta

Su aparanadək

Yuxaları yaymaq üçün əlavə un

Üstü üçün:

5-6 ədəd baş soğan

Duz

2 x.q əridilmiş kərə yağı

Qurut

Zövqə görə qurutə sarımsaq tökə bilərsiniz.

Yuxaları bişirmək üçün:

Su

Duz


Hazırlanması:

Xəmiri hazırlamaq üçün unu ələyib üstünə duz və yumurta töküb ilıq su ilə qarışdırıb yoğururuq. Normal xəmir olacaq. Xəmrin rənginin gözəl olmağını istəyirsinizsə az sarıkök əlavə edə bilərsiniz.



Xəmirdən kündələr düzəldirik.



Kündələri un səpib oxlovla nazik yayırıq.





Yayılmış yuxaları bıçaqla 5x5 sm ölçüdə kəsirik.



Soğanın qabığını soyub yuduqdan sonra yandan nazik doğrayırıq.



Doğranmış soğanın üstünə duz və yağ əlavə edib qızılı rəngdə olanadək qovururuq.



Axşamdan az suya qoyulmuş yumşalmış qurutu çalırıq. Zövqə görə sarımsaq əzib tökürük.



Xingalı bişirmək üçün qazana su töküb qaynadırıq. Suya zövqə görə duz tökürük. Su qaynayanda kəsilmiş yuxaları tökürük.



Bişdikdə süzürük.



Qaba əvvəlcə qurutdən töküb yayırıq.



Sonra süzülmüş xəmirdən tökürük.



Xəmirin üstünə yenə qurutdən töküb yayırıq.



Üstünə soğan qovurması tökürük.



Hazır xingalı süfrəyə veririk. Xingalın yanında əlavə qurut və yağ qoyuruq.



Nuş olsun!


OXŞAR YAZILAR
.Qovurmalı əriştə plovu
Ərzaqlar: 500 q xırda doğranmış quzu əti 100-150 q quyruq 2 ədəd yuxanın əriştəsi 3 st düyü 4 ədəd baş soğan 4 x.q əridilmiş kərə yağı Duz İst
.Tənbəl mantısı
Ərzaqlar: (4 nəfər üçün) Xəmir üçün: 3 st un 1 st su 1 ədəd yumurta 1 ç.q duz Yuxaları yaymaq üçün əlavə un İçlik üçün: 250 q çəkilmiş ət
.Sobada tərəvəzli kotlet
Ərzaqlar: 500 kq çəkilmiş qoyun əti 4 ədəd balaca baş soğan 2 ədəd kök 1 ədəd bibər 4-5 ədəd pomidor 150 q pendir 1 x.q əridilmiş kərə yağı + 2
.Toyuğun döş əti ilə sobada kartoflu yemək
Ərzaqlar: 1 ədəd toyuğun döş əti 2 ədəd kartof 4 x.q duru yağ 2 diş sarımsaq 50 q kaşar ya holland pendiri Duz İstiot Hazırlanması: Karto
.Toyuğun döş əti ilə bibərli yemək
Ərzaqlar: 1 ədəd toyuğun döş əti 2 ədəd bibər (hər birinin yarısı) 4 x.q duru yağ 1 balaca baş soğan 50 q kaşar ya holland pendiri 3 x.q pomidor
Şərh yaz
Adınız:
Email: saytda görsənməyəcək
Mətn
Kod gizli kod Yenilə
Kodu yaz

Şərhlər
yeter (16 avqust 2015 02:28)
bildim yazmısız
yeter (16 avqust 2015 02:22)
qurut nedi?
yeter (16 avqust 2015 02:21)
mail.ru
Reseptaz (04 dekabr 2014 22:39)
Salam. İlahə xanım geniş mılumat verdiyiniz üçün təşəkkür edirik.çox sağ olun.
Ilahe (02 dekabr 2014 15:06)
Yadimdan cixdi demedim--xengeli bowqaba qoyanda cengel ile xengeli bir-bir aralayirsan,bir sozle seyreldirsen,sebeb--xemir kimi cixmasin,biz evde qazandan xengelleri cixartmaq ucun taxta kefkirden istifade edirik,az-az taxta kefkirle xendelden goturub bowqaba qoyuruq ve cengel ile seyreldirik,vessalam,deyeceyim bu qeder,ele cetin iw deyil,Nuw olsun
Ilahe (02 dekabr 2014 15:00)
Salam,qurut Tovuz-Kedebey-Qazax rayonunda duzlu suzmeden hazirlanir,beleki qatiq torbada suzurlur,aci suyu cixir,sonra da ona duz vurursan,top kimi yumurlayirsan,onu qurumaga qoyurlar,daw kimi olandan sonra ise qend qaycisi ile qirib iliq suda islaga qoyursan,biraz qaldiqdan sonra ise ovcunun icinde ezmeye bawlayirsan,tam hazir olandan sonra ise xengelin ustune tokursen,artiq qalani ise wuwe bankaya tokub xolodennikde 1 aya qeder saxlaya bilersen,tami itmir.Qurutu bazarlardan da ala bilersiz,satiwda olur,cox da bahali bir wey deyil,biz terefde nenelerimiz hazirlayir,zeherlenme olanda da istifade etmek olar)))
Lady (02 dekabr 2014 14:40)
Salam Qurut nədi?

Bu saytdakı bütün reseptlər və üzərində resept.az logosu olan bütün şəkillər resept.az-a məxsusdur və heç bir halda izinsiz olaraq istifade edilə bilməz. Əlaqə üçün: reseptaz@yahoo.com adresinə müraciət edin.