Qozlu toyuq salatı



Ərzaqlar



200 q toyuğun döş əti

3 yumurta

2 ədəd kartof

2 ədəd yerkökü

1/2 st  qoz ləpəsi

1 ədəd alma

Duz

Mayonez


Hazırlanması

Suya duz töküb əti bişiririk. Soyuyandan sonra əlimizlə uzun liflərə ayırırıq.



Kartofu, yerkökünü və yumurtanı suda bişiririk. Soyuduqdan sonra qabığını təmizləyirik. Kartofu nazik uzun doğrayırıq.



Yumurtanı nazik uzun doğrayırıq.



Yerkökünü nazik uzun doğrayırıq..



Almanın qabığını soyub nazik uzun doğrayırıq.



Qozu sürtgəcin böyük gözündən keçiririk.



Düz boşqab götürürük. Boşqabı əvvəlcə az mayonezləyirik.



Kartofu əlavə edib duzlayıb mayonezləyirik.



Yerkökünü əlavə edib duzlayıb moyanezləyirik.



Toyuq ətini əlavə edib mayonezləyirik.



Almanı əlavə edib duzlayıb mayonezləyirik.



Yumurtanı əlavə edib duzlayıb mayonezləyirik.



Yumurtanın üstünə qozu səpirik.



Zövqə görə bəzəyirik.



Nuş olsun! 


OXŞAR YAZILAR
.Kahı ilə yumurtalı xiyarlı salat
Ərzaqlar: 1 ədəd kahı 3 ədəd yumurta 2 ədəd tər xiyar 2 zoğ cəfəri 2 zoğ göy soğan Duz Istiot Mayonez Hazırlanması: Yumurtan
.Lobyalı suxarılı toyuq salatı
Ərzaqlar: 200 q toyuğun döş əti 1 banka lobya 1 banka qarğıdalı 1 ədəd kahı 50 q suxarı Mayonez Duz Hazırlanması: Toyuğun döş ətini duzlu
.Qarpız dilimi salatı
Ərzaqlar: 200 q toyuğun döş əti 100 q sarı bərk pendir 5-6 ədəd qara zeytun 2 ədəd təzə xiyar 3 ədəd pamidor 4 x.q mayonez Duz Istiot Hazırla
.Kələmli narlı toyuq salatı
Ərzaqlar: 500 q kələm 150 q toyuğun döş əti 2 ədəd nar 2 ədəd tər xiyar 1 ədəd kök 1 ədəd qırmızı soğan (zövqə görə) Bir balaca də
.Ananaslı toyuq salatı
Ərzaqlar: 5 halqa ananas 250 q toyuq əti 1 balaca banka qarğıdalı 3 ədəd yumurta 100 q bərk sarı pendir Mayonez Duz Hazırlanma
Şərh yaz
Adınız:
Email: saytda görsənməyəcək
Mətn
Kod gizli kod Yenilə
Kodu yaz

Şərhlər
Reseptaz (18 aprel 2015 23:04)
Çox sağ olun. Nuş olsun.
Aysel (17 aprel 2015 17:52)
salata gore tewekkur edirem!
Reseptaz (20 avqust 2014 20:31)
Nuş olsun.
samira (09 aprel 2014 12:49)
toyuq salati
Reseptaz (04 aprel 2014 22:58)
Təşəkkür edirik.
xeyla (24 mart 2014 10:49)
cox saq olun
Reseptaz (18 dekabr 2013 09:13)
nush olsun
sevic (17 dekabr 2013 22:06)
salati mede hazirladim birdefe olmasina ramen cox yaxsi alidi qonaqlarim cox memnun qaldi
Reseptaz (06 noyabr 2013 09:25)
cox dadli bir salatdir
jale (05 noyabr 2013 22:50)
choox gozeldi.sevdiyim salatlardan biridir.


Bu saytdakı bütün reseptlər və üzərində resept.az logosu olan bütün şəkillər resept.az-a məxsusdur və heç bir halda izinsiz olaraq istifade edilə bilməz. Əlaqə üçün: reseptaz@yahoo.com adresinə müraciət edin.