Qozlu rulet



Ərzaqlar:



Biskvit üçün:

5 ədəd yumurta

1 st şəkər tozu

1 st un

2 x.q kakao

1 paket qabartma tozu

Krem üçün:

1 banka bişmiş qatılaşdırılmış süd

İç üçün:

50 q qoz ləpəsi


Hazırlanması:

Qatılaşdırılmış südü 3 saat suda bişiririk qoyuruq soyuyur.Ya da hazır bişmiş qatılaşdırılmış süddən istifadə edirik.

Yumurtanı mikserlə çalırıq.



Şəkər tozunu əlavə edib yenə çalırıq.



Unu və qabartma tozunu əlavə edib mikseri aşağı sürətə qoyub çalırıq.



Qarışığın 1/3-ni başqa qaba töküb üstünə 2 x.q kakao töküb çalırıq.



Əvvəlcə xəmiri tökəcəyimiz qabı sobada qızdırırıq. Çıxaran kimi tez kağız sərib kakaolu xəmirdən tökürük. Çubuq vasitəsi ilə naxış salırıq.





Qalan ağ xəmiri naxışın üstündən töküb yayırıq.



180 dərəcə qızdırılmıç sobada 20-25 dəqiqəyə bişiririk.



Çıxardan kimi kağız ilə bərabər bükürük. Qalır tam soyuyur.



Soyuduqdan sonra kağızı açıb götürürük.



Qoz ləpəsini bıçaqla xırda doğrayırıq.



Arasına qatılaşdırılmış süd çəkib qoz ləpəsindən səpib bükürük.





Yan hissəsəri kəsib götürürük.



Bir neçə saatdan sonra kəsib çay süfrəsinə verə bilərsiniz.



Nuş olsun!


OXŞAR YAZILAR
.Qurabiyə tortu
Ərzaqlar: ½ banka qatılaşdırılmış süd 50 q qoz ləpəsi 50 q qara kişmiş 50 q tünd şokalad Üstü üçün: 200 q krem qaymaq 190 q tünd şokalad
.Bananlı çiyələkli tort
Ərzaqlar: Bizkvit üçün: 6 ədəd yumurta 1 st şəkər tozu 1 st un 1 paket qabartma tozu 1 paket vanil Krem üçün: bax qaymaqlı krem 3 ya da maska
.Cemli piroq
Ərzaqlar: 200 q kərə yağı 1 st şəkər tozu 2 ədəd yumurta 1 paket qabartma tozu 1 paket vanil 3 st un İçlik üçün: 200 q cem Hazırlanması:
.Qu quşu pirojnası
Ərzaqlar: 4 ədəd yumurta 1 st un 1 st süd ya su Bir çimdik duz 100 q kərə yağı Krem üçün: İstədiyiniz növdə krem istifadə edə bilərsiniz Ha
.Şokaladlı çizkek (cheesecake) 2
Ərzaqlar: 400 q labnə pendiri 1 paket krem qaymaq 1 st şəkər tozu 3 x.q nişasta 4 ədəd yumurta 1 paket vanil 185 q qrabiyə 125 q kərə yağı
Şərh yaz
Adınız:
Email: saytda görsənməyəcək
Mətn
Kod gizli kod Yenilə
Kodu yaz

Şərhlər
Kəmalə (05 fevral 2017 19:13)
Saytınızı çox bəyəndim.Ən azı bəzi saytlarda olan tərbiyyəsiz reklamlar yoxdur.Çox sağolun bəyəndim resepti.
Turanə (13 iyun 2016 13:37)
Mən bu ruleti eledim çox gözəl alındı.
Reseptaz (31 may 2016 09:19)
Salam. nuş olsun. bəzəkləri edende gerek qab isti olsun. kağızı isə tam soyuduqdan sonra açın. inş. bu dəfə yapışmaz.
Efsane (30 may 2016 12:35)
Salam Xanim ruleti duene hazirladim ela cixdi dadli super cox sagolun. Ancaq o bezekler vaer kakoynan olan onu men kagizin ustune serdim cople bezek etdim ustune ag xemiri tokdum.Duxovkada bezekler qarsmis di o neden ola biler birde kagizdan qopardanda kakoolou xemiin uzu qopurdu ordan burdan yeni sizin kimi kimi qusursuz olmad io neden olaa bier?? bu gun yene bisircem birde 3 yumurta vursam olar??
Nana (05 fevral 2016 15:44)
Men hazirladim ela alindi.tewekkurler. ama duxobkadan cixardan kimi surdum bukdum. Siz eden kim kagiz qarwiq bukmeye risk elemedim birden kagiz yapiwaq deye.
MSM (05 fevral 2016 15:23)
Cox sag olun
Reseptaz (05 fevral 2016 14:39)
salam, tam soyuduqdan sonra acin. eger ehtiyat edirsinizse kagiza az yag ceke bilersiniz.
MSM (01 fevral 2016 21:31)
Salam xanim men saytinizdaki ruletlerden birirn hazirladim dadli oldu amma kagiza yapismisdi bukenden sonra,bunu da hazirlamaq isteyirem olar ki,kagizi yaglayib hazirlayim,qorxuram ki,yapisar bu da goruntusu siz hazirladiginiz kimi olmaz,cavab yazin da tez xahis edirem
Reseptaz (02 sentyabr 2015 23:42)
Qabınıza xəmiri kvadrat töküb bişirə bilərsiniz.nuş olsun.
fidan (03 avqust 2015 22:56)
Salam resept az oncelikle size oz derin minnetdarliqimi bildirmek isterdim ki bele bir gozel sayt hazirlamisiniz ve sualim olacaqdi bu ruletin gorunusu menim coox xosuma geldi dadinin da ela olacagina inaniram bunu hazirlamaq ucun mende hersey var sadece mende yumru duxovka qabidi bele uzunsov yoxdur nece bilirsiz yagli kagizi kvadrat formada serib bisirsem olar??? tezlikle cvb yazacaginiza inaniram onceden tesekkurler
Reseptaz (15 iyul 2015 13:43)
nus olsun
arzu (15 iyul 2015 13:20)
Baxıb bişirdim.Çox dadlı olur.Hamıya məsləhət görərdim.
arzu (15 iyul 2015 13:20)
Baxıb bişirdim.Çox dadlı olur.Hamıya məsləhət görərdim.
Leyla Memmedova (13 iyun 2015 17:07)
Gorunuşu cox gozeldi. Heyran oldum. Vaxt tapan kimi hazirlayacam. :)
Reseptaz (24 aprel 2015 13:10)
cox sag olun
zeyneb (24 aprel 2015 10:12)
Salam size cox tesekkur edirem sizden cox sey oyrenirikyaxsi ki varsiz
Reseptaz (15 fevral 2015 22:21)
Salam. Rəna xanım nə deyum mən bişirəndə normal biskvit kimi alınır. Uğurlar. Nuş olsun.
Rena (06 fevral 2015 15:06)
Usaqlar suluqdu imkan vermir deye gece saat birde bisirdim,gorunusu cox gozel oldu deye yoldasima gosterdimki bax eyni internetdeki kimi alinib.Dedi dadina baxim qoymadimki sabaha kimi skusonnu tam canina hopsun sabah isden gelende yeyersen,indide baxdim dadi yaxsi alinmayib,bu saat telesik paxlava bisiriremki paxlavani gorsun ruleti sorusmaq yadindan cixsin. Men yenede undan suphelenirem ona gore paxlava bisiriremki,biskivit yene kopmeyecek,corek kimi cixacaq,Insallah busada yaxsi cixar pert olmaram
Rena (06 fevral 2015 14:29)
Salam xanim!Mene dunen bisirdim ruletden her seyinini deqiqlikle vurdum,gorunusu eyni bunun kimi alindi. Amma corek kimi cixdi,yeni quru deyil ,amma,reyzin kimidi. Sobamda cox yaxsi bisirir,bilmirem niye bele alinir. Kecen defe sizden aldiqim kismisli keksde gorunusden cox gozel idi yaxsi kopmusdu,ama sonra kopu sendi,coreye oxsadi. Hemde ruletinde,keksinde dadi bir qeribe oldu ele bil susadir adami. Keks yaxsi alinmayanda elebildim undandi.Men Rusiyada yasayiram.burda corek ucun un basqa olur sirniyatcun basqa. Corek unuyla sirniyat bisirenda biskivit coreye oxsayir. Biskivit unuylada xemir alinmir,yaymaq olmur sanki oxalanir xemir. Keksi corek unuyla hazirlamisdim ele bildim ona gore yaxsi alinmayib,amma,ruleti biskivit unuyla hazirladim yene eyni alindi. Hemin unla basqa evvelceden bildiyim sirniyyatlari bisirdim cox gozel oldu,ozude menim elimde sirniyyati ilk defe de hazirlasam cox gozel olurdu. Cox pis oldum ki niye bele oldu. Bu gun paxlava bisirecem gorum o nolacaq
Reseptaz (07 yanvar 2015 21:41)
Çox sağ olun.
aksin (06 yanvar 2015 20:58)
jsk
Reseptaz (30 dekabr 2014 18:37)
Cox sağ olun. Nuş olsun.
Irada (30 dekabr 2014 17:18)
Resepte gore tesekkurler)) chox dadli ve gozel alinir, hemde bishirishi chox asandir)
Reseptaz (14 noyabr 2014 22:10)
Salam. xəmirinə getmir. kreminə istəsəniz yağlı krem olsun hazırlaya bilərsiniz.Yəni qatılaşdırılmış südə yağ əlavə edə bilərsiniz.Nuş olsun.
Ulviyyə (14 noyabr 2014 21:26)
Salam.Bəs bu ruletə yağ getmir.??
Reseptaz (12 noyabr 2014 21:30)
Salam. Mən qaynar qaba kağızı qoyan kimi tökmüşəm onda xəmir az bərkiyir. Sonra ehtiyatla ağ xəmiri tökmüşəm. Sizdə elə elınmırsa töküb naxışı düzəldib sobaya qoyun özünü az tutub bərkisin sonra çıxarıb ağ xəmiri üstünə tökün. təşəkkürlər.
leyla (07 noyabr 2014 19:34)
bu ruleti bisirmeyi her kese tovsiye edirem hem cox dadlidi,hem asandi,hemde gozel gornusu var.resept.az teshekkurler size.
leyla (01 oktyabr 2014 01:25)
xahis edirem sualimi cavablandirasiz naxis cox xosuma geldi
leyla (30 sentyabr 2014 15:24)
Resept.az size 1sual verim xahis edirem cavablandirin.ruletin bezeyi cox xosuma geldi ama ede bilmedim.xemiri qasiqla evvel tokdum ve cople yaydim.sonra ag xemiri tokdum bisende naxislar daqildi.evvel naxisi vurub bisiririk?nece edim alinsin????teshekkurler
Reseptaz (26 avqust 2014 00:08)
Təşəkkürlər.
zəhra (25 avqust 2014 16:25)
çox bəyəndim
Reseptaz (17 avqust 2014 18:57)
Çox sağ olun. Nuş olsun.
Sekiw ( esl adim Sekne) (31 iyul 2014 17:09)
Salamlar bu _qozlu rulet_reseptini cox beyendim cavab yazin
renarin (19 iyul 2014 11:12)
ay xanım kakosla hindistan cevizi eynidirdee)) biz kakos deyirik, türkler hindistan cevizi. men istanbulda marketde kakos dedim anlamadılar sonra beyaz bir meyve kırıntısıdır tatlıları süslemek için dedim haaa hindistan cevizimi diyorsanız)) baxdımki hee ele kakosun özüdürki var))) men kiloyla alıram paket almaq serf elemir(( resepte göre teşekkürler men bunu bişirirem ama unu tökende artıq tahta qaşıqla qarışdırmaga başlayıram.
Reseptaz (06 iyul 2014 19:04)
salam, beli olar..
SONA (06 iyul 2014 16:22)
salam findiq lepesi tokmek olar????
SONA (21 iyun 2014 15:58)
ELADI ELA
Reseptaz (20 may 2014 20:04)
beli cox asandir
Nurka (19 may 2014 20:03)
cox asan rulete benzeyir
esqa (12 may 2014 17:04)
Salam.cox gozeldi.xais edirem usaqlar ucunde vitaminli yemekler veresiniz.tesekkurler

Bu saytdakı bütün reseptlər və üzərində resept.az logosu olan bütün şəkillər resept.az-a məxsusdur və heç bir halda izinsiz olaraq istifade edilə bilməz. Əlaqə üçün: reseptaz@yahoo.com adresinə müraciət edin.