Qozlu kükü



Ərzaqlar:



8 ədəd yumurta

50 q kərə yağı

150 q qoz ləpəsi

1 dəstə ispanaq

1 dəstə quzuqulağı

1 dəstə keşniş

1 dəstə şüyüd

1 dəstə nanə

1 dəstə göy soğan

Duz

Istiot


Hazırlanması:

Göyərtiləri təmizləyib yuyub xırda doğrayırıq.



Qoz ləpəsini bıçaqla xırda doğrayırıq.



Yumurtanın üstünə duz və istiot töküb çalırıq.



Əvvəlcə doğranmış göyərti ilə qozu qarışdırırıq.



Sonra üstünə çalınmış yumurtanı əlavə edib yaxşı qarışdırırıq.



Soba qabına yağı töküb qızdırırıq.



Yağ əriyən kimi qabı çıxarıb qarışığı qaba töküb yayırıq.



180-200 dərəcə qızdırılmış sobada yumurta bişənədək bişiririk.



Hazır olanda zövqə görə romb şəklində doğrayıb qoz ləpəsi ilə bəzəyib süfrəyə veririk. Hazır qozlu kükünü süfrəyə soyuq ya da isti halda vermək olar.



Nuş olsun!

OXŞAR YAZILAR
.İçi doldurulmuş yumurta
Ərzaqlar: 4 ədəd yumurta 0,5 ç.q xardal 100 q feta pendiri 1 diş sarımsaq 1 ədəd tər xiyar Balaca dəstə cəfəri Balaca dəstə şüyüd Hazırlanma
.Qozlu toyuq ruleti
Ərzaqlar: 350 q toyuğun döş əti 100 q kərə yağı 3 x.q duru yağ 50 q qoz ləpəsi 1 ədəd kök 2 diş sarımsaq 2 baş soğan Duz İstiot Hazırlanma
.Toyuq əti ilə pendirli blinçik.
(25 ədəd bilinçik üçün) Ərzaqlar: 25 ədəd hazır blinçik 300 q toyuğun döş əti 100 q pendir 1 baş soğan 3 x.q yağ Duz İstiot Hazırlanması: Bl
.Blinçik 4
(35 ədəd bilinçik üçün) Ərzaqlar: 3 st süd 3 ədəd yumurta 2 st un 1 x.q şəkər tozu 2 x.q duru yağ 1 ç.q duz Bişirmək üçün əlavə 5-6 x.q duru
.Pendir içlikli yumurta
Ərzaqlar: 4 ədəd yumurta 50q pendir 2 x.q mayonez 4-5 ədəd qoz ləpəsi 1 diş sarımsaq Nar dənəsi Cəfəri Hazırlanması Yumurtanı suda bişiri
Şərh yaz
Adınız:
Email: saytda görsənməyəcək
Mətn
Kod gizli kod Yenilə
Kodu yaz

Şərhlər
Reseptaz (05 may 2015 22:30)
Qatmasaniz da olar. Bəli çörəklə yeyilir. Nuş olsun.
Bahar Əlizadə (05 may 2015 21:55)
Salam asan reseptə nanə və quzuqulağı qatmaqdə vacibdi yoxsa zövqə görə??? Bir Qozlu Kükü çörəklə yeyilir??? Xahiş edirəm şərh yazın....
Reseptaz (13 mart 2015 21:52)
Təşəkkür edirik.
meryem (06 mart 2015 13:42)
qozlu kuku ressepine ye gore cox sagolun
Reseptaz (20 avqust 2014 19:29)
Təşəkkür edirik.
sevda (21 iyul 2014 21:15)
selma qacda bize ne şsag ol
Selma (25 aprel 2014 01:07)
Qeseng resepdi.oyrenmek olar hansi bolgemize aiddi?Naxcivan bolgesinin kukusune benzedi.o da beledi.neyse,sizlere iyi geceler,men qacdim:-):-P:-*

Bu saytdakı bütün reseptlər və üzərində resept.az logosu olan bütün şəkillər resept.az-a məxsusdur və heç bir halda izinsiz olaraq istifade edilə bilməz. Əlaqə üçün: reseptaz@yahoo.com adresinə müraciət edin.