Qozlu gilaslı tort



Ərzaqlar:



5 ədəd yumurta

1 st şəkər tozu

2/3 st un

1/3 st buğda nişastası

2 x.q kakao

1 paket qabartma tozu

Krem, üstü və araları üçün:



200 q maskarpon pendiri

1 paket qaymaq

6 x.q şəkər pudrası

1/2 paket vanil

100 q qovrulmuş qoz ləpəsi

300-400 q gilas

90 q tünüd şokolad


Hazırlanması:

Yumurtanın ağını sarısından ayırıb ağını bərkiyənədək mikserlə çalırıq.




Sonra şəkər tozunu əlavə edib çalırıq.



Yumurtanın sarılarını əlavə edib çalırıq.



Un, nişasta, kakao və qabartma tozunu bir qaba töküb qarışdırırıq. (Qarışığı ələkdən keçirsəniz daha yaxşı olar)



Qarışığı yumurta ağının üstünə az-az töküb taxta qaşıqla qarışdırırıq.



Qaba kağız sərib ya da yağlayıb unlayıb xəmiri tökürük.(qabın diametri 26 sm)



180 dərəcə qızdırılmış sobada 25-30 dəqiqəyə bişiririk.



Soyuduqdan sonra biskviti iki yerə bölürük.




Kremi hazırlamaq üçün maskorpon pendiri, şəkər kirşanı, vanil və qaymağı bir qaba töküb tam qarışanadək çalırıq.



Gilasın tumunu çıxardırıq.



Qoz ləpəsini qovurub xırda doğrayırıq.



Şokoladı süzgəcdən keçiririk.



Biskvitin bir layını qoyub krem çəkirik.



Gilasdan düzürük qoz səpirik.



İkinci layı qoyub kremləyib.



Tortun yanlarını da kremləyib üstünə kremdən qoyub gilas qoyuruq və şokolad qırıntısı sıpirik.





Nuş olsun!


OXŞAR YAZILAR
.Qurabiyə tortu
Ərzaqlar: ½ banka qatılaşdırılmış süd 50 q qoz ləpəsi 50 q qara kişmiş 50 q tünd şokalad Üstü üçün: 200 q krem qaymaq 190 q tünd şokalad
.Bananlı çiyələkli tort
Ərzaqlar: Bizkvit üçün: 6 ədəd yumurta 1 st şəkər tozu 1 st un 1 paket qabartma tozu 1 paket vanil Krem üçün: bax qaymaqlı krem 3 ya da maska
.Cemli piroq
Ərzaqlar: 200 q kərə yağı 1 st şəkər tozu 2 ədəd yumurta 1 paket qabartma tozu 1 paket vanil 3 st un İçlik üçün: 200 q cem Hazırlanması:
.Qu quşu pirojnası
Ərzaqlar: 4 ədəd yumurta 1 st un 1 st süd ya su Bir çimdik duz 100 q kərə yağı Krem üçün: İstədiyiniz növdə krem istifadə edə bilərsiniz Ha
.Şokaladlı çizkek (cheesecake) 2
Ərzaqlar: 400 q labnə pendiri 1 paket krem qaymaq 1 st şəkər tozu 3 x.q nişasta 4 ədəd yumurta 1 paket vanil 185 q qrabiyə 125 q kərə yağı
Şərh yaz
Adınız:
Email: saytda görsənməyəcək
Mətn
Kod gizli kod Yenilə
Kodu yaz

Şərhlər
Reseptaz (20 mart 2016 14:50)
Çox sağ olun, bulka üçün buyurun -
http://resept.az/Bulka-6472.html
xanim (20 mart 2016 13:55)
cok guzel
xanim (20 mart 2016 13:55)
cok guzel ama bn burgulu bulku reseptini istiyorum
Reseptaz (05 may 2015 21:54)
Təşəkkür edirik.
Bahar Əlizadə (05 may 2015 21:48)
Salam əllərinizə sağlıq....
Reseptaz (05 may 2015 21:34)
Salam. Qatı olarsa salmaq olar. Nuş olsun.
Aytekin (22 aprel 2015 16:50)
Salam zehmet olmasa mene yazin santi kremi ile tortun uzerine gul salmaq olarmi evvelceden tesekkurler.
Reseptaz (25 yanvar 2015 21:57)
Şirniyyatlarda bir resept var duzlu qurabiyə. Om
Ndan bişirə bilərsiniz. Başqa reseptlər də bişirməyə çalışarıq.Təşəkkürlər.
Ilahe (22 yanvar 2015 23:48)
Salam,zehmet olmasa bura duzlu pecenye resepti yerlewdirin,nolar.terkibi limonlu olsa da olar.Helelik,opdum yanaginizdan
Reseptaz (22 yanvar 2015 21:04)
Şantı kremin hazırlanması paketin üstündə yazılır. Süd ya da su ilə hazırlaya bilərsiniz. Üstündə yazılır tort üçün az süd ya su tökülür. Adətən içində iki paket olursa ona 200 ml tökülür. Yaxşı olar süd ilə hazırlayın. Yenə də məslıhət görürəm ki pakrtin üstündə yazılan kimi hazırlayasınız. Təşəkkürlər.
Naval (22 yanvar 2015 13:36)
SALAM MEN SIZI YENE NARAHAT EDIREM BAGISLAYIN. DEYE BILERSIZMI PAKATDE OLAN SANTI KREM TOZUNU YALNIZ SUD ILE CALINIR??? BASQA HECNE ELAVE EDILMIR? BIRDE TORTUN USTUNE BEZEK QOYANDA YAXSIMI ALINIR ??? XAHIS EDIREM CAVAB VERESIZ

Bu saytdakı bütün reseptlər və üzərində resept.az logosu olan bütün şəkillər resept.az-a məxsusdur və heç bir halda izinsiz olaraq istifade edilə bilməz. Əlaqə üçün: reseptaz@yahoo.com adresinə müraciət edin.