Qozlu borucuq



(Azərbaycanın milli şirniyyat növlərindən biri)

Ərzaqlar:

Xəmir üçün:



2,5 st un

200 q xama

125 q kərə yağı

İçlik:

1 st qoz ilə şəkər tozu qarışığı

2 x.q bal

Çay qaşığının ucunda darçın

Üzü üçün:

1 ədəd yumurta


Hazırlanması:

Əvvəl içliyi hazırlayırıq. Qozu qovurub təmizləyirik. Soyuduqdan sonra maşından keçirdirik. Şəkər tozu ilə qarışdırırıq.

(200 q qoza 160 q şəkər tozu tökürük)

İçliyə balı və darçını əlavə edib qarışdırırıq. İçlik hazırdı.



Yağı bıçaqla xırda doğrayırıq.



Ələnmiş unu əlavə edib ovuruq.



Ovduqdan sonra xamanı əlavə edib xəmiri yoğururuq. Yumşaq xəmir olacaq.



Xəmiri təqribən 40 qramlıq 10 hissəyə bölüb kündəliyirik.



Kündəni oxlov vasitəsi ilə bir tərəfini o biri tərəfinə nisbətən enli yayırıq.Kündələrin hamısını bu şəkildə yayırıq.



Hər birinə 1 x.q içlik qoyub şəkildəki kimi bükürük.













Hazır xəmiri sobanın qabına yığırıq.Üstünə yumurta sarısı çəkirik.



200 dərəcə qızdırılmış sobada 20-30 dəqiqəyə bişiririk.





Nuş olsun!


OXŞAR YAZILAR
.Güllac
Türk mətbəxi Ərzaqlar: 5 ədəd güllac 1 st şəkər tozu 4 st süd 1 x.q gül suyu ya da 1/2 ç.q vanil Qoz ləpəsi ya da antep fısdığı H
.Günəş poğaça
Ərzaqlar: 1 st qatıq 125 q kərə yağı 1/2 st duru yağ 2 ədəd yumurta (1 ədəd sarısı üzünə) 1 paket qabartma tozu 1/2 ç.q duz 4,5 st
.Yağlı xəmirdən fındıq kremli pirojna
Ərzaqlar: 10 ədəd yağlı xəmir(10x10 sm) Fındıq kremi Üz üçün: 1 yumurta sarısı 1 x.q şəkər kirşanı Hazırlanması: Xəmiri soyuduc
.Paytaxt keksi
Ərzaqlar: 3 ədəd yumurta 175 q kərə yağı 3/4 st şəkər tozu 1,5 st un 1 st qara tumsuz kişmiş 1 paket vanil 1 paket qabartma tozu
.Kiçik qablarda albalılı qozlu piroq
Ərzaqlar: 200-250 q albalı 2/3 st un 50 q kərə yağı 1/2 st şəkər tozu(2 x.q üstü üçün) 50 q qovrulmuş qoz ya da badam ləpəsi Hazırla
Şərh yaz
Adınız:
Email: saytda görsənməyəcək
Mətn
Kod gizli kod Yenilə
Kodu yaz

Şərhlər
Reseptaz (08 fevral 2014 16:39)
salam. 10 ədəd alınır.Qaba yapışmır.Təşəkkürlər.
turkan (08 fevral 2014 16:00)
10dene olur ele??qaba yapismir bes??
kontik (22 noyabr 2013 18:05)
Tesekkur edirem:)
Reseptaz (22 noyabr 2013 09:12)
salam, xeyir bu xemirde soda ve maya isledilmir. bu sekilde yaxsi kovrek xemir olur..
kontik (21 noyabr 2013 14:54)
Bagislayin bes soda ve ya maya getmir buna?cunki sismek sohbeti var.
nezaket (25 oktyabr 2013 13:08)
cooox dadlidir
nezaket (25 oktyabr 2013 13:08)
cooox dadlidir
jale (22 oktyabr 2013 21:52)
men bundan bisirmisem chooox dadli olur



Bu saytdakı bütün reseptlər və üzərində resept.az logosu olan bütün şəkillər resept.az-a məxsusdur və heç bir halda izinsiz olaraq istifade edilə bilməz. Əlaqə üçün: reseptaz@yahoo.com adresinə müraciət edin.