Qozlu banan pirojnası



Ərzaqlar:

Xəmir üçün:



aparanadək un, təxminən - 3.5 st un

200 q yağ

200 q xama

1 paket qabartma tozu

üzünə 1 x.q şəkər kirşanı

İçlik:



2 st qoz ilə şəkər tozu qarışığı

Zövqə görə az vanil


Hazırlanması:

Yağı əridirik. Unun üstünə yağı, xamanı, qabartma tozunu əlavə edib yumşaq xəmir yoğururuq.





Xəmiri sellofana qoyub 2 saat soyuducuda saxlayırıq.



İçliyi hazirlamaq üçün maşından keçirilmiş qozu şəkər tozu və vanil ilə qarışdırırıq.



Xəmirdən qoz boyda kündə düzəldib uzunsov yayırıq.





Içlik qoyub bükürük.





Banan formasına salırıq.



Qaba kağız sərib pirojnaları yığırıq.



180 dərəcədə qızdırılmış sobada 20-25 dəqiqəyə bişiririk.



Soyuyanda üstünə şəkər kirşanı səpirik.



Nuş olsun!


OXŞAR YAZILAR
.Moruqlu çizkek
Ərzaqlar: 1 paket qurabiyə 100 q kərə yağı İçliyi üçün: 200 q krem qaymaq 200 q labnə pendir 1/2 st şəkər tozu 3 ədəd yumurta 2 x.q buğda nişa
.Moruqlu keks
Ərzaqlar: 100 q kərə yağı 3 ədəd yumurta 1 st şəkər tozu 1/2 st qatıq 2,5 st un 1 st moruq 1 paket qabartma tozu 1 paket vanil Hazırlanması
.Bananlı qurabiyəli toplar
Ərzaqlar: (10 qram olmaqla 40 ədəd top alınır) 2 banan 30 q qovrulmuş fındıq ləpəsi 30 q qovrulmuş qoz ləpəsi 1 paket qurabiyə Müxtəlif bəzəklər
.Xurma və ləpələrdən şokaladlı toplar
Ərzaqlar: Üstü üçün: 1 paket tünd şokalad İçi üçün: 200 q xurma 50 q fındıq 50 q qoz 50 q yer fındığı 50 q kajo 50 q qara kişmiş 100 q kərə y
.Çiçək qurabiyə
Ərzaqlar: 150 q kərə yağı 1 st şəkər pudrası 1 ədəd yumurta 1/2 st duru yağ (qarğıdalı yağı) 1 paket vanil 3 st un 2 x.q kakao Üzünə fındıq lə
Şərh yaz
Adınız:
Email: saytda görsənməyəcək
Mətn
Kod gizli kod Yenilə
Kodu yaz

Şərhlər
Pervane (26 noyabr 2016 15:25)
Cox sagolun.sayenizde oyrenirik.olarki qatiqla edek xama evezi?
Reseptaz (13 mart 2015 21:43)
Təşəkkürlər.
zaur (08 mart 2015 10:53)
qeweng sevindirici bir wey
Reseptaz (05 fevral 2015 20:14)
Nuş olsun.
aysel eliyeva (03 fevral 2015 17:19)
cox sagol ilk defe bisirdim ela cixdi
Reseptaz (06 dekabr 2014 14:47)
salam.3stəkan yarım lazımdır. Reseptdə yaddan çıxıb yazılmayıb indi düzəldərəm.təşəkkürlər.
aygun (06 dekabr 2014 05:21)
salam 3,5 bu st demekdi yoxsa kq?xahw edirem cvb yaz evvelceden twkler
Reseptaz (19 avqust 2014 09:06)
Nuş olsun.Çox sağ olun.
mira (12 may 2014 20:50)
tesekkurler
Azize (17 aprel 2014 15:53)
twk Xanim
Reseptaz (17 aprel 2014 14:11)
salam, xanim uni aparanadek istifade edin, haradasa 3,5 un geder. bele olanda xemiri guru olmayacaq
Azize (17 aprel 2014 12:41)
1ci defedir elediyim ucun terkibini azaltdim. yeni ..2st un,100qr yag, 100qr xama ..bu qeder eledim. bu xemirin ovulmasina getirib cixartmir? xahis tecili cvb verinde?
Azize (17 aprel 2014 12:37)
qozlu banan sirinyatin xemiri ovuntulu olur yoxsa sekerburanin xemiri kimi olur?bu haqda deqiq melumat verin .

Bu saytdakı bütün reseptlər və üzərində resept.az logosu olan bütün şəkillər resept.az-a məxsusdur və heç bir halda izinsiz olaraq istifade edilə bilməz. Əlaqə üçün: reseptaz@yahoo.com adresinə müraciət edin.