Qozlu Ordubad dürməyi



Azərbaycanın milli şirniyyat növlərindən biridir.

Ərzaqlar:

Xəmir üçün:



3 st un

200 q xama

125 q kərə yağı

İçlik üçün:

220 q qoz ləpəsi

180 q şəkər tozu

1 x.q bal

1/3 ç.q darçın

Üzü üçün :

1 ədəd yumurta


Hazırlanması:

İçliyi hazırlayaq. Əvvəlcə tavada qozu az qovururuq. Sonra qozu sürtgəcli maşından keçiririk.Çəkilmiş qoz ilə şəkər tozunu qarışdırdıqdan sonra balı və darçını əlavə edib yaxşı qarışdırırıq. İçliyimiz hazırdı.



İndi isə xəmiri hazırlayaq. Unu dərin bir qaba ələyirik. Üstünə yumşaq yağı əlavə edib əlimizlə ovuruq.



Xamanı əlavə edib yaxşı qarışdırıb əlimizlə yumşaq xəmir düzəldirik.



Xəmiri iki hissəyə bölürük.



Kündənin birini oxlov vasitəsilə 3-4 mm qalınlıqda yayırıq.



Hazırladığımız içliyin yarısını yaydığımız xəmirin üstünə tökürük.



Enli tərəfdən başlayaraq bükürük və xəmirin uclarını yapışdırıb bərkidirik ki, açılmasın.





O biri kündəni də eyni qayda ilə hazırlayırıq.



Sobanın qabına kağız sərib dürməkləri qoyuruq.(Kağızsız da qoya bilərsiniz onda altına az yağ vurun)



Üzünə yumurtanın sarısını çəkirik.



190-200 dərəcədə qızdırılmış sobada 30-35 dəqiqəyə bişiririk.



Tamam soyuduqdan sonra doğrayıb süfrəyə verə bilərsiniz.



Nuş olsun!


OXŞAR YAZILAR
.Qurabiyə tortu
Ərzaqlar: ½ banka qatılaşdırılmış süd 50 q qoz ləpəsi 50 q qara kişmiş 50 q tünd şokalad Üstü üçün: 200 q krem qaymaq 190 q tünd şokalad
.Bananlı çiyələkli tort
Ərzaqlar: Bizkvit üçün: 6 ədəd yumurta 1 st şəkər tozu 1 st un 1 paket qabartma tozu 1 paket vanil Krem üçün: bax qaymaqlı krem 3 ya da maska
.Cemli piroq
Ərzaqlar: 200 q kərə yağı 1 st şəkər tozu 2 ədəd yumurta 1 paket qabartma tozu 1 paket vanil 3 st un İçlik üçün: 200 q cem Hazırlanması:
.Qu quşu pirojnası
Ərzaqlar: 4 ədəd yumurta 1 st un 1 st süd ya su Bir çimdik duz 100 q kərə yağı Krem üçün: İstədiyiniz növdə krem istifadə edə bilərsiniz Ha
.Şokaladlı çizkek (cheesecake) 2
Ərzaqlar: 400 q labnə pendiri 1 paket krem qaymaq 1 st şəkər tozu 3 x.q nişasta 4 ədəd yumurta 1 paket vanil 185 q qrabiyə 125 q kərə yağı
Şərh yaz
Adınız:
Email: saytda görsənməyəcək
Mətn
Kod gizli kod Yenilə
Kodu yaz

Şərhlər
Reseptaz (31 mart 2016 09:07)
Nuş olsun...
ulker (30 mart 2016 18:41)
hormetli resept.az bu ruletden bisirdim cox gozel alindi ellerinize sagliq,sizin sayenizde bu saytdan cox sey oyrenirem tesekkur edirem size,iclik biraz qalib yene de bisirecem insallah :)
esmaa (09 dekabr 2015 16:37)
Salam men ordubadliyam.amma bu sirniyyati birinci defedi esidib gorurem
Nilay (13 may 2015 01:06)
Salam necəsiz? Hörmətli Resept.az sizdən artıq dərəcədə xahiş edirəm Azərbaycan Şirniyyatları bölməsinə Şəki halvasının reseptini və hazırlanma qaydasını əlavə edin.... Xahiş edirəm cavab yazın...)))))))
Reseptaz (09 may 2015 12:17)
tesekkurler
Nilay Əlizadə (09 may 2015 11:32)
Salam ləzzətli şirniyyata oxşayır.... Əllərinizə sağlıq!!! Allaha əmanət olun!!! Görüşənədək!!!!!!!!!
Reseptaz (16 avqust 2014 18:46)
Çox sağ olun.Nuş olsun.
xeyla (29 mart 2014 10:28)
очень вкусно выглядит
Reseptaz (14 yanvar 2014 19:25)
nush olsun
seide (14 yanvar 2014 18:42)
Lezzetli wirniyatdii dadina baxmiwam)))

Bu saytdakı bütün reseptlər və üzərində resept.az logosu olan bütün şəkillər resept.az-a məxsusdur və heç bir halda izinsiz olaraq istifade edilə bilməz. Əlaqə üçün: reseptaz@yahoo.com adresinə müraciət edin.