Qoz qutabı-Üç qulaq-Üçkünc paxlava



Azərbaycanın qədim milli şirniyyat növlərindən biridir.

Ərzaqlar:

Xəmir üçün:



6 st un

1-2 ədəd yumurta

1/3 ç.q sarıkök

1 x.q duz

1ç.q maya

2 st ilıq su (təqribən)

Yuxaları yaymaq üçün un

İç üçün:

4-5 st çəkilmiş qoz ilə çəkər tozu qarışığı.(təqribən)

Zövqə görə içliyə hil ya da vanil tökə bilərsiniz.

Qızartmaq üçün:

Bitki yağı ya da əridilmiş kərə yağı


Hazırlanması:

İçliyi hazırlamaq üçün qozu qoz çəkən maşından keçirib 1:1 nisbətdə şəkər tozu töküb qarışdırırıq. 1/4 ç.q hil töküb yenə qarışdırırıq. İçliyimiz hazırdır.



Xəmiri hazırlamaq üçün bax: Qutab xəmirinin hazırlanması

Hazır yuxanı 4sm ya da 5 sm enində kəsirik.



Qutabı aşağıdakı şəkildəki kimi bükürük. (Şəkili yerdə çəkdiyimə baxmayaraq qutab əldə bükülür) Kəsdiyimiz lentin birini əlimizə alırıq.



Baş hissədən fırladıb içəri doğru qatlayırıq.



İçinə 1 ç.q dolu içlik qoyuruq.



Bir dəfə qatlayırıq.



Ağız hissədəki yuxanı üç künc kəsirik.



Kəsilmiş yuxanın uc hissəsini içəri doğru qatlayıb soxuruq.



Qutab hazırdır.



Bükülmüş qutabları qurumasın deyə qaba yığıb ağzını örtürük ya da sellofana yığıb soyuducuda saxlayırıq. Süfrəyə veriləndə tavada yağı qızdırıb hər iki üzünü qızardırıq.





Qeyd: 1. Zövqə görə qutabların üstünə şəkər kirşanı ya da şəkər tozu səpə bilərsiniz.

2. Yuxaların yanlarından qalan hissələrdən xingal bişirə bilərsiniz.

3. Bu qutabın hazırlanmasının başqa üsulları da var. Belə ki, içliyə yuxa qırıntıları töküb qarışdırılır və bükəndə isə yuxanın ucunu içəri yox üst hissəyə duru xəmir hazırlanıb onunla yapışdırılır.



Nuş olsun!

OXŞAR YAZILAR
.Yağlı xəmir ilə kremli rulet
Ərzaqlar: 500 q hazır yağlı xəmir Krem üçün: 1 banka qatılaşdırılmış süd 200 q kərə yağı 1 paket vanil Bəzək üçün: Xırdalanmış ləpələr Hazırlan
.Sadə Keks
Ərzaqlar: 3 ədəd yumurta 1 st şəkər tozu 1 st xama 2 st un+2x.q un 1 paket vanil 1 paket qabartma tozu Hazırlanması: Yumurtanı mikserlə ça
.Qaymaqlı krem ilə ekler
Ərzaqlar: 100 q kərə yağı 1 st süd 1 st un Bir çimdik duz 4 ədəd yumurta Krem üçün: 500 q qaymaq (33%-li) 4 x.q şəkər pudrası 1 paket van
.Xamalı keks
Ərzaqlar: 4 ədəd yumurta 1 st şəkər tozu 200 qr. xama 200 qr. kərə yağı 2 st. un 1 paket vanil 1 paket qabartma tozu Hazırlanması: Şəkər
.Kəsmə kətə
Ərzaqlar: Xəmir üçün: 200 q kərə yağı 2 ədəd yumurta (birinin sarısı üzü üçün) 1 st əkər tozu 1 st qatıq 1 paket qabartma tozu 1 paket vanil Apara
Şərh yaz
Adınız:
Email: saytda görsənməyəcək
Mətn
Kod gizli kod Yenilə
Kodu yaz

Şərhlər
Reseptaz (02 sentyabr 2015 22:43)
Bəli təpitmək lazımdı. Çiy yuxadan olmur. Nuş olsun.
xanim (29 avqust 2015 18:38)
Xemiri yayannan sonra qeley portluyesen?
xanim (29 avqust 2015 18:33)
Xemiri yayannan sonra qeley pertliyesen?
Reseptaz (27 iyul 2015 13:24)
salam, kemesek qatlamaq cetin olar.
kale (26 iyul 2015 13:14)
Salam. agiz hissesini kesmesek olar???
Reseptaz (19 mart 2015 23:54)
Nuş olsun. Təşəkkür edirik.
aysel eliyeva (17 mart 2015 15:44)
superrrrdi cox xosum gelir bu sirniyatdan bayram insaallah bisirecem ellerinize saglik
Reseptaz (07 yanvar 2015 21:22)
Təşəkkür edirik.
sebine (03 yanvar 2015 21:57)
supeeeeeeeeeeeeeeer dadliya oxsayir.
Reseptaz (29 dekabr 2014 23:38)
Nuş olsun,
ilahe (24 dekabr 2014 13:43)
cox dadlidir mmmmm
Reseptaz (04 dekabr 2014 22:55)
salam. Qəbələdən başqa rayonlarda da bişirilir. Hər terdı eyni qayda ilə hazlrlanır. Nuş olsun.
gunay (30 noyabr 2014 12:22)
Men elemisem bunu cox dadli olur.qebelede yemisem.qebeleliler cox super edir bunu.nece edirlerse 1ay 2 ay saxla ureyin isteyende qizart ye.
Reseptaz (16 avqust 2014 18:52)
Nuş olsun.
leyla (01 aprel 2014 16:15)
cox leziz bir sey
Reseptaz (16 mart 2014 11:08)
nush olsun
Elnare (15 mart 2014 15:23)
Qubada bu paxlava daha çox bişirilir.Men tez tez bişirirem.çox dadlı paxlavadı.
Reseptaz (03 mart 2014 23:44)
Salam. yuxa yaymağa vaxtı olmaya və yaya bilməyən xanımlarımız bazardan hazır nazik yuxa alıb düzəldib bişirib yeyə bilərlər. Hər kəsə nuş olsun.Təşəkkürlər.
Reseptaz (03 mart 2014 23:44)
Salam. yuxa yaymağa vaxtı olmaya və yaya bilməyən xanımlarımız bazardan hazır nazik yuxa alıb düzəldib bişirib yeyə bilərlər. Hər kəsə nuş olsun.Təşəkkürlər.
Nurka (05 fevral 2014 12:38)
biwirdim coooox dadliydi hamiya meslehet gorurem resepte gore twk
Guna (08 yanvar 2014 14:54)
Hm

Bu saytdakı bütün reseptlər və üzərində resept.az logosu olan bütün şəkillər resept.az-a məxsusdur və heç bir halda izinsiz olaraq istifade edilə bilməz. Əlaqə üçün: reseptaz@yahoo.com adresinə müraciət edin.