Qoz küküsü-2



Ərzaqlar:



6 ədəd yumurta

3 ədəd baş soğan

60 q qoz ləpəsi

3 x.q əridilmiş kərə yağı

2 x.q alça turşusu

Duz

Istiot


Hazırlanması:

Qozu qoz çəkən maşından keçiririk. (Zövqə görə qozun ağızda hiss olunmasını istəyirsinizsə yarısını çəkib yarısını isə bıçaqla doğraya bilərsiniz.)



Soğanın qabığını soyub yuduqdan sonra ət maşınından keçirib tənzifdə sıxıb acı suyunu çıxarırıq.



Qozu, turşunu, soğanı, yumurtanı bir qaba tökürük. Üstünə duz və istiot əlavə edib yaxşı çalırıq.




Tavada yağı qızdırıb tökürük.




Hər iki üzünü çevirib bişiririk.



Zövqə görə istəsəniz içinə cəfər doğrayıb tökə bilərsiniz. Hazır kükünü istədiyiniz formada doğrayıb süfrəyə verə bilərsiniz.



Nuş olsun!

OXŞAR YAZILAR
.İçi doldurulmuş yumurta
Ərzaqlar: 4 ədəd yumurta 0,5 ç.q xardal 100 q feta pendiri 1 diş sarımsaq 1 ədəd tər xiyar Balaca dəstə cəfəri Balaca dəstə şüyüd Hazırlanma
.Qozlu toyuq ruleti
Ərzaqlar: 350 q toyuğun döş əti 100 q kərə yağı 3 x.q duru yağ 50 q qoz ləpəsi 1 ədəd kök 2 diş sarımsaq 2 baş soğan Duz İstiot Hazırlanma
.Toyuq əti ilə pendirli blinçik.
(25 ədəd bilinçik üçün) Ərzaqlar: 25 ədəd hazır blinçik 300 q toyuğun döş əti 100 q pendir 1 baş soğan 3 x.q yağ Duz İstiot Hazırlanması: Bl
.Blinçik 4
(35 ədəd bilinçik üçün) Ərzaqlar: 3 st süd 3 ədəd yumurta 2 st un 1 x.q şəkər tozu 2 x.q duru yağ 1 ç.q duz Bişirmək üçün əlavə 5-6 x.q duru
.Pendir içlikli yumurta
Ərzaqlar: 4 ədəd yumurta 50q pendir 2 x.q mayonez 4-5 ədəd qoz ləpəsi 1 diş sarımsaq Nar dənəsi Cəfəri Hazırlanması Yumurtanı suda bişiri
Şərh yaz
Adınız:
Email: saytda görsənməyəcək
Mətn
Kod gizli kod Yenilə
Kodu yaz

Şərhlər
Reseptaz (17 dekabr 2014 22:36)
Nuş olsun.
Aysel (16 dekabr 2014 21:22)
Salam. ,dadli resepte oxwayir. Prob edecem. Twk.
Reseptaz (12 noyabr 2014 21:45)
Salam. İki qaşığın köməkliyi ilə çevirmişəm. Siz istəyirsiniz ağzına padnos ya da böyük böşqab çevirib yenidən tavaya sürüşdürə bilərsiniz.Təşəkkürlər.
Gunel (04 noyabr 2014 17:57)
Salam. Qoz kukusun bisirdim dadi ela cixdi tesekkur edirem. ama mende o biri uze cevirmek alinmadi zorla bir teher kesib cevirdim deye formasi yaxsi alinmadi. Zehmet olmasa deyerdiz diger uzune nece cevirimki dagilmasin
Reseptaz (09 sentyabr 2014 23:17)
salam.
aygun (27 avqust 2014 20:53)
salam

Bu saytdakı bütün reseptlər və üzərində resept.az logosu olan bütün şəkillər resept.az-a məxsusdur və heç bir halda izinsiz olaraq istifade edilə bilməz. Əlaqə üçün: reseptaz@yahoo.com adresinə müraciət edin.