Qiyməli poğaça



Ərzaqlar:



1 st qatıq

1/2 st duru yağ

125 q kərə yağı

2 ədəd yumurta (1 yumurta sarısı üzü üçün saxlanılır)

1 paket qabartma tozu

1/2 ç.q duz

4,5 st un

İçlik üçün:

250 q hazır bişmiş qiymə

Üz üçün:

1 ədəd yumurta sarısı

1 x.q küncüt


Hazırlanması:

İçlik üçün 250 q çəkilmiş ətə bir baş soğanı çəkib tökürük. Yağda hazır olanadək bişiririk.

Dərin bir qaba yumşaq kərə yağını, duru yağı, qatığı, duzu, qabartma tozunu və yumurtanı töküb qarışdırırıq.



Sonra üstünə az-az un töküb qarışdırıb sonra əlimiz ilə yumşaq xəmir düzəldirik.



Xəmirdən 24-25 ədəd kündə düzəldirik.



Kündənin birini götürüb əlimiz ilə uzunsov yayırıq.



İçlikdən 1 x.q qoyub bükürük. Bükülən tərəfi alta olmaqla soba qabına kağız səpib yığırıq.





Bu şəkildə hamısını düzəldirik.



Üzünə yumurta çəkib küncüt səpirik.



190-200 dərəcə qızdırılmış sobada üzü qızaranadək bişiririk.



Nuş olsun!


OXŞAR YAZILAR
.Yağlı xəmir ilə kartoflu piroq
Ərzaqlar: Kartof əzməsi, baxın:kartof əzmə 800 q yağlı xəmir. Zövqə görə şüyüd tökməyə də bilərsiniz. Üstü üçün: 1 ədəd yumurta Çörətotu Künc
.Poğaça 5
Ərzaqlar: Xəmir üçün: 100 q kərə yağı ½ st qatıq ½ st duru yağ 2 ədəd yumurta (bir ədəd üzü üçün sarısı saxlanılır) 1 paket qabartma tozu 1 ç
.Yağlı xəmir ilə səbzi qovurmalı qiyməli piroq
Ərzaqlar: 800 q yağlı xəmir 200 q hazır bişmiş qiymə 2 ədəd baş soğan 2 x.q əridilmiş kərə yağı Göyərti (cəfəri, ispanaq, keşniş, şüyüd) hərəsindən b
.Toyuq əti ilə pizza
(2 ədəd pizza üçün) Xəmir üçün Ərzaqlar: 3 x.q duru yağ 1 ç.q dolu duz 1 paket tez maya 1,5 st ilıq su 4 st ələnmiş un Üstü üçün:
.Pizza xəmiri
(2 ədəd pizza üçün) Ərzaqlar: 3 x.q duru yağ 1 ç.q dolu duz 1 paket tez maya 1,5 st ilıq su 4 st ələnmiş un Hazırlanması: Yağ, duz, maya v
Şərh yaz
Adınız:
Email: saytda görsənməyəcək
Mətn
Kod gizli kod Yenilə
Kodu yaz

Şərhlər
Reseptaz (20 may 2015 13:47)
qiyme yerine pendir qoya bilersiniz, saytimizda axtarish yerine pogaca yazin muxtelif iclikli reseptimiz saytda var
leyla (20 may 2015 11:50)
bu pogacanin icine basqa sey qoymaq olar cavab yazin
Reseptaz (09 aprel 2015 21:29)
Çox sağ olun. təşəkkür edirəm.
Nigu (01 aprel 2015 14:38)
Cox gozel sehifedi :) twk edirem sayenizde cox wey oyrenirik
Reseptaz (28 fevral 2015 22:36)
Çox sağ olun. Nuş olsun.
Aygun Bayramova (26 fevral 2015 23:26)
xanimlar men indi hazirladim... coooox dadli alindi. sizde hazirlayin ancag diqqetle hazirlayin
Aygun Bayramova (26 fevral 2015 23:25)
Men hazirladim bugun.. coox dadli alindi.. diqqetle hazirlayin xanimlar. ve size eminlik veriremki dadindan doymayacagsiniz.. rahat hazirlayin
derya (21 fevral 2015 15:53)
men hazirladim bu gun super cixdi bir az xamiri ureyimce olmadi
Reseptaz (14 yanvar 2015 21:26)
Təşəkkürlər.
Gunay (14 yanvar 2015 09:47)
nus olsun
Reseptaz (04 dekabr 2014 23:04)
nuş olsun.
gulzar (28 noyabr 2014 23:24)
sabah hazırlayacam bunu :) inşallah
Reseptaz (12 noyabr 2014 21:10)
Nuş olsun. Təşəkkürlər.
ayka (12 noyabr 2014 17:34)
cox sagolun...
Reseptaz (10 noyabr 2014 21:19)
Salam.yox xemur acimir
ayka (04 noyabr 2014 22:43)
salam.burda xemir gelmelidi ya yox?

Bu saytdakı bütün reseptlər və üzərində resept.az logosu olan bütün şəkillər resept.az-a məxsusdur və heç bir halda izinsiz olaraq istifade edilə bilməz. Əlaqə üçün: reseptaz@yahoo.com adresinə müraciət edin.