Qiyməli pide



Ərzaqlar:

Xəmir üçün:

Bu xəmir ölçüləri ilə 18-20 pide alınır. Siz istəsəniz reseptdəki ərzaqları yarı ölçü ilə götürüb 10 ədəd bişirə bilərsiniz.



6-6,5 st un

1 st ilıq süd

1 st ilıq su

1 st duru yağ

1 yumurta (sarısı üzü üçün saxlanılır)

1 ç.q duz

2 ç.q şəkər tozu

1 paket quru maya

İçlik üçün:



Hazır bişmiş qiymə

Kaşar pendir


Hazırlanması:

Undan başqa bütün ərzaqları dərin bir qaba töküb qarışdırırıq.



Sonra unu az-az töküb əvvəl qaşıqla sonra isə əl ilə qarışıdrıb yumşaq xəmir düzəldirik.




Xəmiri isti yerdə qoyuruq acıyır(1 saat)

Xəmir acımalıdır. Acımasa tələsməyin gözləyin acısın ondan sonra istifadə edin.



Xəmirdən kündələr düzəldirik.



Pendiri sürtgəcdən keçiririk.



Qiyməni soğanla duz və istiotla adi qaydada qovururuq.

Kündəni oxlovla uzununa yayırıq.



Ortasına əvvəl kaşar pendirdən səpirik. Sonra qiymədən qoyub yanlarını bərkidirik.





Qaba kağız sərib yan -yana yığırıq. Yanlarına yumurta sarısı çəkirik.



200 dərəcə qızdırılmış sobada qızaranadək bişiririk.



Pideni isti-isti süfrəyə veririk. Soyuq olanda dadlı olmur.



Nuiş olsun!


OXŞAR YAZILAR
.Kartof ilə pendirli siqara börəyi
Ərzaqlar: 1 paket siqara börəklik yuxa 4 ədəd suda bişirilmiş kartof 3 ədəd balaca baş soğan 100 q pendir Duz İstiot Qızartmaq üçün duru yağ
.Yağlı xəmir ilə kartoflu piroq
Ərzaqlar: Kartof əzməsi, baxın:kartof əzmə 800 q yağlı xəmir. Zövqə görə şüyüd tökməyə də bilərsiniz. Üstü üçün: 1 ədəd yumurta Çörətotu Künc
.Poğaça 5
Ərzaqlar: Xəmir üçün: 100 q kərə yağı ½ st qatıq ½ st duru yağ 2 ədəd yumurta (bir ədəd üzü üçün sarısı saxlanılır) 1 paket qabartma tozu 1 ç
.Yağlı xəmir ilə səbzi qovurmalı qiyməli piroq
Ərzaqlar: 800 q yağlı xəmir 200 q hazır bişmiş qiymə 2 ədəd baş soğan 2 x.q əridilmiş kərə yağı Göyərti (cəfəri, ispanaq, keşniş, şüyüd) hərəsindən b
.Toyuq əti ilə pizza
(2 ədəd pizza üçün) Xəmir üçün Ərzaqlar: 3 x.q duru yağ 1 ç.q dolu duz 1 paket tez maya 1,5 st ilıq su 4 st ələnmiş un Üstü üçün:
Şərh yaz
Adınız:
Email: saytda görsənməyəcək
Mətn
Kod gizli kod Yenilə
Kodu yaz

Şərhlər
Lale Amirova (21 aprel 2016 20:50)
Buna adi quru maya atsam olar?eger olarsa nece cay qawigi atim?
Reseptaz (17 fevral 2016 15:49)
tesekkurler
Leyla (17 fevral 2016 14:52)
hazirladim.coox dadli alindi.yaxwi ki varsiz...
royal (21 iyun 2015 22:26)
cox tesekkur edirem bisirdim bu oideden cox dadli alindi esas odu ki evdekoler beyendi Allah sizden razi olsunçsizden cox sey oyrenirem
Reseptaz (17 iyun 2015 22:58)
Salam, beli 1 paketin hamisi. Ancaq paper 10 qramliq olmalidir
royal (16 iyun 2015 10:31)
bu xemire ne qeder quru maya gedir 1 paketin hamisi?onceden tesekkurler,sizin sayenizde gozel yemekler bisirmeyi oyrenirem
royal (16 iyun 2015 10:21)
bu xemire ne qeder quru maya gedir 1 paketin hamisi?onceden tesekkurler,sizin sayenizde gozel yemekler bisirmeyi oyrenirem
Reseptaz (13 mart 2015 21:55)
Nuş olsun. Təşəkkür edirəm.
gulu (05 mart 2015 22:23)
bisirdim dadli cixdi cox sagolunn reseptler ucun... bele reseptlerden cox gozleyirik...ve demek olarki,,, duzlu xemir islerinde muelimimsiniz))))))))... imkn varsa eger mumkundurse yeni resept verersiz
Reseptaz (28 fevral 2015 22:38)
Nuş olsun.
sefeq (27 fevral 2015 03:25)
dadli gorumnur. mende eliyecem amma risk elemirem
Reseptaz (26 fevral 2015 22:07)
Nuş olsun.
nigar (25 fevral 2015 20:10)
tesekkurler
elmin (15 fevral 2015 16:07)
beyendik
pərvanə (07 yanvar 2015 17:46)
Pidelər
Reseptaz (13 noyabr 2014 00:14)
Təşəkkürlər.
Aynur (15 oktyabr 2014 17:46)
super yaxşı

Bu saytdakı bütün reseptlər və üzərində resept.az logosu olan bütün şəkillər resept.az-a məxsusdur və heç bir halda izinsiz olaraq istifade edilə bilməz. Əlaqə üçün: reseptaz@yahoo.com adresinə müraciət edin.