Qiyməli gül börək (Türk mətbəxi)



Ərzaqlar:



2 ədəd hazır yuxa

1/2 st süd

1/3 st bitki yağı (İstəsəniz əlavə olaraq 1-2 x.q ərinmiş kərə yağı da tökə bilərsiniz.)

1 ədəd yumurta (sarısı üzünə)

Çörək otu

İç üçün:

500 q qiymə - Bax: Qiymənin hazırlanması


Hazırlanması:

Südü, yağı və yumurta ağını çalırıq.



Yuxanın birini sərib südlü qarışıqdan isladırıq.



İkinci yuxanı qoyuruq. Onu da südlü qarışıqla isladırıq.



İslanmış yuxanı dörd hissəyə bölürük.



Qiyməni yuxanın enli tərəfinə tökürük.



Enli tərəfdən başlayaraq yuxanı rulon kimi bükürük.





Bükülmüş rulonu bir tərəfdən başlayaraq fırlada-fırlada gül formasında bükürük.





Qaba kağız sərib börəkləri yığırıq.



Üstünə yumurta çəkib çörək otu səpirik



220 dərəcədə qızdırılmış sobada üzü qızaranadək bişiririk.



Nuş olsun!


OXŞAR YAZILAR
.Yağlı xəmir ilə kartoflu piroq
Ərzaqlar: Kartof əzməsi, baxın:kartof əzmə 800 q yağlı xəmir. Zövqə görə şüyüd tökməyə də bilərsiniz. Üstü üçün: 1 ədəd yumurta Çörətotu Künc
.Poğaça 5
Ərzaqlar: Xəmir üçün: 100 q kərə yağı ½ st qatıq ½ st duru yağ 2 ədəd yumurta (bir ədəd üzü üçün sarısı saxlanılır) 1 paket qabartma tozu 1 ç
.Yağlı xəmir ilə səbzi qovurmalı qiyməli piroq
Ərzaqlar: 800 q yağlı xəmir 200 q hazır bişmiş qiymə 2 ədəd baş soğan 2 x.q əridilmiş kərə yağı Göyərti (cəfəri, ispanaq, keşniş, şüyüd) hərəsindən b
.Toyuq əti ilə pizza
(2 ədəd pizza üçün) Xəmir üçün Ərzaqlar: 3 x.q duru yağ 1 ç.q dolu duz 1 paket tez maya 1,5 st ilıq su 4 st ələnmiş un Üstü üçün:
.Pizza xəmiri
(2 ədəd pizza üçün) Ərzaqlar: 3 x.q duru yağ 1 ç.q dolu duz 1 paket tez maya 1,5 st ilıq su 4 st ələnmiş un Hazırlanması: Yağ, duz, maya v
Şərh yaz
Adınız:
Email: saytda görsənməyəcək
Mətn
Kod gizli kod Yenilə
Kodu yaz


Bu saytdakı bütün reseptlər və üzərində resept.az logosu olan bütün şəkillər resept.az-a məxsusdur və heç bir halda izinsiz olaraq istifade edilə bilməz. Əlaqə üçün: reseptaz@yahoo.com adresinə müraciət edin.