Qiyməli göy noxud



Türk mətbəxi

Ərzaqlar:



250 q çəkilmiş ət

2 ədəd baş soğan

2 ədəd kartof

2 ədəd pomidor

2 diş sarımsaq

2 x.q əridilmiş kərə yağı

1 st göy noxud (konserv olunmuş)

2,5 st isti qaynadılmış su

Duz

Istiot


Hazırlanması:

Soğan ilə sarımsağı təmizləyib yuyub xırda doğrayırıq.



Tavada soğanı, sarımsağı və çəkilmiş əti 5-6 dəqiqə qovururuq.



Kartofun qabığını soyub yuduqdan sonra xırda doğrayırıq.



Pomidoru yuduqdan sonra qabığını soyub xırda doğrayırıq.



Qiyməni qovurduqdan sonra üstünə pomidor ilə kartofu əlavə edib 5-10 dəqiqə yenidən qovururuq.



Sonra üstünə suyunu töküb bişiririk.



Kartof bişməyə az qalanda göy noxudu tökürük. 10-15 dəqiqə bişirib götürürük.



Hazır olmağa az qalmış zövqə görə duz və istiotunu əlavə edirik.



Yeməyi isti-isti süfrəyə veririk.



Nuş olsun!


OXŞAR YAZILAR
.Kiçik küftələrlə noxudlu şorba
Ərzaqlar: 1 st bişmiş noxud 3 x.q yumru düyü 2 st qatıq 2 x.q un 6 st su Küftə üçün: 250 q çəkilmiş ət 1 baş soğan Duz İstiot 1 x.q nanə
.Qatıqlı bulğur (yarma) şorbası
Ərzaqlar: 1 st bulğur 1 ədəd yumurta 1 x.q un 2 st qatıq 9 st su Duz 2 x.q əridilmiş kərə yağı 1 x.q nanə qurusu Hazırlanması: Bulğuru y
.Qaymaqlı brokoli şorbası
Ərzaqlar: 500 q brokoli 1 ədəd kök 1 ədəd kartof 1 ədəd baş soğan 1 paket krem qaymaq 2 x.q un 2 x.q əridilmiş kərə yağı Duz İstiot Su (ət y
.Sadə əriştə şorbası
Ərzaqlar: 2 ədəd yuxanın kəsilmiş əriştəsi 2 x.q əridilmiş kərə yağı 4-5 ədəd sarı alça qurusu Ç.q ucunda sarıkök Duz İstiot 6 st ət ya da toy
.Tərəvəzli mərci şorbası
Ərzaqlar: 1 st mərci 1 ədəd kök 1 ədəd bibər 1 ədəd kartof 2 ədəd baş soğan 1 ç.q pomidor ləti 2 x.q əridilmiş kərə yağı 1 ç.q un Duz İstiot
Şərh yaz
Adınız:
Email: saytda görsənməyəcək
Mətn
Kod gizli kod Yenilə
Kodu yaz

Şərhlər
əfqan (02 mart 2017 18:55)
Bişirdim çox dadlı idi. Reseptə görə təşəkkür edirəm.
Ert (02 mart 2017 18:51)
Qəşəngdi
Reseptaz (19 mart 2015 23:56)
Təşəkkür edirik.
Feride (17 mart 2015 17:10)
Çox Gözəldir paylashdiqlariniz★★★★
Reseptaz (17 iyul 2014 16:00)
cox sag olun, nush olsun
Arzu (17 iyul 2014 15:45)
cox tesekkurler reseptinizi goturub hazirladim coxdaa gozel oldu birdaha tesekuurler!...
renarin (09 iyul 2014 16:49)
hörmetli adminka bu yemek türklere mexsusdur. taze bezelye yemeyi adlanır. daha dün yaptım)) heyifki azerbaycanda taze bezelye (yani qarox) satılmır. bu yemeye bir çay qaşıgı tomat ve en önemlisi en sonda şüyüd vurulmalıdır. şüyüd mütleqdir. afiyet olsun))

Bu saytdakı bütün reseptlər və üzərində resept.az logosu olan bütün şəkillər resept.az-a məxsusdur və heç bir halda izinsiz olaraq istifade edilə bilməz. Əlaqə üçün: reseptaz@yahoo.com adresinə müraciət edin.