Qiyməli börək (Türk mətbəxi)



Ərzaqlar:



4 ədəd börək yuxası

300 q bişmiş qiymə (Soğanla, duz və istiot vurulub bişirilmiş)

1 ədəd yumurta

1 st süd

1/2 st zeytun yağı

1/4 st əridilmiş kərə yağı

Balaca dəstə cəfəri

1 x.q çörək otu


Hazırlanması:

Cəfərini təmizləyib, yuyub xırda doğrayıb qiyməyə qarışdırırıq.



Südü və yağları qarışdırırıq.



Qabı yağlayıb yuxanın birini səririk, südlü qarışıqdan töküb yayırıq.



İkinci yuxanı xırdalayıb tökürük. Yenə südlü qarışıqdan töküb yayırıq.



Qiyməni səpirik.



Yenə yuxadan kəsib tökürük və südlü qarışıqdan əlavə edib yayırıq.



Axırıncı yuxanı içəri doğru qatlayıb səririk.



Qalan süd qarışığını və yumurtanı üzünə sürtürük. Çörəkotu səpirik.



210 dərəcə qızdırılmış sobada üzü qızaranadək bişiririk.

Yumuşaq olsun deyə bişdikdən sonra üstünə su çiləyə bilərsiniz.



Hazır börəyi kəsib süfrəyə verə bilərsiniz.



Nuş olsun!


OXŞAR YAZILAR
.Yağlı xəmir ilə kartoflu piroq
Ərzaqlar: Kartof əzməsi, baxın:kartof əzmə 800 q yağlı xəmir. Zövqə görə şüyüd tökməyə də bilərsiniz. Üstü üçün: 1 ədəd yumurta Çörətotu Künc
.Poğaça 5
Ərzaqlar: Xəmir üçün: 100 q kərə yağı ½ st qatıq ½ st duru yağ 2 ədəd yumurta (bir ədəd üzü üçün sarısı saxlanılır) 1 paket qabartma tozu 1 ç
.Yağlı xəmir ilə səbzi qovurmalı qiyməli piroq
Ərzaqlar: 800 q yağlı xəmir 200 q hazır bişmiş qiymə 2 ədəd baş soğan 2 x.q əridilmiş kərə yağı Göyərti (cəfəri, ispanaq, keşniş, şüyüd) hərəsindən b
.Toyuq əti ilə pizza
(2 ədəd pizza üçün) Xəmir üçün Ərzaqlar: 3 x.q duru yağ 1 ç.q dolu duz 1 paket tez maya 1,5 st ilıq su 4 st ələnmiş un Üstü üçün:
.Pizza xəmiri
(2 ədəd pizza üçün) Ərzaqlar: 3 x.q duru yağ 1 ç.q dolu duz 1 paket tez maya 1,5 st ilıq su 4 st ələnmiş un Hazırlanması: Yağ, duz, maya v
Şərh yaz
Adınız:
Email: saytda görsənməyəcək
Mətn
Kod gizli kod Yenilə
Kodu yaz

Şərhlər
Reseptaz (19 avqust 2014 12:42)
Sadə az təpidilmiş yuxadır. Məsləhətinizə görə təşəkkür edirik.
leyla (15 iyul 2014 21:41)
borek xemiri nece hazirlanir
renarin (03 iyun 2014 10:15)
hörmetli admin böreke bu qeder yag çoxdur. inanın küçük armudu stekanın yarısından duru yag yetir. men duru yag olaraq fındık yagı işledirem çox saglıklıdır ve börekler çox gözel olur fındık yagıyla. ve en son yumşaq olması üçün su çilemek olmaz temiz bir çay desmalına azcık su çileyib üzerine 10 deqiqe sersez yeter. hee birde evde eger süt yoxdursa yag sut yumurta karışımına süt yerine maden suyu tökün. maden suyu olarak bakıda sarıkız var o da olur. xemiri kıtır kıtır edir))
Reseptaz (02 fevral 2014 21:57)
Böyük marketlərdə satılır. Təşəkkürlər
VELI (02 fevral 2014 20:36)
borek yuxasini hardan tapmaq olar cox gozeldi
Ilahe (28 yanvar 2014 15:40)
Ela ela ela
Reseptaz (08 noyabr 2013 21:39)
nush olsun..
ayka (08 noyabr 2013 18:28)
lap yemek istedim
ayka (08 noyabr 2013 18:27)
men bunlari beyendim
Reseptaz (05 noyabr 2013 09:28)
tesekkurler
Efsane (04 noyabr 2013 18:36)
cox gozeldi ellerinize sagliq

Bu saytdakı bütün reseptlər və üzərində resept.az logosu olan bütün şəkillər resept.az-a məxsusdur və heç bir halda izinsiz olaraq istifade edilə bilməz. Əlaqə üçün: reseptaz@yahoo.com adresinə müraciət edin.