Qiymə plov



Azərbaycanın milli plov (aş) növlərindən biridir.

Ərzaqlar:



4 st uzun düyü

1 kq qiymə - bax: Qiymənin hazırlanması

500 q təmizlənmiş şabalıd

4 x.q əridilmiş kərə yağı

1/2 st kişmiş

10-15 ədəd zoğal (təzə ya da qurusu)

Sarıkök ya da zəfəran

Duz

İstiot

Qazmaq üçün:

1 ədəd yumurta

3 x.q  qatıq


Hazırlanması:

Zəfəranı bir stəkana töküb üstünə isti su töküb ağzını örtürük dəm alsın.



Şabalıdın qabıqlarını təmizləyirik. Bax: Şabalıdın təmizlənməsi Təmizlənmiş şabalıdı tavada duz səpib yağ əlavə edib qovururuq.



Tavaya yağ əlavə edib kişmişi qovururuq.



Zoğalı yağda az qovururuq.



Şabalıdı, kişmişi,qiyməni və zoğalı qarışdırıb üstünə duz töküb, az bulyon ya da su əlavə edib vam odda dəm almağa qoyuruq.

Suyu çəkilib yağa düşəndə götürürük.



Böyük qazanda su qoyuruq. Suya duz tökürük. (5 litrlik qazana 2-dolu x.q duz) Qaynayanda yuyulmuş düyünü toküb bişiririk.

Düyünü tökən kimi qarışdırın ki, bir birinə yapışmasın.

Düyü tam bişməmiş onu süzürük və üzərinə sarıkök ya da dəmlənmiş zəfəran tökürük.



Qazmağı hazırlayırıq.Qatıq ilə yumurtanı çalırıq.



Bişmiş düyüdən az töküb qatıq qarışığı əlavə edib, qazanın dibinə yayıb tarazlayırıq.



Qalan düyünü üstünə əlavə edib yağ töküb dəm almağa qoyuruq.





Düyü 1 saat dəm alır. Qazmaq tutanda aş hazırdı.

Süfrəyə verdikdə boşqaba təpəcik şəklində düyü çəkilir, üstünə qiymə qarışığı, qazmaq qoyulur və yağ tökülür.





Nuş olsun!


OXŞAR YAZILAR
.Yumşaq ət kotleti
Ərzaqlar: 500 q çəkilmiş ət 1 ədəd baş soğan 4 x.q suxarı ½ st su 2 x.q duru yağ 1/3 limon suyu Duz İstiot Ç.q ucunda sarıkök 1 ç.q nan
.Toyuq kotleti
Ərzaqlar: 500 q toyuğun döş əti 100 qr quyruq 1 ədəd baş soğan 3 x.q suxarı 1/3 st su 1 x.q duru yağ Ç.q ucunda sarıkök Duz İstiot Qızartma
.Kiyev kotleti 2
Ərzaqlar: 600 q toyuğun döş əti 100 q kərə yağı Duz İstiot 2 ədəd yumurta 5-6 x.q un 8-9 x.q suxarı Qızartmağa duru yağ Hazırlanması:
.Qovurmalı əriştə plovu
Ərzaqlar: 500 q xırda doğranmış quzu əti 100-150 q quyruq 2 ədəd yuxanın əriştəsi 3 st düyü 4 ədəd baş soğan 4 x.q əridilmiş kərə yağı Duz İst
.Tənbəl mantısı
Ərzaqlar: (4 nəfər üçün) Xəmir üçün: 3 st un 1 st su 1 ədəd yumurta 1 ç.q duz Yuxaları yaymaq üçün əlavə un İçlik üçün: 250 q çəkilmiş ət
Şərh yaz
Adınız:
Email: saytda görsənməyəcək
Mətn
Kod gizli kod Yenilə
Kodu yaz

Şərhlər
Reseptaz (14 iyun 2017 11:45)
Nuş olsun...
Nəzakət (13 iyun 2017 16:49)
Çox dadlıdır.sağ olun belə düzgün reseptlərə görə minnətdarıq.
Reseptaz (19 oktyabr 2015 09:42)
salam, beli saytimizda bu nov de var, http://resept.az/sudlu-as-6101.html
leyla (18 oktyabr 2015 16:57)
siz sudlu plov resepti bilirsiz cox lezzetli olur umumiyyetle cox plov novlerimiz var
Reseptaz (20 avqust 2014 14:14)
Çox sağ olun. Nuş olsun.
Vusale Adiyeva (08 iyun 2014 13:14)
superdi ellerinize sağlıq Allah elinize qüvvet versin bele xörekleri tez tez bişirib paylaşasınız bizde nesibimizi alaq!
Reseptaz (21 noyabr 2013 12:14)
Salam, xos sozleriniz ucun tesekkurler..elbetde men de isteyirem ki reseptlerimiz lap cox olsun.. sadece butun reseptleri evvel bisirib sonra paylasiram, bu ise vaxt alir...
Lady (21 noyabr 2013 10:46)
Hörmətli resept.az tərtibaçıları hər dəfə sizə təşəkkür etsək adır bu gözəl resepləri bizimlə payalşdığınız üçün.Sözdən ço.......................x razıyam.Amma sizdən bir xaişim var mümkün qədər bizimlə gözəl Azərbaycan mətbəxinin şirniyyatlarını və yeməklərini çox paylaşasız.:-)

Bu saytdakı bütün reseptlər və üzərində resept.az logosu olan bütün şəkillər resept.az-a məxsusdur və heç bir halda izinsiz olaraq istifade edilə bilməz. Əlaqə üçün: reseptaz@yahoo.com adresinə müraciət edin.