Qiymə ilə şüyüdlü makaron



Ərzaqlar:



500 q lentvari makaron

300-400 q hazır bişmiş qiymə

5 ədəd pomidor

3 diş sarımsaq

1 dəstə şüyüd

2 x.q əridikmiş kərə yağı

3-4 x.q zeytun yağı

Duz

Istiot


Hazırlanması:

Pomidoru yuyub qabığını soyub xırda doğrayırıq.



Sarımsağın qabığını soyub yuyub xırda doğrayırıq.



Şüyüdü təmizləyib yuduqdan sonra xırda doğrayırıq.



Pomidoru bişməyə qoyuruq. Suyu çəkiləndə əridilmiş kərə yağını əlavə edib qovururuq.



3 dəqiqə pomidoru qovurduqdan sonra sarımsağı əlavə edirib az qovururuq.



Sonra hazır qiyməni əlavə edib 3-5 dəqiqə qovururuq.



Duzlu suda makaronu bişməyə az qalmış doğradığımız şüyüdü əlavə edib qarışdırıb süzürük. (Zövqə görə istəsəniz şüyüdü makaronu süzdükdən sonra da qarışdıra biərsiniz)





Süzülmüş makaronun üstünə zeytun yağı əlavə edib qarışdırırıq.



Hazır makaronu qaba yığıb üstünə hazırladığımız pamidorlu sarımsaqlı qiyməni töküb süfrəyə veririk.



Zövqə görə istəsəniz qatıq və döğranmış şüyüd ilə bəzəyə bilərsiniz.



Nuş olsun!


OXŞAR YAZILAR
.Yumşaq ət kotleti
Ərzaqlar: 500 q çəkilmiş ət 1 ədəd baş soğan 4 x.q suxarı ½ st su 2 x.q duru yağ 1/3 limon suyu Duz İstiot Ç.q ucunda sarıkök 1 ç.q nan
.Toyuq kotleti
Ərzaqlar: 500 q toyuğun döş əti 100 qr quyruq 1 ədəd baş soğan 3 x.q suxarı 1/3 st su 1 x.q duru yağ Ç.q ucunda sarıkök Duz İstiot Qızartma
.Kiyev kotleti 2
Ərzaqlar: 600 q toyuğun döş əti 100 q kərə yağı Duz İstiot 2 ədəd yumurta 5-6 x.q un 8-9 x.q suxarı Qızartmağa duru yağ Hazırlanması:
.Qovurmalı əriştə plovu
Ərzaqlar: 500 q xırda doğranmış quzu əti 100-150 q quyruq 2 ədəd yuxanın əriştəsi 3 st düyü 4 ədəd baş soğan 4 x.q əridilmiş kərə yağı Duz İst
.Tənbəl mantısı
Ərzaqlar: (4 nəfər üçün) Xəmir üçün: 3 st un 1 st su 1 ədəd yumurta 1 ç.q duz Yuxaları yaymaq üçün əlavə un İçlik üçün: 250 q çəkilmiş ət
Şərh yaz
Adınız:
Email: saytda görsənməyəcək
Mətn
Kod gizli kod Yenilə
Kodu yaz

Şərhlər
Reseptaz (04 oktyabr 2015 11:17)
salam, biz burada ele qovurmadan ve xirdalamadan hazirlamisiq
jale (03 oktyabr 2015 19:30)
Salam. menim size bir sualim var vermewili hazirlayanda biz 1 ci bir az yagda qovururuq hemde bir az xirdalayiriq men ama isteyirem ele butov sekilde suda nece biwirirler onu deyesiz yada sayta yerlewdiresiz
Guler (01 iyul 2015 01:56)
Hm cox sevirem makoronla qiyme coox lezetli olur.
Reseptaz (08 fevral 2014 23:15)
Təşəkkür edirik.
aygunka bakinka (21 dekabr 2013 18:44)
Eladi resept az sayti buradaa hekime sula var???

Bu saytdakı bütün reseptlər və üzərində resept.az logosu olan bütün şəkillər resept.az-a məxsusdur və heç bir halda izinsiz olaraq istifade edilə bilməz. Əlaqə üçün: reseptaz@yahoo.com adresinə müraciət edin.