Qırmızı çuğundur ilə mərci şorbası



Ərzaqlar:



1/2 st mərcimək

2 x.q əridilmiş kərə yağı

1 x.q un

1 ədəd orta qırmızı çuğundur

2 ədəd kartof

3 ədəd balaca baş soğan

3 st ət suyu+ 2 st su

Duz

Istiot


Hazırlanması:

Soğanın qabığını soyub yuduqdan sonra xıda doğrayırıq.



Kortofun qabığını təmizləyib yuyub xirda boğrayırıq.



Qırmızı çuğundurun qabığını soyub xırda doğrayırıq.



Qazana ət suyunu töküb kartofu, soğanı, çuğunduru üstünə əlavə edirik. Mərciməyi də yuyub tökürüb bişməyə qoyuruq.



Tərəvəzlər bişdikdə blenderdən keçiririk. (Blender olmasa setka qaşıqla çoxlu çala bilərsiniz)



Tavada yağı qızdırıb unu əlavə edib qovururuq.



Qovrulmuş yağla unu yeməyə töküb suyunu da əlavə edirik. Duz və istiotunu da əlavə edib bişiririk.



Nuş olsun!


OXŞAR YAZILAR
.Yerkökü şorbası
Ərzaqlar: 5 ədəd kök 2 ədəd kartof 2 ədəd baş soğan 2 x.q. əridilmiş kərə yağı. Duz İstiot 8 st su ya da suyun yarısı ət ya da toyuq suyu H
.Kiçik küftələrlə noxudlu şorba
Ərzaqlar: 1 st bişmiş noxud 3 x.q yumru düyü 2 st qatıq 2 x.q un 6 st su Küftə üçün: 250 q çəkilmiş ət 1 baş soğan Duz İstiot 1 x.q nanə
.Qatıqlı bulğur (yarma) şorbası
Ərzaqlar: 1 st bulğur 1 ədəd yumurta 1 x.q un 2 st qatıq 9 st su Duz 2 x.q əridilmiş kərə yağı 1 x.q nanə qurusu Hazırlanması: Bulğuru y
.Qaymaqlı brokoli şorbası
Ərzaqlar: 500 q brokoli 1 ədəd kök 1 ədəd kartof 1 ədəd baş soğan 1 paket krem qaymaq 2 x.q un 2 x.q əridilmiş kərə yağı Duz İstiot Su (ət y
.Sadə əriştə şorbası
Ərzaqlar: 2 ədəd yuxanın kəsilmiş əriştəsi 2 x.q əridilmiş kərə yağı 4-5 ədəd sarı alça qurusu Ç.q ucunda sarıkök Duz İstiot 6 st ət ya da toy
Şərh yaz
Adınız:
Email: saytda görsənməyəcək
Mətn
Kod gizli kod Yenilə
Kodu yaz

Şərhlər
Nezrin (14 sentyabr 2017 20:38)
Men ise mercimeyi ayri qazanda qoyuram piwsin sonra tavada sogani qovururam kartof ve koku ise terkadan kecirirem ve tokurem soganin ustune qovururam sonra tomati vururam ve hazir olandan sonra tokurem mercinin ustune ve biraz piwenden sonra altini kecirirem bele piwirdikden sonra hec blendere ehtiyac qalmir
Reseptaz (21 avqust 2014 00:54)
Təşəkkürlər.
Nübar (30 mart 2014 00:38)
Çox xoşuma gəldi. Əllərinizə sağlıq...

Bu saytdakı bütün reseptlər və üzərində resept.az logosu olan bütün şəkillər resept.az-a məxsusdur və heç bir halda izinsiz olaraq istifade edilə bilməz. Əlaqə üçün: reseptaz@yahoo.com adresinə müraciət edin.