Qarğıdalı ilə bibərli toyuq salatı



Ərzaqlar:



4 ədəd şirin bibər(4 rəngdə)

300 q toyuğun döş əti

2 ədəd kök

1 ədəd tər xiyar

1 ədəd tutma xiyar

1 kiçik banka konserv olunmuş qarğıdalı

4-5 x.q zeytun yağı

Kiçik dəstə şüyüd

Duz

Istiot


Hazırlanması:

Toyuğun döş ətini duzlu suda bişiririk. Soyuduqdan sonra nazik uzun hissələrə bölürük.



Kökü suda bişirib qabığını soyub nazik uzun doğrayırıq.



4 rəngdə bibərləri təmizləyib yuduqdan sonra nazik uzun doğrayırıq.



Tutma xiyarı nazik uzun doğrayırıq.



Tər xiyarı yuduqdan sonra qabığını soyub nazik uzun doğrayırıq.



Şüyüdü təmizləyib yuyub xırda doğrayırıq.



Bütün ərzaqları bir qabda duz və istiot töküb qarışdırırıq.



Zeytun yağını əlavə edib qarışdırırıq.



Nuş olsun!


OXŞAR YAZILAR
.Asan Sezar salatı
(4 nəfərlik) Ərzaqlar: 500 q toyuğun döş əti 100 q pendir 2 ədəd kahı 1/2 (yarım) çörək 1 diş sarımsaq 3 x.q zeytun yağı Duz İstiot Sosu üç
.Ananaslı toyuq salatı 2
Ərzaqlar: 5 ədəd konserv olunmuş ananas halqası 100 q pendir 200 q toyuğun döş əti 50 q qoz ləpəsi 4-5 x.q mayonez Duz Balaca dəstə şüyüd 1 əd
.Paytaxt salatından yolka
Ərzaqlar: 200 q ət 3 ədəd kartof 3 ədəd yumurta 2 ədəd kök (orta ölçülü) 2 ədəd tər xiyar(orta ölçülü) 2 ədəd turşu xiyar(orta ölçülü) 200 q gö
.Toyuqlu bibər salatı
Ərzaqlar: 3 ədəd rəngli bibər 2 ədəd təzə xiyar 1 ədəd toyuğun döş əti 1 ədəd kök Balaca dəstə şüyüd Duz İstiot Mayonez Hazırlanması: Tə
.Bibər salatı
Ərzaqlar: 3 ədəd rəngli bibər 1 ədəd toyuğun döş əti 1 ədəd kök Balaca dəstə cəfəri Duz İstiot 4-5 x.q duru yağ (zeytun yağı) Hazırlanması:
Şərh yaz
Adınız:
Email: saytda görsənməyəcək
Mətn
Kod gizli kod Yenilə
Kodu yaz

Şərhlər
Reseptaz (17 fevral 2016 15:49)
cox sag olun
nahid (17 fevral 2016 11:50)
salat çox dadlıdı.çox sağ olun ki bizimlə paylaşdınız.
Reseptaz (16 aprel 2015 20:07)
Təşəkkür edirik.
qilman (11 aprel 2015 20:49)
gozel gorunusu var
Reseptaz (29 dekabr 2014 23:10)
Reseptə görə təşəkkür edirik. Çox sağ olun.
hec mene lazim deyil (29 dekabr 2014 14:41)
resept.aza tesekkur bu da menim salatim
hec mene lazim deyil (29 dekabr 2014 14:40)
KONUL SALATI ERZAQLAR;3 eded kok,1 eded pisticka,200qr sari ve qara qarisiq quru uzum,1 packa qaymaq,duz,istiot. Hazirlanmasi, koku qaynadib surtgecden keciririk,onu bir derin qaba dokub erzaqlari elave edirikqarisidiririq ,zovqe gore istiot.HAZIRDI, NUS OLSUN
Reseptaz (04 aprel 2014 22:45)
Təşəkkür edirik. Nuş olsun.
asli (04 aprel 2014 19:16)
bu yimeyler cox qeweng gorsenir ve sizin sitenizdeki reseptler sayesinde yimeyleri yaxwi piwirirem
Reseptaz (21 mart 2014 21:13)
Təşəkkürlər.
rima (20 yanvar 2014 12:24)
555
senan (31 dekabr 2013 17:16)
pirojna
senan (31 dekabr 2013 17:13)
biz beleyik

Bu saytdakı bütün reseptlər və üzərində resept.az logosu olan bütün şəkillər resept.az-a məxsusdur və heç bir halda izinsiz olaraq istifade edilə bilməz. Əlaqə üçün: reseptaz@yahoo.com adresinə müraciət edin.