Qarabağ kətəsi



Azərbaycanın milli şirniyyat növlərindən biridir.

Ərzaqlar:

Xəmir üçün:



3 yumurta

100 q kərə yağı

1/2 st şəkər tozu

5 st un

1ç.q dolu quru maya

1ç.q duz

Su aparanadək

Iç üçün:



2 st un

1,5 st şəkər tozu

1 paket vanil

100 q kərə yağı

Üzü üçün:

1 ədəd yumurta


Hazırlanması:

Mayanın üstünə az ilıq su töküb qarışdırırıq 5-10 dəqiqə saxlayırıq köpür.



Unu bir qaba ələyirik. Üstünə duz, yumurta, şəkər tozu və mayanı tökürük. Yağı əridirik yağ ilıq olanda onu da unun üstünə əlavə edirik.



Aparanadək suyu da əlavə edib yumşaq xəmir yoğururuq. Xəmiri isti yerdə 2-2,5 saat acımağa qoyuruq.



İndi isə içliyi hazırlayaq.

Yağı əridirik.



Yağ ılıq olanda üstünə şəkər tozunu və vanili əlavə edib əriyənə qədər qarışdırırıq.



Sonra unu əlavə edib yaxşı qarışdırırıq. İçliyimiz hazırdı.



Xəmir gəldikdən sonra 6 yerə bölürük.



Kündələri 1 sm qalınlıqda yayıb içlik qoyub bükürük.





Bükülən tərəfi alta çevirib yenidən yayırıq.



Hamısını bu şəkildə düzəldib yığırıq və 15-20 dəqiqə saxlayırıq.



Qaba kağız sərib (kağızsızda olar) kündələri yığırıq. Üzünə yumurta çəkib çəngəl ilə deştəkləyib naxış salırıq.



180 dərəcə qızdırılmış sobada 25 dəqiqəyə bişiririk.





Nuş olsun!

OXŞAR YAZILAR
.Şokoladlı qozlu piroq
Ərzaqlar: Ovxantı üçün: 200 q yumşaq kərə yağı 1/2 st şəkər tozu 2,5 st un 50 q şokolad 50 q qoz ləpəsi Arası üçün: 100 q tünd şokolad 1 ba
.Almalı qozlu keks
Ərzaqlar: 1 st şəkər tozu 1 st süd ½ st duru yağ 3 ədəd yumurta 50 q qoz ləpəsi 2 ədəd alma 1 paket qabartma tozu 1 paket vanil ½ st buğda ni
.Ananaslı kiçik kekslər
(15 ədəd muffin üçün) Ərzaqlar: 5 ədəd konserv olunmuş ananas halqası 200 q yumşaq kərə yağı 1 st şəkər tozu 4 ədəd yumurta 1,5 st un 1 paket qab
.Kəsmikli kokoslu qurabiyə
Ərzaqlar: 200 q kəsmik 100 q yumşaq kərə yağı 1/2 st şəkər tozu 50 q kokos 1 ədəd yumurta 1 paket vanil 1 paket qabartma tozu 2 st un Yayma
.Nutellalı qurabiyə
Ərzaqlar: 200 q kərə yağı 1/3 (üçdə bir) st şəkər pudrası 1 ədəd yumurta 2,5 st un 1 paket qabartma tozu 1 paket vanil Nutella Xəmirin altına
Şərh yaz
Adınız:
Email: saytda görsənməyəcək
Mətn
Kod gizli kod Yenilə
Kodu yaz

Şərhlər
Lale (20 fevral 2017 20:49)
Salam ressept az.önce deyim coox goxel resseptlerdi coxx sag olun.bu keteni qozlu icliknen elemek olar??eynile bele edib ancaw içlik qoz???coox xaiw edirem sualma cavab yazardiz
gunel (04 noyabr 2016 20:30)
Salam xanim men hazirladim isti olanda yumusaq olur soyuyanda dasdasir niye hele klokada qoyuram neyise duzgun etmirem? Neyi duzgun etmiyende hele alina biler? Tewekurler
Reseptaz (20 oktyabr 2016 09:39)
Salam, 100 qr qereridir cox deyil.
Leyla (19 oktyabr 2016 15:22)
Salam resept az coox xaiw edirem sualima tez cavab yazardiz men indi bu ketenin xemirini yogurdum yagi texmini 100q -ram olcdum kiloluq kere yagi idi mene ele geldiki yagi coox oldu ziyani olmaz kii???
Leyla (19 oktyabr 2016 15:18)
Salam resept az coox xaiw edirem sualima tez cavab yazardiz men indi bu ketenin xemirini yogurdum yagi texmini 100q -ram olcdum kiloluq kere yagi idi mene ele geldiki yagi coox oldu ziyani olmaz kii???
Reseptaz (20 iyun 2016 09:16)
Nuş olsun.
Melek (19 iyun 2016 11:30)
Keteni hazirladim ve hami cox beyendi. dadli idi tesekkurler
Reseptaz (31 yanvar 2016 10:39)
nus olsun, Hacer xanim
yasin (29 yanvar 2016 21:52)
Keteni bele hazirlamirlaar men superr versiyasini bilirem...
hacer (10 yanvar 2016 23:26)
Keteni hazirladiq, ailece hami beyendi.cox sagolun. Allah razi olsun;-)
Reseptaz (08 yanvar 2016 23:16)
cox sag olun, nus olsun
güneş (08 yanvar 2016 20:43)
hazırladım ve hamı çox beyendi minnetdaram size
Reseptaz (02 sentyabr 2015 10:24)
nus olsun
Әsmәr (02 sentyabr 2015 02:38)
Mәn bu kәtәni bişirdim çooooox dadli alındı belә gözlәmirdum heç hazr olmağı ilә qurtarmağı bir oldu hamı bәyәndi.çox sağolun bu dadli reseptlәrә görә)))
Reseptaz (19 fevral 2015 16:05)
Sevinc xanim, biz butun reseptlerimizi evvel ev sheraitinde ozumuz hazirlayib sonra paylashiriq, bu sekilde etseniz yaxsi olacagindan emin ola bilersiniz
Sevinc (19 fevral 2015 15:26)
Salam. Men bu resepti baqa saytdan goturub hazirlamisdim,eynilə bele olur,sadece iclikde yag yumsaq sekilde qatilmisdi ve seker tozu evezine seker pudrasi elave olunmusdu. Sizce bu duzdurmu,yeni seker tozu mutleqmi qatilmalidirmi?
Reseptaz (28 yanvar 2015 22:36)
Kloka qoyun. Nuş olsun.
Meryem (26 yanvar 2015 23:20)
Salam men bisirdim isti yumusaq olur ancaq oyuyandan sonra berkiyir hamisini siz dediyniz kimi etdim ne edim ki soyuyanda qurumasin
sevgi (26 yanvar 2015 18:41)
Hazirladim cox gozel alindi tewekurler
Reseptaz (22 dekabr 2014 22:52)
Nuş olsun.
aysel (18 dekabr 2014 16:11)
Cox gozel ketedi hemise bunan hazirlayiram
Reseptaz (15 dekabr 2014 22:35)
Nuş olsun.
aysel (13 dekabr 2014 18:53)
Cox gozel bu keteni cox xoslayiram hazirlanmaqin bilmirdim tesekur
Reseptaz (17 avqust 2014 18:21)
Bir daha bişirdikdə əla olacaq. Nuş olsun.
ayla (16 avqust 2014 19:21)
bizde yaxsi alinmadi
Reseptaz (15 iyul 2014 10:26)
tesekkurler
nurlana (14 iyul 2014 23:37)
cox gozelidir
Reseptaz (14 iyul 2014 02:17)
Xedice xanım axtarış yerine "kişmişli keks" yazsanız resepti tapacaqsınız. Teşekkürler.
xedice (13 iyul 2014 21:14)
zehmet olmasa mene kismisli keksin reseptini deyerdinizde?
xedice (13 iyul 2014 21:07)
cox guzel saytdi keteni bisirdik cox yaxsi alindi.TESEKKUR EDERIK....................................
KEMALE (12 iyul 2014 12:50)
tesekkurler
esmer (21 may 2014 16:09)
cox gozel saytdi wekillernen gosterme lap gozeldi cox sagolun.bamya resepti paylawsaz sevinerem
Reseptaz (29 aprel 2014 14:58)
6 bele kunde cixir.
gulyaz (29 aprel 2014 13:52)
bu nece neferlikdir
gulyaz (29 aprel 2014 13:50)
bu nece neferlikdir
Reseptaz (01 mart 2014 22:31)
Nuş olsun. Təşəkkür edirik.
Aysun (15 fevral 2014 14:48)
elleriniz aqrimasin cox gozel recepdi cox dadlidi cox saqolun
Reseptaz (29 yanvar 2014 09:15)
cox sag olun
Xəyalə (28 yanvar 2014 16:30)
Salam aleykum. Belə gözəl sayt qurduğunuz və reseptlər yerləşdiriyiniz üçün təşəkkürlər. Bəzi reseptləri tətbiq etmişəm artıq. Möhtəşəm!!
Reseptaz (25 yanvar 2014 23:35)
Çudu da kətə də sayıtımızda var ordan baxıb hazırlaya bilərsiniz.

Bu saytdakı bütün reseptlər və üzərində resept.az logosu olan bütün şəkillər resept.az-a məxsusdur və heç bir halda izinsiz olaraq istifade edilə bilməz. Əlaqə üçün: reseptaz@yahoo.com adresinə müraciət edin.