Qara gavalı və qozlu toyuq salatı



Ərzaqlar:



300 q toyuğun döş əti

4 ədəd yumurta

10 ədəd qara gavalı

2/1 st qoz ləpəsi

100 q pendir

Mayonez

Duz


Hazırlanması

Toyuğun döş ətini duz töküb suda bişiririk. Soyuduqdan sonra xırda doğrayırıq.



Qara gavalını xırda doğrayırıq. (Əgər qara gavalı bərk olsa 10 dəqiqə qaynar suda saxlayırıq).



Qozu isə ya blenderdən keçiririk ya da bıçaqla doğrayırıq.



Yumurtanın ağını sürtgəcin xırda gözündən keçiririk.



Yumurtanın sarısını sürtgəcin xırda gözündən keçiririk.



Pendiri sürtgəcin xırda gözündən keçiririk.



Bir boşqab götürürük. Toyuğun döş ətini tökürük mayonezləyirik.



Toyuğun döş ətinin üstünə yumurta sarısını əlavə edib duzlayıb mayonezləyirik.



Yumurta sarısının üstünə qara gavalını tökürük, az mayonezləyirik.



Qara gavalının üstünə pendiri səpirik və az mayonezləyirik.



Pendirin üstünə qozu töküb azca mayonezləyirik.



Qozun üstündən yumurta ağını töküb duz səpirik.



Salatı zövqə görə bəzəyirik.



Nuş olsun!


OXŞAR YAZILAR
.Asan Sezar salatı
(4 nəfərlik) Ərzaqlar: 500 q toyuğun döş əti 100 q pendir 2 ədəd kahı 1/2 (yarım) çörək 1 diş sarımsaq 3 x.q zeytun yağı Duz İstiot Sosu üç
.Ananaslı toyuq salatı 2
Ərzaqlar: 5 ədəd konserv olunmuş ananas halqası 100 q pendir 200 q toyuğun döş əti 50 q qoz ləpəsi 4-5 x.q mayonez Duz Balaca dəstə şüyüd 1 əd
.Paytaxt salatından yolka
Ərzaqlar: 200 q ət 3 ədəd kartof 3 ədəd yumurta 2 ədəd kök (orta ölçülü) 2 ədəd tər xiyar(orta ölçülü) 2 ədəd turşu xiyar(orta ölçülü) 200 q gö
.Toyuqlu bibər salatı
Ərzaqlar: 3 ədəd rəngli bibər 2 ədəd təzə xiyar 1 ədəd toyuğun döş əti 1 ədəd kök Balaca dəstə şüyüd Duz İstiot Mayonez Hazırlanması: Tə
.Bibər salatı
Ərzaqlar: 3 ədəd rəngli bibər 1 ədəd toyuğun döş əti 1 ədəd kök Balaca dəstə cəfəri Duz İstiot 4-5 x.q duru yağ (zeytun yağı) Hazırlanması:
Şərh yaz
Adınız:
Email: saytda görsənməyəcək
Mətn
Kod gizli kod Yenilə
Kodu yaz

Şərhlər
Reyhan Eliyeva (22 yanvar 2016 00:12)
Beh behhh lap ureyim istedi
Reseptaz (05 fevral 2015 20:01)
Nuş olsun.
ayten (31 yanvar 2015 13:12)
ilk defediki bunu hazirlamagimi isdediler ama bele yemekler bize lazimdi.Tewekkuller
Reseptaz (22 yanvar 2015 20:17)
Təşəkkürlər.
lala (17 yanvar 2015 16:58)
super
Reseptaz (16 noyabr 2014 13:52)
nuş olsun.
Nübar (11 oktyabr 2014 11:19)
Bu salatı çox xoşlayıram. Ancaq, mən yumurta əlavə etmirəm. Ağ pendir və (mayonez istifadə etmədiyimçün) romaşka smetanı əlavə edirəm. Digər ərzaqlar yerində.
Reseptaz (20 avqust 2014 20:27)
Dadı dəyişəcək. Başqa dadda salat olacaq. Nuş olsun.
Nergiz (28 dekabr 2013 12:45)
Fidan salam tpyuq salatina kok kartof qatsam nece olar
Nergiz (28 dekabr 2013 12:43)
Salatlar
fidan (25 dekabr 2013 20:07)
men bu salata kok ve kartof elave edirem cox yaxsi alinir

Bu saytdakı bütün reseptlər və üzərində resept.az logosu olan bütün şəkillər resept.az-a məxsusdur və heç bir halda izinsiz olaraq istifade edilə bilməz. Əlaqə üçün: reseptaz@yahoo.com adresinə müraciət edin.