Qara gavalı salatı



Ərzaqlar:



1 ədəd toyuğun döş əti

100 q pendir

5-6 ədəd qoz ləpəsi

8-9 ədəd qara gavalı

3 ədəd yumurta

1 ədəd alma

1 ədəd tər xiyat

1 ədəd tutma xiyar

Mayonez

Duz

Istiot


Hazırlanması:

Toyuğun döş ətini duz töküb suda bişiririk. Soyuduqdan sonra nazik uzun liflərə ayırırıq.

Bir qab götürüb ortasına ağzı aşağı stəkan qoyuruq. Toyuğun doş ətini töküb mayonezləyirik.





Tutma xiyarı sürtgəcin böyük gözündən keçiirik. Toyuq ətinin üstünə yığıb mayonezləyirik.



Yumurtanısuda bərk bişiririk. Soyuduqdan sonra qabığını soyub sarısını sürtgəcin böyük gözündən keçirib tutma xiyarın üstünə töküb mayonezləyirik.



Qozu bıçaqla doğrayıb tökürük.



Tər xiyarı sürtgəcin böyük gözündən keçirib duz səpib mayonezləyirik.



Pendiri sürtgəcdən keçirib xiyarın üstündən səpirik və mayonezləyirik.



Qara gavalını əgər bərkdirsə 5-10 dəqiqə isti suda saxladıqdan sonra qurulayıb xırda doğrayırıq. Pendirin üstündən tökürük.



Almanı yuduqdan sonra qabığını soyub sürtgəcin böyük gözündən keçirib gavalının üstündən tökürük. Duz səpib mayonezləyirik.



Yumurtanın ağını sürtgəcin böyük gözündən keçirib almanın üstündən töküb duz səpib mayonezləyirik.





Salatın üstünə qoz qırıntıları səpirik.



Nuş olsun!


OXŞAR YAZILAR
.Turşu (tutma) xiyar ilə toyuq salatı
Ərzaqlar: 300 q toyuğun döş əti 3 ədəd yumurta 3 ədəd turşu(tutma) xiyar 1 ədəd balaca qırmızı soğan 100-150 q Holland pendiri Mayonez
.Döyməc-3
Ərzaqlar: 500 q alça 1 balaca dəstə nanə və ya reyhan 1 balaca diş sarımsaq Duz Hazırlanması: Alçanı, nanəni və sarımsağı təmizləyib
.Döyməc-2
Ərzaqlar: 300 q alça 300 q albalı (vişnə) 200 q gilas 2-3 ədəd ərik 1 balaca dəstə reyhan 1 diş sarımsaq Duz Hazırlanması:
.Kapriz salatı
Ərzaqlar: 125 q mazarella pendiri. 1-2 ədəd pomidor 1-2 x.q zeytun yağı 2-3 baş reyhan Istiot Hazırlanması: Pomidoru yuyub halqa
.Göy soğanlı yumurta salatı
Ərzaqlar: 4 ədəd yumurta 2 x.q xama Balaca dəstə göy soğan Duz Hazırlanması: Yumurtanı suda bişirib tamizləyib sürtgəcin böyük gözün
Şərh yaz
Adınız:
Email: saytda görsənməyəcək
Mətn
Kod gizli kod Yenilə
Kodu yaz

Şərhlər
Reseptaz (03 iyul 2014 18:11)
tesekkurler, nush olsun..
Lalə (03 iyul 2014 16:58)
Reseptə görə çoooooox sağolun. Salat çox dadlı idi.
konul (05 aprel 2014 01:02)
salam,qizim ad gunune hazirladim bu salati cox gozel ve dadli alindi butun qonaqlarim beyendi hetta reseptini bele istediler . coxlu coxlu sag olun.


Bu saytdakı bütün reseptlər və üzərində resept.az logosu olan bütün şəkillər resept.az-a məxsusdur və heç bir halda izinsiz olaraq istifade edilə bilməz. Əlaqə üçün: reseptaz@yahoo.com adresinə müraciət edin.