Pryanik



Ərzaqlar:



200 q kərə yağı

3 st un

2 ədəd yumurta (1 ədəd ağı üzü üçün)

2/3 st şəkər tozu

1/2 st şəkər kirşanı

1 x.q qarğıdalı nişastası

1 ç.q zəncəfil

1/3 ç.q darçın

1 paket qabartma tozu


Hazırlanması:

Yumşaq yağı şəkər tozu ilə çalırıq.



Sonra bir ədəd yumurtanın ağını kənara qoyub qalanlarını qarışığın üstünə töküb yenə mikserlə çalırıq.



Nişastanı əlavə edib çalırıq.



Zəncəfili, darçını və qabartma tozunu əlavə edib yenə çalırıq.



Unu əlavə edib əvvəl mikserlə aşağı sürətlə çalırıq.



Sonra qalan unu əlavə edib yumşaq xəmir düzəldirik.

Sonra xəmiri soyuducuya qoyub 30 dəqiqə saxlayırıq.



Xəmiri soyuducuya qoyduqdan sonra üz üçün bir ədəd yumurtanın ağını mikserlə bərkiyənədək çalırıq.



Sonra şəkər kirşanını əlavə edib yenə bərkiyənədək mikserlə çalırüq. Üzlük hazırdır.



Xəmiri soyuducudan çıxarıb uzununa yayıb kəsib eyni ölçülü kündələr düzəldirik. (22-23 kündə alınacaq)





Qaba kağız sərib kündələri yığırıq.



170-180 dərəcə qızdırılmış sobada 20-25 dəqiqəyə bişiririk.



Bişmiş pryanikləri sobadan çıxaran kimi isti-isti şotka vasitəsi ilə üzlüyü (yumurta ağını) hər bir tərəfinə çəkirik.



Yumurta ağı quruyanadək saxlayırıq. Quruduqdan sonra çay süfrəsinə verə bilərsiniz.



Nuş olsun!


OXŞAR YAZILAR
.Şokaladlı çizkek (cheesecake) 2
Ərzaqlar: 400 q labnə pendiri 1 paket krem qaymaq 1 st şəkər tozu 3 x.q nişasta 4 ədəd yumurta 1 paket vanil 185 q qrabiyə 125 q kərə yağı
.Kəsmikli çizkek
Ərzaqlar: 600 qr əla növ pəhriz kəsmiyi 5 ədəd yumurta 1 st şəkər tozu 1 paket 20 faizli qaymaq ( 5 x.q sos üçün) 3 x.q nişasta 1 paket vanil 1
.Sadə keks 2
Ərzaqlar: 3 ədəd yumurta 1 st. şəkər tozu 1 st. süd ½ st. duru yağ 1 paket vanil 1 paket qabartma tozu 2,5 st. un Hazırlanması: Yumurta ilə
.Şokolad kremli keks
Ərzaqlar: 3 ədəd yumurta 1 st şəkər tozu 1 st süd ½ st duru yağ 3 x.q şokolad kremi (şokolad yağı) 25 q kakao 1paket qabartma tozu 1 paket van
.Kokoslu limonlu keks
Ərzaqlar: 4 ədəd yumurta 1 st şəkər tozu 1/2 st süd 1/2 st duru yağ 1/2 st kokos 1 ədəd limon 1paket qabartma tozu 1 paket vanil 2,5 st un
Şərh yaz
Adınız:
Email: saytda görsənməyəcək
Mətn
Kod gizli kod Yenilə
Kodu yaz

Şərhlər
ferid (21 fevral 2016 21:00)
Cox sagolun.bride yoxlayacam
Reseptaz (21 fevral 2016 00:11)
beli isti isti cekirik
ferid (20 fevral 2016 23:50)
salam.bilmek isteyirem uzluk isti_isti cekirik.yene qurumaq bilmir.xais edirem cavablandirasiniz.
Reseptaz (22 yanvar 2016 09:05)
cox sag olun
Xedice (21 yanvar 2016 23:13)
Bu saytin butun reseptlerini cox severek izleyirem ve faydalaniram.cox sagolun.
Reseptaz (07 may 2015 19:56)
Çox sağ olun sizinlə bahəm.
Mələk (07 may 2015 00:23)
Cavabınıza görə təşəkkürlər..... Allaha əmanət olun!!!
Reseptaz (05 may 2015 09:28)
salam. soban çıxaran kimi isti isti çəkin öz özünə quruyur
Mələk (04 may 2015 18:23)
Salam bilmək olar yumurtanın ağını çəkdikdən sonra özü-özünə quruyur yoxsa sobada qalıb quruyur? Xahiş edirəm resepti yazanda daha ətraflı yazın!!!
Reseptaz (22 yanvar 2015 20:33)
Nuş olsun.
Gunel (19 yanvar 2015 21:09)
Tshk edirem coox sagolun
Reseptaz (04 noyabr 2014 00:42)
Salam Xanım. Qida boyasından istifade etmemeyiniz meslehetdir. Ancaq siz ferqli renglerde olmağı üçün edeceksenizse, istifade edebilersiniz.
zemfira (02 noyabr 2014 15:55)
Salam priyanikin uz hissesine vurulan mehlula qida boyasi elave etmek olar????
Reseptaz (17 avqust 2014 18:53)
Resepti rus mətbəxindən götürmüşük. adı düzgün yazılıb. Şəkər xəmirinin digər bölmədə resepti vardır. Buyurub ordan baxa bilərsiniz.
jale (05 iyun 2014 12:03)
men bele asan olacagini tesevvur etmirdim.vaxtim olsa biwirecem.ela görunur yeqin dadida eledir
nurlanaqurbanova (24 may 2014 19:46)
men quw sudu tortun reseptini istiyirem
reqsane (24 may 2014 17:53)
salam men sizden weker xemrinin evde nece hazirlanmasini oyrenmek isdeyerdim zehmet deyilse
Lale (20 may 2014 20:00)
Bu pryanik resepti deyil,bu pesocni peceniya reseptidir.Niye adini duzgun yazmamisiz?
Nazlı (19 may 2014 11:29)
Salam xanım.Bu resepte göre çox sağolun =).Vaxtım olanda bişirecem.Amma birşey soruşacam sizden.Pryanikin qurumağı texminen neçe saat veya deqiqe aparır ?
jale (18 may 2014 15:39)
bulka resepti

Bu saytdakı bütün reseptlər və üzərində resept.az logosu olan bütün şəkillər resept.az-a məxsusdur və heç bir halda izinsiz olaraq istifade edilə bilməz. Əlaqə üçün: reseptaz@yahoo.com adresinə müraciət edin.