Portakallı keks



Ərzaqlar:



2 st un

3 ədəd yumurta

150 q kərə yağı

2/3 st şəkər tozu

1 ədəd portakal

1 paket vanil

1 paket qabartma tozu


Hazırlanması:

Portakalı yuyub qurulayın qabığını sürtkəçdən keçiririk. Özünü sıxıb suyunu çıxardırıq.



Yumşaq kərə yağını vanil və şəkər tozu ilə mikserlə çalırıq.



Yumurtanı əlavə edib yenə mikserlə çalırıq.



Portakalın qabığını və suyunu əlavə edib aşağı sürətlə çalırıq.



Sonra qabartma tozunu və unu əlavə edib yenə aşağı sürətlə çalırıq.



Hazır xəmiri qaba töküb yayırıq. (Qabınız yapışan olsa qabı yağlayıb unlayıb sonra xəmiri tökə bilərsiniz)



180 dərəcə qızdırılmış sobada 25 dəqiqəyə bişiririk.



İlıq olanda qabdan çıxardırıq.



Soyuduqdan sonra kəsib süfrəyə verə bilərsiniz. Zövqə görə istəsəniz üstünə şəkər kirşanı səpə bilərsiniz.



Nuş olsun!


OXŞAR YAZILAR
.Şokaladlı çizkek (cheesecake) 2
Ərzaqlar: 400 q labnə pendiri 1 paket krem qaymaq 1 st şəkər tozu 3 x.q nişasta 4 ədəd yumurta 1 paket vanil 185 q qrabiyə 125 q kərə yağı
.Kəsmikli çizkek
Ərzaqlar: 600 qr əla növ pəhriz kəsmiyi 5 ədəd yumurta 1 st şəkər tozu 1 paket 20 faizli qaymaq ( 5 x.q sos üçün) 3 x.q nişasta 1 paket vanil 1
.Sadə keks 2
Ərzaqlar: 3 ədəd yumurta 1 st. şəkər tozu 1 st. süd ½ st. duru yağ 1 paket vanil 1 paket qabartma tozu 2,5 st. un Hazırlanması: Yumurta ilə
.Şokolad kremli keks
Ərzaqlar: 3 ədəd yumurta 1 st şəkər tozu 1 st süd ½ st duru yağ 3 x.q şokolad kremi (şokolad yağı) 25 q kakao 1paket qabartma tozu 1 paket van
.Kokoslu limonlu keks
Ərzaqlar: 4 ədəd yumurta 1 st şəkər tozu 1/2 st süd 1/2 st duru yağ 1/2 st kokos 1 ədəd limon 1paket qabartma tozu 1 paket vanil 2,5 st un
Şərh yaz
Adınız:
Email: saytda görsənməyəcək
Mətn
Kod gizli kod Yenilə
Kodu yaz

Şərhlər
Reseptaz (12 aprel 2016 09:30)
Salam, bəli edə bilərsiniz.
gulnar (11 aprel 2016 14:00)
Salam ressept az cox xaiw edirem deyerdiniz bu kekse kiwmiw qatmaq olar??birde xanim portagal qatmamaq olar??coox xaiw edirem cavab yazin onceden twk
Reseptaz (29 fevral 2016 22:31)
SaLam. Nuş olsun. Halal olsun.
Aynur (26 fevral 2016 16:51)
Nece qeseng alindi.Tesekkur edirem size.Eziyyetinizi halal edin:)
Reseptaz (15 fevral 2016 22:14)
2/3 stekan 3de 2-sidir demekdir, yaridan bir az cox.
Leyla (15 fevral 2016 21:05)
Necə olur sizin bisirdikleriniz daha yaxşı kopur.mənim bisirdiklerim isə yox :(
nazli (11 sentyabr 2015 14:05)
2/3 seker tozu ne qeder demekdi? yarim, butun stekan oldugunu yazsaniz ele rahat olar. stekan prastoy xrustal stekan olcusundedi? stekanlar muxtelifdi.
nazli (11 sentyabr 2015 14:02)
salam. qurban size qablarin olcusunu bildirin onda bisirek. hamsinda eyni cur alinmir.
Reseptaz (02 sentyabr 2015 10:24)
salam, qabin diametri 28 sm, novbeti reseptleri qabin olculerini de qeyd etmeye calisariq, tesekkurler
leyla (01 sentyabr 2015 19:25)
siz daha suallara cavab vermirsiz? axi bize tam aydin olmyanda komeye ehtiyac duyuruq
Leila (29 iyun 2015 11:32)
zehmet olmasa hemise qabin olculerni de yazardiz. ve deye bilersiz bu qabin olcusu nece sm-dir?
Reseptaz (23 fevral 2015 20:16)
Çox sağ olun.
Ilahe (23 fevral 2015 08:46)
Tewekkurler,qarwiliqlidir
xurus (22 fevral 2015 19:02)
Cox sag olun Allah razi olsun amin bahem men resebdeki kimi qane edir evdekler biraz dedler azdi sekeri amma yenede cox lenet li idi men cox xosladim oyrenmek cox gozeldir yenede hemise var olun
Reseptaz (22 fevral 2015 00:30)
Salam. Hər ikinizə təşəkkür edirəm. Çox sağ olun. Mən özüm də ildən ilə çox şey öyrənirəm. Şəkər tozu tökdüyünüz kimidir. Yəqin siz şirin xoşlayırsınız. Mən də sizlərə çan sağlığı, işlərinizdə uğurlar və evlərinizə ruzi bərəkət arzulayıram.
xurus (21 fevral 2015 19:47)
Xanim siz hecde fikir verməyin ellerinize saqliq Allah sizden razi olsun ki siz bisrib bura yerlesdrsiz bizde baxib bişririk elada alinir Allah balarni zi saxlasin işnizde ugrlar dunen men bisrdim cox gozel alndi ama sekeri az oldu biraz 1isteksnin basi biraz yarim tokdum cunki seklde ele gordum duz etmsemi sizce? tşk edrem yenede yaxski varsniz
Ilahe (21 fevral 2015 13:44)
Mama mene deyende ki, bu gun tort biwireceyik,birinci ele bil menim bawima qaynar su tokurduler,sonra da bawim agrimaga bawlayirdi,Ilahi nece olacaq,biskivit kopecekmi? yumwaq cixacaqmi? wirinliyi nece olacaq? tortu biwirib qurtarana qeder eseblewirdim,esebimi de etrafimdaki insanlardan cixirdim.
Ama indi sizin meslehetlerinizle biwirirem,daha evvelki kimi tort biwirmekden qorxmuram,gelecek qaynanam da beyenir,bu saytin heyatimda boyuk rolu olub.Haqqi danmaq olmaz.
Oxudugunuz ucun tewekkurler,oxumadinizsa da tewekkurler)))
Ilahe (21 fevral 2015 13:34)
Salam,siz de sag olun,men duzluyun terefdariyam,istemerem kiminse eziyyeti puc olsun.
Size ayrica oz adimdan tewekkurumu bildirirem--men sizin saytdan cox weyleri oyrenmiwem,ozume resept defteri tutmuwam,demek olar ki, sizin reseptlerin coxusunu qeyd etmiwem,vaxt olduqca da biwirirem,
Size ailenizde ve iwlerinizde ugurlar arzulayiram,opdum yanaginizdan.helelik
Reseptaz (20 fevral 2015 20:21)
Çox sağ olun. İlahə xanım. Əziyyətimə qiymət verdiyinuz üçün. Burda şərh yazanların çoxu elə bilir ki mən boş bekar bütün gün bu işlə məşğulam. Mən də işləyirəm. Səhər çıxıb axşama evdə oluram. Uşaqlar da var. Çalışıram ki bu qaçaqaçda nə isə yeni bir şey hazırlayım sayta qoyum. Belə şərh yazanda məncə də düz olmur. Mən yaxşı alınmayan reseptu bura yerləşdirmirəm. Təşəkkürlər.
Ilahe (20 fevral 2015 18:27)
Salam Ayan_Mehin.deyesen bu gun yuxudan ters durmusuz,bele esebisiz? eger burda mesaj yazan wexsler yaziblarsa ki,men de biwirdim,ela alinib,ama sizde alinmayib,demek ki sehvi ozunuzde axtarsaniz yaxwidir,bu smsi xetrinize deymek ucun yazmadim,meni sehv bawa duwmeyin,sadece resept muellifinin eziyyetini yere vurursuz,helelik ve size iwlerinizde ugurlar
xurus (20 fevral 2015 16:30)
Salam herkese mende hazrlayacam inaAllah cox sag olun Allah razi olsun😘 nece alnacaq bilmrem İnsAllah yaxsi alnar şirniyyat bişrmeye cox sevirem
Ayan_Mehin (20 fevral 2015 15:23)
Agziniza geleni yazirsiz bele duzgun deyil axi
Bizde bisirrik hamsi pis cixir
Reseptaz (05 fevral 2015 20:04)
Nuş olsun. Təşəkkür edirik.
SMZM (31 yanvar 2015 22:57)
Salam,hazirladim bu gun cox dadlidi,cox sag olun,bu sayta tapan gunnen demek olar ki,her gun burdaki reseptlerden birin hazirlayiram,o qeder izahli sekilde verirsiz ki,reseptleri insan ister-istemez hazirlamaq isteyir,cox sag olun bir daha.
Reseptaz (17 avqust 2014 19:04)
Salam. Xanımlar bəlkə tam bişməmiş sobanı açırsınız.Bişməmiş açdıqda yatır bir daha şişmir.Yaxşı alınmır.
Vusale Adiyeva (02 iyun 2014 15:32)
xanım yeqin ki elden asılıdı men de sizin derddeyem bele şeyler elimde şişmir çaresini bilseniz mene de deyin!
Çinarə (16 may 2014 00:27)
Baxıram görüntüsü ,icinə gedən ərzaqlar falan hər bir şey hətta hazırlanma qaydası eynidir.Amma maraqlıdır ki bəs niyə görə mən hazırlayanda yaxşı qalxmır,yada qalxsada yaxşı alınmır.Sizcə nədəndir?
Reseptaz (29 aprel 2014 13:04)
salam, potragalin suyunu elave etmesek portagal dadi az hiss olunacaq
elnare (28 aprel 2014 17:23)
Mosum sirniyyatin yaxsidi
gulyaz (28 aprel 2014 13:40)
portaqalin suyunu elave etmesek olar?
terane (27 aprel 2014 18:30)
men bunda hele nece iller evvelde bisiridim.nacaq men kesmik ve zovqe gore qatiq ve ya xama da qatirdim.cox lezzetli olurdu.

Bu saytdakı bütün reseptlər və üzərində resept.az logosu olan bütün şəkillər resept.az-a məxsusdur və heç bir halda izinsiz olaraq istifade edilə bilməz. Əlaqə üçün: reseptaz@yahoo.com adresinə müraciət edin.