Pomidorlu toyuq salatı



Ərzaqlar:



1 ədəd toyuğun döş əti

2 ədəd pomidor

1 balaca banka göy noxud

100-150 q pendir

2 yumurta

Mayonez

Duz


Hazırlanması:

Toyuğun döş ətini duz töküb suda bişiririk. Soyuduqdan sonra əlimizlə nazik uzun didirik.



Pendiri sürtgəcin böyük gözündən keçiririk.



Yumurtanı bişiririk. Soyuduqdan sonra uzun doğrayırıq.



Pomidoru 4 bölüb içini çıxardıb uzun doğrayırıq.



Yaşıl noxudu bankadan açıb yuyuruq. Bütün ərzaqları duz və mayonez töküb qarışdırırıq.



Zövqə görə bəzəyirik.



Nuş olsun!


OXŞAR YAZILAR
.Asan Sezar salatı
(4 nəfərlik) Ərzaqlar: 500 q toyuğun döş əti 100 q pendir 2 ədəd kahı 1/2 (yarım) çörək 1 diş sarımsaq 3 x.q zeytun yağı Duz İstiot Sosu üç
.Ananaslı toyuq salatı 2
Ərzaqlar: 5 ədəd konserv olunmuş ananas halqası 100 q pendir 200 q toyuğun döş əti 50 q qoz ləpəsi 4-5 x.q mayonez Duz Balaca dəstə şüyüd 1 əd
.Paytaxt salatından yolka
Ərzaqlar: 200 q ət 3 ədəd kartof 3 ədəd yumurta 2 ədəd kök (orta ölçülü) 2 ədəd tər xiyar(orta ölçülü) 2 ədəd turşu xiyar(orta ölçülü) 200 q gö
.Toyuqlu bibər salatı
Ərzaqlar: 3 ədəd rəngli bibər 2 ədəd təzə xiyar 1 ədəd toyuğun döş əti 1 ədəd kök Balaca dəstə şüyüd Duz İstiot Mayonez Hazırlanması: Tə
.Bibər salatı
Ərzaqlar: 3 ədəd rəngli bibər 1 ədəd toyuğun döş əti 1 ədəd kök Balaca dəstə cəfəri Duz İstiot 4-5 x.q duru yağ (zeytun yağı) Hazırlanması:
Şərh yaz
Adınız:
Email: saytda görsənməyəcək
Mətn
Kod gizli kod Yenilə
Kodu yaz

Şərhlər
Lale (19 iyun 2017 11:45)
birde ressept az bu salata maynezin yerine zeytun yagi ya bawqa bitki yagi qatmaq olarmi???
Lale (19 iyun 2017 11:25)
coox xaiw edirem deyerdiz pendi ne pendirdi ???

Bu saytdakı bütün reseptlər və üzərində resept.az logosu olan bütün şəkillər resept.az-a məxsusdur və heç bir halda izinsiz olaraq istifade edilə bilməz. Əlaqə üçün: reseptaz@yahoo.com adresinə müraciət edin.