Pomidor çığırtması



Ərzaqlar:



1 kq pomidor

4 ədəd baş soğan

6 ədəd yumurta

2 x.q əridilmiş kərə yağı

3-4 x.q zeytun yağı

Duz


Hazırlanması:

Soğanın qabığını soyub yuduqdan sonra xırda doğrayırıq.



Tavaya soğanı yağı töküb üstünə az duz səpib qızılı rəngdə olanadək qovururuq.



Pomidoru yuyub qabığını soyub xırda doğrayırıq.



Doğranmış pomidoru soğanın üstünə tökürük. Suyu çəkilib yağa düşənədək bişiririk.




Yumurtaları sındırıb üstünə duz töküb çalırıq və yeməyin üstünə əlavə edirik.




Yumurtanı tökən kimi qarışdırırıq ki, yumurta hər tərəfində eyni olsun. (Zövqə görə qarışdırmadan da bişirə bilərsiniz.)



Yemək bişib hazır olanda zövqə görə istəsəniz üstünə şüyüd ya da cəfəri xırda doğrayıb tökə bilərsiniz.




Nuş olsun!

OXŞAR YAZILAR
.Qozlu toyuq ruleti
Ərzaqlar: 350 q toyuğun döş əti 100 q kərə yağı 3 x.q duru yağ 50 q qoz ləpəsi 1 ədəd kök 2 diş sarımsaq 2 baş soğan Duz İstiot Hazırlanma
.Toyuq əti ilə pendirli blinçik.
(25 ədəd bilinçik üçün) Ərzaqlar: 25 ədəd hazır blinçik 300 q toyuğun döş əti 100 q pendir 1 baş soğan 3 x.q yağ Duz İstiot Hazırlanması: Bl
.Blinçik 4
(35 ədəd bilinçik üçün) Ərzaqlar: 3 st süd 3 ədəd yumurta 2 st un 1 x.q şəkər tozu 2 x.q duru yağ 1 ç.q duz Bişirmək üçün əlavə 5-6 x.q duru
.Pendir içlikli yumurta
Ərzaqlar: 4 ədəd yumurta 50q pendir 2 x.q mayonez 4-5 ədəd qoz ləpəsi 1 diş sarımsaq Nar dənəsi Cəfəri Hazırlanması Yumurtanı suda bişiri
.Blinçik 3
Ərzaqlar: (30 ədəd bilinçik üçün) 2,5 st süd 3 ədəd yumurta 1,5 st un 2 x.q şəkər tozu 2 x.q duru yağ 1 ç.q duz Bişirmək üçün əlavə 5-6 x.q du
Şərh yaz
Adınız:
Email: saytda görsənməyəcək
Mətn
Kod gizli kod Yenilə
Kodu yaz

Şərhlər
gulka (29 may 2016 10:32)
mende isteyirem
Reseptaz (23 iyun 2015 17:21)
sag olun
gunel (23 iyun 2015 16:01)
cox sagolun ellerinize saglik
Reseptaz (11 dekabr 2014 22:26)
Nuş olsun.
leyla (23 oktyabr 2014 19:20)
Mamiya diyecem elesin
Reseptaz (14 sentyabr 2014 11:17)
tesekkurler, cox sag olun
Gunel (14 sentyabr 2014 07:54)
Salam. Bu saytin yaradicisina oz minnetdarliqimi bildirirem,sayenizde cox gozel reseptlerle tanis olub hazirlayiram. Fealiyyetiniz davamli olsun her zaman. Amma bezen men sayta daxil ola bilmirem nedense acmir sehifeni
Reseptaz (26 avqust 2014 23:33)
İstəyinizə nəzərə alıb hazırlayıb qoyarıq. Təşəkkürlər.
mehrin (26 avqust 2014 16:22)
salam zehmet olmasa Lahmacunun resept

Bu saytdakı bütün reseptlər və üzərində resept.az logosu olan bütün şəkillər resept.az-a məxsusdur və heç bir halda izinsiz olaraq istifade edilə bilməz. Əlaqə üçün: reseptaz@yahoo.com adresinə müraciət edin.