Poğaça



(Türk mətbəxi)

Ərzaqlar:

Xəmir üçün:



3 st un

1 st süd

1/2 st duru yağ(qarğıdalı yağı)

1 paket quru maya(10q)

1ç.q şəkər tozu

1 ç.q duz

İçlik və üzü üçün:



200 q ağ pendir

1-2 x.q küncüt

1 ədəd yumurta sarısı


Hazırlanması:

Unu dərin bir qaba ələyib üstünə duz, şəkər tozu töküb qarışdırırıq.



Sonra yağı tökürük. Südü ilıq istidib yağın üstünə əlavə edib yumşaq xəmir yoğururuq.




Xəmiri 1-2 saat isti yerdə saxlayırıq acıyır.



Xəmiri 12 yerə bölüb kündəliyirik.



İçlik üçün pendiri çəngəl ilə əzirik ya da sürtgəcin böyük gözündən keçiririk.



Bir kündəni götürüb 0,5 sm qalınlıqda yayıb içinə içlikdən 1 ç.q qoyub şəkildəki kimi bükürük.





Bükülən tərəlta qoyub əlimiz ilə düzəliş veririk.



Soba qabına kağız sərib düzəltdiyimiz poğaçaları yığırıq.



Üzünə yumurta çəkib küncüt səpirik.



200 dərəcə qızdırılmış sobada 20-25 dəqiqəyə bişiririk.





Nuş olsun!


OXŞAR YAZILAR
.Yağlı xəmir ilə kartoflu piroq
Ərzaqlar: Kartof əzməsi, baxın:kartof əzmə 800 q yağlı xəmir. Zövqə görə şüyüd tökməyə də bilərsiniz. Üstü üçün: 1 ədəd yumurta Çörətotu Künc
.Poğaça 5
Ərzaqlar: Xəmir üçün: 100 q kərə yağı ½ st qatıq ½ st duru yağ 2 ədəd yumurta (bir ədəd üzü üçün sarısı saxlanılır) 1 paket qabartma tozu 1 ç
.Yağlı xəmir ilə səbzi qovurmalı qiyməli piroq
Ərzaqlar: 800 q yağlı xəmir 200 q hazır bişmiş qiymə 2 ədəd baş soğan 2 x.q əridilmiş kərə yağı Göyərti (cəfəri, ispanaq, keşniş, şüyüd) hərəsindən b
.Toyuq əti ilə pizza
(2 ədəd pizza üçün) Xəmir üçün Ərzaqlar: 3 x.q duru yağ 1 ç.q dolu duz 1 paket tez maya 1,5 st ilıq su 4 st ələnmiş un Üstü üçün:
.Pizza xəmiri
(2 ədəd pizza üçün) Ərzaqlar: 3 x.q duru yağ 1 ç.q dolu duz 1 paket tez maya 1,5 st ilıq su 4 st ələnmiş un Hazırlanması: Yağ, duz, maya v
Şərh yaz
Adınız:
Email: saytda görsənməyəcək
Mətn
Kod gizli kod Yenilə
Kodu yaz

Şərhlər
Reseptaz (16 yanvar 2016 10:06)
salam, bunlar ferqli reseptlerdir, hem dadi hem kopmesi ferqli olur. heresi ozunemexsus olur.
seadet (15 yanvar 2016 18:12)
Salam.o biri pogaca mayasiz hazirlanir.bu ise maya ile.bunun nese ferqi var? Dadinda ozunu buruze verir?
ayan (05 iyun 2015 14:37)
Salam.bişirdim cox dadlidi.dadli reseptlere gore teşekkur edirem.
Aide (06 fevral 2015 12:17)
20 yasim
Reseptaz (09 sentyabr 2014 22:03)
Təşəkkürlər.
gunes (09 sentyabr 2014 21:03)
super
Reseptaz (19 avqust 2014 12:32)
Nuş olsun. Təşəkkür edirik.
Shefeq (26 iyun 2014 12:11)
cox sag olun,dunen axsam bisirdim cox yaxsi alindi.
Ülviyyə (25 iyun 2014 19:41)
visneli piroq
Ülviyyə (25 iyun 2014 19:40)
sirniyyat

Bu saytdakı bütün reseptlər və üzərində resept.az logosu olan bütün şəkillər resept.az-a məxsusdur və heç bir halda izinsiz olaraq istifade edilə bilməz. Əlaqə üçün: reseptaz@yahoo.com adresinə müraciət edin.