Poğaça-4



Ərzaqlar:

Xəmir üçün:



1/2 st duru yağ (qarğıdalı ya da zeytun)

1/2 st qatıq

2 ədəd yumurta(bir yumurtanın sarısı üz üçün saxlanılır)

125 q kərə yağı

1 paket qabartma tozu

1 ç.q duz

4 st un

Üz üçün:

1 ədəd yumurta sarısı

Küncüt ya da çörəkotu

İçlik (Zövqə görə istədiyiniz içliyi qoya bilərsiniz)

Hazır bişirilmiş qiymə

Kartof əzmaəsi

Ağ pendir


Hazırlanması:

Dərin bir qab götürüb kərə yağını əridib qaba tökürük. Üstünə duru yağı, qatığı yumurtanın birinin sarısını saxlayıb qalanın, duzu və qabartma tozunu töküb qarışdırırıq.



Sonra unu az-az töküb qarışdırırıq.



Əlimizlə yumşaq xəmir düzəldirik.



Xəmiri 15 yerə bölüb kündəliyirik.



Kündənin birini götürüb 0,5 sm qalınlıqda yayıb içlikdən 1 ç.q qoyub bübürük. Sonra ağzı aşağı çeviririk. Bu şəkildə hamısını düzəldirik.






Qaba kağız sərib hazırladığımız poğaçaları yığırıq.



Üzünə yumurta çəkib çörək otu ya da küncüt səpirik.



190-200 dərəcədə qızdırılmış sobada üzü qızaranadək bişiririk.




Nuş olsun!

OXŞAR YAZILAR
.Boxça blinçik - toyuq əti və yumarta ilə.
Ərzaqlar: 300 q toyuğun döş əti 2 ədəd yumurta 2 baş soğan 3 x.q yağ Duz İstiot Zövqə görə balaca dəstə şüyüd ya da cəfəri Bağlamaq üçün göy s
.Yağlı xəmir ilə nutellalı gül 2
Ərzaqlar: Yağlı xəmir Nutella Üzü üçün yumurta Hazırlanması: Böyük ölçülü yağlı xəmiri uzununa iki yerə bölürük. Sonra hər birinə
.Yağlı xəmir ilə qiyməli kökə 2
Ərzaqlar: 10 ədəd kvadrat yağlı xəmir 250 q hazır bişmiş qiymə 100 q kaşar ya da holland pendiri Üzünə çəkmək üçün 1 ədəd yumurta Üzünə səp
.Kartoflu gül börək 2
Ərzaqlar: 4 ədəd hazır börək yuxası 4-5 ədəd kartof 2 ədəd baş soğan 1/2 st duru yağ(qarğıdalı ya zeytun) 1 st süd 1 x.q əridilmiş kərə yağı 1
.Yağlı xəmir ilə qiyməli kökə
Ərzaqlar: Yağlı xəmir Hazır bişmiş qiymə Üzü üçün yumurta Çörəkotu Küncüt Hazırlanması: Kvadrat şəklində olan yağlı xəmiri şəkildəki kimi
Şərh yaz
Adınız:
Email: saytda görsənməyəcək
Mətn
Kod gizli kod Yenilə
Kodu yaz

Şərhlər
Seva (04 fevral 2016 16:25)
Sirniyatlar
Fidan (20 yanvar 2016 11:32)
Cox gozel yemekdir
nergiz (11 sentyabr 2015 13:11)
bu berk cixir bisirdim yoxladim. meslehet deyil. droj qatilsa yaxsidi.
nergiz (11 sentyabr 2015 13:08)
bu resept kopya etli piroq reseptidi.
gunay (21 avqust 2015 11:52)
iclik sirin neyse ola biler
Aydan (14 iyul 2015 14:31)
cox qewengdi twk resept.az
Reseptaz (12 aprel 2015 01:51)
salam, bir kunde bir pogaca olur.
shebnem (11 aprel 2015 13:49)
Salam. Cox sagolun reseptlere gore. Sualim var bir kunde bir pogaca alinir yoxsa kunde 2yere bolub edirik? Kunde iri gorsenir ona gore sorusdum :) bisirmek istyrem .:) ellernize sagliq
Reseptaz (11 yanvar 2015 19:57)
Çox sağ olun. Nuş olsun.
PERI (11 yanvar 2015 16:03)
coox beyendim.yoxlayacam.tesekkurler resept.az.
Reseptaz (30 dekabr 2014 18:31)
Yox saxlanmır. Nuş olsun.
melek (30 dekabr 2014 14:21)
Bes xemiri kundede saxlamrg?
Reseptaz (22 dekabr 2014 22:56)
nuş olsun.
diana (19 dekabr 2014 12:56)
hazirladim cox dadlidi,qiyma ve ya qozlu iclikle cox gozel alindi.tewekurler
Reseptaz (15 dekabr 2014 22:54)
Salam. Düzdü yağlı xəmir olur. Amma qatqat yağlı xəmi kimi olmur. Yumçaq xəmir olur. Bişəmdı ağızda ovulur. Görsəmiz ki çox yumşaqdır Əlavə un töküb xəmiri düzəldı bilırsinuz. Nuş olshn.
gulzar (15 dekabr 2014 01:10)
alınmadı .bir az məyus oldum. yağlı bir xəmir alındı bişəndə ovuldu . nə bilim :/sanki ev şəratində hazırlanan amma alınmayan yağlı xəmirə bənzədi .çünki yağlı xəmir məndə alınmır bu poğaçanın dadı ona bənzədi nədənsə...nəysə təşəkkürlər reseptə görə.
Reseptaz (12 dekabr 2014 21:42)
Təşəkkürlər.
Peri (12 dekabr 2014 20:53)
Cok lezetli gorunur.Ellerinize saglik
nermin (12 dekabr 2014 17:13)
Ela.elinize sagliq.
Reseptaz (11 dekabr 2014 22:05)
Təşəkkürlər.
mah (11 dekabr 2014 19:02)
super gorsenirler.ellerinize sagliq!

Bu saytdakı bütün reseptlər və üzərində resept.az logosu olan bütün şəkillər resept.az-a məxsusdur və heç bir halda izinsiz olaraq istifade edilə bilməz. Əlaqə üçün: reseptaz@yahoo.com adresinə müraciət edin.