Poğaça-3



Ərzaqlar:



1 st qatıq

1/2 st duru yağ

125 q kərə yağı

2 ədəd yumurta(1 yumurta sarısı üzü üçün saxlanılır)

1 paket qabartma tozu

1/2 ç.q duz

4,5 st un

İçlik üçün:

250 q ağ pendir

Bir balaca dəstə cəfəri

Üz üçün:

1 ədəd yumurta sarısı

1 x.q çörəkotu


Hazırlanması:

İçlik üçün pendiri çəngəl ilə əzirik və üstünə təmizlənib yuyulmuş cəfərini xırda doğrayıb töküb qarışdırırıq.İçliyimiz hazırdı.

Dərin bir qaba yumşaq kərə yağını, duru yağı, qatığı, duzu, qabartma tozunu və yumurtanı töküb qarışdırırıq. Sonra üstünə az-az un töküb qarışdırıb sonra əlimiz ilə yumşaq xəmir düzəldirik.




Xəmirdən 24 ədəd kündə düzəldirik.



Kündənin birini götürüb əlimiz ilə uzunsov yayırıq.



İçlikdən 1 x.q qoyub bükürük. Bükülən tərəfi alta olmaqla soba qabına kağız səpib yığırıq.




Bu şəkildə hamısını düzəldirik.



Üzünə yumurta çəkib çörəkotu səpirik.



190-200 dərəcə qızdırılmış sobada üzü qızaranadək bişiririk.



Nuş olsun!

OXŞAR YAZILAR
.Yağlı xəmir ilə qiyməli piroq
Ərzaqlar: 350 q çəkilmiş ət 2 baş soğan Duz İstiot 2 x.q əridilmiş kərə yağı 800 q yağlı xəmir (hazır napoleon üçün xəmir) Üzü üçün: 1 ə
.Yağlı xəmir ilə nutellalı gül 2
Ərzaqlar: Yağlı xəmir Nutella Üzü üçün yumurta Hazırlanması: Böyük ölçülü yağlı xəmiri uzununa iki yerə bölürük. Sonra hər birinə
.Yağlı xəmir ilə qiyməli kökə 2
Ərzaqlar: 10 ədəd kvadrat yağlı xəmir 250 q hazır bişmiş qiymə 100 q kaşar ya da holland pendiri Üzünə çəkmək üçün 1 ədəd yumurta Üzünə səp
.Kartoflu gül börək 2
Ərzaqlar: 4 ədəd hazır börək yuxası 4-5 ədəd kartof 2 ədəd baş soğan 1/2 st duru yağ(qarğıdalı ya zeytun) 1 st süd 1 x.q əridilmiş kərə yağı 1
.Yağlı xəmir ilə qiyməli kökə
Ərzaqlar: Yağlı xəmir Hazır bişmiş qiymə Üzü üçün yumurta Çörəkotu Küncüt Hazırlanması: Kvadrat şəklində olan yağlı xəmiri şəkildəki kimi
Şərh yaz
Adınız:
Email: saytda görsənməyəcək
Mətn
Kod gizli kod Yenilə
Kodu yaz

Şərhlər
Reseptaz (15 yanvar 2016 09:29)
el ile daha rahat olur
Reseptaz (15 yanvar 2016 09:29)
nus olsun, cox sag olun
no name (14 yanvar 2016 19:31)
Salam. Cox gozel cixdi pogacalar. Teshekkur edirem
no name (14 yanvar 2016 18:14)
Kündeleri oxlovla yaymaq olmaz? Yalniz elle? Sebebini bilmek olar?
Reseptaz (16 aprel 2015 20:26)
Təşəkkür edirəm,nuş olsun.
sevinc (14 aprel 2015 13:12)
cox xosuma geldi.bugun mutleq bisirecem.dadlida gorsenir
Reseptaz (09 sentyabr 2014 23:13)
İçlik kimi qiymə, kartof püresi, kələm qovurması və s. istifadə edə bilərsiniz. Tezliklə qiyməli olan resepti sayıtımıza yerləşdirəcəyik. Təşəkkürlər.
denizmemmedzade (31 avqust 2014 01:16)
coox beyendim mutleq biwirecem
Boqinya (Ilahe) (27 avqust 2014 14:42)
Salam,men pendirle biwirdim,dadli cixmiwdi.Sualim ise beledi-iclik kimi pendirden bawqa neden istifade etmek olar? Oxudugunuz ucun tewekkurler
Nur (27 avqust 2014 12:47)
aha qasiqla eledim sora da el ile yogurdum
qeseng alindi
tesekkurler
Reseptaz (26 avqust 2014 23:32)
Çalınmalı heç nə yoxdur. Sadəcə qaşıqla qarışdırırı.Təşəkkürlər.
Boqinya (26 avqust 2014 19:25)
Seherler hec iwtaham olmur,bu ise seherler ucun eladir.tewekkur edirem.Resepti yazdim,baxim da mende de alinirmi,xemir iwi biraz cetin meseledir))))
leman (26 avqust 2014 15:12)
Nur yeqin qawiq olar qawiqla gosterilib
Nur (26 avqust 2014 15:03)
salam. mikserle caliriq yoxsa qasiqla?
Reseptaz (22 avqust 2014 12:05)
Nuş olsun.
jale (21 avqust 2014 22:32)
Birinci defediki bunu bisirirem, eladi evdekilerde beyenib,esasda usaqlar
Reseptaz (16 avqust 2014 19:20)
Salam.Xımirin içində qabartma tozu var.Mayadan istifadə edilmir.Təşəkkürlər.
coni (10 avqust 2014 19:39)
bes hazirlanmiw pogacalari biwirmeden once mayalandirmiriq?

Bu saytdakı bütün reseptlər və üzərində resept.az logosu olan bütün şəkillər resept.az-a məxsusdur və heç bir halda izinsiz olaraq istifade edilə bilməz. Əlaqə üçün: reseptaz@yahoo.com adresinə müraciət edin.