Pirojki



Ərzaqlar:



5 st un

4 x.q duru.yağ

2 x.q şəkər tozu

1 st süd

4 yumurta

1ç.q quru maya

1 ç.q duz

İç üçün:



8 ədəd kartof

3 ədəd baş soğan

1 balaca dəstə şüyüd

Duz

Istiot

Qızartmaq üçün duru yağ


Hazırlanması:

Mayanı az ilıq südlə qarışdırıb 10-15 dəqiqə saxlayırıq köpür.



Unu ələyib üstünə bütün ərzaqları əlavə edib yumşaq xəmir yoğururuq.





Xəmiri 2 saat acımağa qoyuruq.



İçlik üçün kartofu suda bişirib qabığını soyub əzirik. Söğanın qabığını soyub yuduqdan sonra yağda qızılı rəngdə olanadək qovururuq. Qovrulmuş soğanı kartofa əlavə edib duz və istiot töküb qarışdırırıq. Zövqə görə şüyüdü də təmizləyib yuduqdan sonra xırda doğrayıb içliyə əlavə edib qarışdırırıq. İçliyimiz hazırdır.



Xəmirdən balaca kündələr düzəldirik.



Bir kündəni götürüb un səpib oxlovla uzunsov yayırıq.



İçlikdən qoyub yanlarını bərkidirik.





Xəmirin hamısını bu şəkildə düzəldirik.



Qızmar bol yağda hər iki üzünü qızardırıq.







Nuş olsun!


OXŞAR YAZILAR
.Yağlı xəmir ilə kartoflu piroq
Ərzaqlar: Kartof əzməsi, baxın:kartof əzmə 800 q yağlı xəmir. Zövqə görə şüyüd tökməyə də bilərsiniz. Üstü üçün: 1 ədəd yumurta Çörətotu Künc
.Poğaça 5
Ərzaqlar: Xəmir üçün: 100 q kərə yağı ½ st qatıq ½ st duru yağ 2 ədəd yumurta (bir ədəd üzü üçün sarısı saxlanılır) 1 paket qabartma tozu 1 ç
.Yağlı xəmir ilə səbzi qovurmalı qiyməli piroq
Ərzaqlar: 800 q yağlı xəmir 200 q hazır bişmiş qiymə 2 ədəd baş soğan 2 x.q əridilmiş kərə yağı Göyərti (cəfəri, ispanaq, keşniş, şüyüd) hərəsindən b
.Toyuq əti ilə pizza
(2 ədəd pizza üçün) Xəmir üçün Ərzaqlar: 3 x.q duru yağ 1 ç.q dolu duz 1 paket tez maya 1,5 st ilıq su 4 st ələnmiş un Üstü üçün:
.Pizza xəmiri
(2 ədəd pizza üçün) Ərzaqlar: 3 x.q duru yağ 1 ç.q dolu duz 1 paket tez maya 1,5 st ilıq su 4 st ələnmiş un Hazırlanması: Yağ, duz, maya v
Şərh yaz
Adınız:
Email: saytda görsənməyəcək
Mətn
Kod gizli kod Yenilə
Kodu yaz

Şərhlər
Sevda (07 mart 2017 22:39)
Cox gozeldir
Xuraman (27 noyabr 2016 11:42)
Cox gozel reseptdi.eledim super cixdi. Umumiyyetle resept.az da hersheyin terifi cox duzgun ve mukemmel verilib.men demek olar hergun istifade edirem ve cox razi qaliram.teshekkurler
Reseptaz (09 noyabr 2016 09:46)
Salam, olar.
Jale (08 noyabr 2016 14:17)
Suyud qatmasam olar
Jale (08 noyabr 2016 14:15)
Cox gozeldir TESEKKUR EDIREM
Nnezrin (21 avqust 2016 16:00)
Menim elediyim maya niye kopmur??(( eynen burdaki kimi elemisem
serife (03 iyul 2016 16:01)
Cox gozel mende perasqi xemirinin hazrlanmasin axdarirdim cox sag olun
Reseptaz (14 sentyabr 2015 22:00)
Günel xanım bu qayda ilə bişiribsiniz? reseptdeki kimi etseniz acilmamalidir.
Reseptaz (14 sentyabr 2015 21:58)
nuş olsun.
lamiye (14 sentyabr 2015 18:35)
hmmmmm dadlidi
jale (14 sentyabr 2015 01:22)
Dadli perawkiye oxwuyur ellerinize sagliq birde sizden acikanin hazirlanma qaydasini istiyirem(eger zehmet deyilem)birde xaiwim var sizden resepti bu yaxin zamanlarda duzeldesiz cunkii bezi reseptler demiwik size helede duzeltmemisiz
Nilay (13 may 2015 01:17)
salam pirojkini çoox sevirəm bu da superdi bomba!!
Nura (03 may 2015 20:01)
Gunel xanim yeqin perajkinin agzini yaxsi bukmursuz ona gore acilir:)))))))))))))))))
Gunel (03 may 2015 15:53)
biz beraskini ne vaxt bisiririk acilir hemde yumusaq olmur neyleye bilerik acilmasin
Reseptaz (16 aprel 2015 20:33)
Nuş olsun. Təşəkkür edirəm.
Nigar (16 aprel 2015 19:45)
Ela alindi...Ellerinize sağliq....
Reseptaz (05 fevral 2015 21:11)
Süd ilə yoğursanız yaxşı olar. Nuş olsun.
lalə (05 fevral 2015 14:39)
Süd yerine qatiq vurmaq olar?
Reseptaz (22 yanvar 2015 20:33)
Salam.
zeyneb (19 yanvar 2015 16:15)
Salam
Reseptaz (11 yanvar 2015 19:57)
Nuş olsun.
PERI (11 yanvar 2015 16:10)
eladi.yeqin ki,yumusaq olar.?
Reseptaz (07 yanvar 2015 21:39)
Çox sağ olun. Nuş olsun.
SMZM (06 yanvar 2015 02:58)
Pirojkini cooooxxx xoslayiram,tesekkur resepte gore
Reseptaz (17 dekabr 2014 22:32)
Salam. Müxtəlif reseptlər var. Bu da onlardan biridir. Necı istəyirsiniz bişirin. Nuş olsun,
ulker (16 dekabr 2014 00:57)
Bele olanda bisende kopur peraskiler yumsag olur? Ele bil yumurta coxduye 4eded men bilmirem saba bisirecem xais edirem cvb yazardiz
Reseptaz (04 dekabr 2014 23:11)
təşəkkürlər. Nuş olsun.
Ayka (26 noyabr 2014 13:58)
Heqiqeten eladi
Reseptaz (09 sentyabr 2014 22:08)
Nəzərə alarıq. Təşəkkürlər.
inci (07 sentyabr 2014 15:30)
men bunun yaninda acika da eledim. onunla cox dadli oldu. acikanin reseptin isteyen yazsinnnn cox dadli olurrrr
inci (07 sentyabr 2014 11:50)
cox gozellll
Reseptaz (19 avqust 2014 12:37)
21-25 arası olur. Nuş olsun.Təşəkkürlər.
Səadət (01 may 2014 16:15)
Xanım bu reseptlə təxminən nə qədər peraşki cıxır?
Aywen (01 aprel 2014 14:19)
Cox gozel mende hazirladim indi dadlidi her kese hazirlamagi mesleh gorerdim
Reseptaz (12 mart 2014 22:41)
Vüsalə xanım nə öyrənmək istəyirsiniz?
vusale (20 fevral 2014 02:10)
men vusale yılmaz yemeklerle ılgılı oyrenmek ısteyırem
Reseptaz (08 fevral 2014 22:13)
Çox sağ olun.Təşəkkür edirik.
gulnare (05 fevral 2014 11:28)
əla
Reseptaz (04 fevral 2014 22:42)
təşəkker edirik.
fira (09 yanvar 2014 09:39)
elaaaa

Bu saytdakı bütün reseptlər və üzərində resept.az logosu olan bütün şəkillər resept.az-a məxsusdur və heç bir halda izinsiz olaraq istifade edilə bilməz. Əlaqə üçün: reseptaz@yahoo.com adresinə müraciət edin.