Pelmeni



Ərzaqlar:

Xəmir üçün:



3 stun

2 ədəd yumurta

1x.q duru yağ

1/2 ç.q duz

1 st ilıq su

Bişirmək üçün:

Su və duz

İçlik üçün:



300-350 q toyuq əti

1 ədəd baş soğan

1 ç.q sumax

Duz

Istiot

Üstü üçün:

Zövqə görə nücə istəsəniz hazırlaya bilərsiniz.



2x.q pomidor məti (tomat)

100 q kərə yağı

2 diş sarımsaq

Duz

Istiot

Az su


Hazırlanması:

Xəmir üçün ərzaqları bir qaba töküb qarışdırırıq.



Sonra əlimizlə normal xəmir yoğururuq.



Xəmiri 4 yerə bölüb kündəliyirik.



İçliyi hazırlamaq üçün əti yuyub quruyqlıb ət maşınından iki dəfə soğanla keçiririk. Sonra üstünə duz və istiot töküb zövqə görə sumaq əlavə edib yaxşı qarışdırırıq.



Üstü üçün şirəni hazırlamaq üçün yağı tavada əridib sarımsağı xırda doğrayıb ya da sarımsaq əzəndən keçirib yağda az qovururuq. Sonra üstünə pamidor mətini əlavə edirik. 2-3 dəqiqə qovurub az su töküb duz və istiotunu əlavə edirik . 2-3 dəqiqə qaynadıb götürürük. (Zövqə görə üstünə ketçap, sarımsaqlı qatıq, və s tökə bilərsiniz)



Kündənin birini götürüb un səpib nazik olmayan (az qalın) yuxa yayırıq.




Diametri 3 sm olan dairələr kəsirik.



Kəsilən dairələrin içinə ət qoyub bükürük.





Hamsını bu şəkildə bükdükdən sonra qazanda su qoyub qaynadırıq. Suya duz tökürük. Bükdüyümüz pelemeniləri suya töküb bişirib süzürük.




Qablara yığıb üstünə hazırladığımız şirədən töküb süfrəyə veririk. Yanında sarımsaqlı qatıq qoyuruq.



Nuş olsun!


OXŞAR YAZILAR
.Yumşaq ət kotleti
Ərzaqlar: 500 q çəkilmiş ət 1 ədəd baş soğan 4 x.q suxarı ½ st su 2 x.q duru yağ 1/3 limon suyu Duz İstiot Ç.q ucunda sarıkök 1 ç.q nan
.Toyuq kotleti
Ərzaqlar: 500 q toyuğun döş əti 100 qr quyruq 1 ədəd baş soğan 3 x.q suxarı 1/3 st su 1 x.q duru yağ Ç.q ucunda sarıkök Duz İstiot Qızartma
.Kiyev kotleti 2
Ərzaqlar: 600 q toyuğun döş əti 100 q kərə yağı Duz İstiot 2 ədəd yumurta 5-6 x.q un 8-9 x.q suxarı Qızartmağa duru yağ Hazırlanması:
.Qovurmalı əriştə plovu
Ərzaqlar: 500 q xırda doğranmış quzu əti 100-150 q quyruq 2 ədəd yuxanın əriştəsi 3 st düyü 4 ədəd baş soğan 4 x.q əridilmiş kərə yağı Duz İst
.Tənbəl mantısı
Ərzaqlar: (4 nəfər üçün) Xəmir üçün: 3 st un 1 st su 1 ədəd yumurta 1 ç.q duz Yuxaları yaymaq üçün əlavə un İçlik üçün: 250 q çəkilmiş ət
Şərh yaz
Adınız:
Email: saytda görsənməyəcək
Mətn
Kod gizli kod Yenilə
Kodu yaz

Şərhlər
Reseptaz (05 oktyabr 2015 09:37)
nus olsun
lale (04 oktyabr 2015 20:24)
hepsi cok guzel
Bahar Əlizadə (05 may 2015 22:07)
Salam ok!!!!!!
Reseptaz (05 may 2015 22:03)
Təşəkkür edirik. Nuş olsun.
aysel (29 aprel 2015 18:24)
Gozel gorunur mende hazirlamaqi cox istedim ele indice gedib hazirlayiram
Reseptaz (15 fevral 2015 22:24)
Nuş olsun.
Vəfa (06 fevral 2015 22:40)
Pelmenini mən də hazırlayıram. Ancaq bizim ailədə onu mayonez və ya şirin ketçupla yeyirler.
Reseptaz (05 fevral 2015 20:08)
Hamınıza nuş olsun. içlik qoyun əti toyuq əti nə ustəsəniz qoya bilərdiniz. Çox ağ olun.
Ilahe (03 fevral 2015 19:17)
Axwaminiz xeyir,bu gun bizde bayramdi,mama indi pelmeni biwirecek))))))))))))))))))
Naval (03 fevral 2015 00:34)
SALAM XANIMLAR ESLINDE PELMENI RUS METBEXINE AITDIR . AMMA ETLISIDE OLUR MEN OZUM EVDE HAZIRLAYIRAM COX DADLI OLUR .TESEKKURLER
Ilahe (02 fevral 2015 20:23)
Salam,mence de qiyme ile olsa dadi daha gozel olar.
Men mamaya deyecem bundan mutleq biwirsin,men yuxa yaymagi o qeder de gozel bacarmiram,ama yavaw-yavaw oyrenirem,
Sizin resepte ise soz ola bilmez,men bu yemek reseptini ilk defe sizin saytda oxudum,tewekkurler,ellerinize sagliq,ela alinib.helelik
PERI (02 fevral 2015 16:03)
mence ele qiyme ile ela olar.superdi.ellerinize sagliq.
mah (01 fevral 2015 23:39)
ellerinize sagliq!hemiseki kimi super.Toyuq eti yerie qiyme(qoyun et) istifade etmek olarmi?

Bu saytdakı bütün reseptlər və üzərində resept.az logosu olan bütün şəkillər resept.az-a məxsusdur və heç bir halda izinsiz olaraq istifade edilə bilməz. Əlaqə üçün: reseptaz@yahoo.com adresinə müraciət edin.