Paytaxt keksi



Ərzaqlar:



3 ədəd yumurta

175 q kərə yağı

3/4 st şəkər tozu

1,5 st un

1 st qara tumsuz kişmiş

1 paket vanil

1 paket qabartma tozu


Hazırlanması:

Yumşaq kərə yağı ilə şəkər tozunu mikserlə çalırıq.



Sonra yumurtanı əlavə edib çalırıq.



Vanili əlavə edib çalırıq.



Kişmişi yuyub solfet ilə qurulayıb üstünə undan 1 x.q töküb qarışdırırıq.



Kişmişi qarışığa əlavə edib mikserlə aşağı sürətlə çalırıq.



Ələnmiş unu və qabartma tozunu töküb yenə tam qarışanadək mikserlə aşağı sürətlə çalırıq.



Qabı kərə yağı ilə yağlayıb un səpib xəmiri tökürük.





170 dərəcə qızdırılmış sobada 45 dəqiqəyə bişiririk.



Tam soyuduqdan sonra zövqə görə istəsəniz üstünə şəkər kirşanı səpə bilərsiniz.



Nuş olsun!


OXŞAR YAZILAR
.Çizkek
Ərzaqlar: Alt qatı üçün: 1,5 paket eti petit beurre 150 q kərə yağı İçliyi üçün: 600 qr labinə pendir 400 qr krem qaymaq 3 x.q un 3 ədəd yum
.Moruqlu tort 2
Ərzaqlar: Biskvit üçün: 12 ədəd yumurta 2 st şəkər tozu 2 st un 2 paket vanil Krem üçün: 200 qr pəhriz kəsmik 1 st şəkər tozu 200 q krem qaymaq
.Kəsmikli piroq 6
Ərzaqlar: Ovxantı üçün: 2,5 st un 200 qr yağ 1/2 st (yarım st.) şəkər tozu 1 paket vanil 1 paket qabartma tozu İçliyi üçün: 400 q pəhriz kəs
.Türk paxlavası
(Türk mətbəxi) Ərzaqlar: 20 ədəd paxlavalıq yuxa 250 q kərə yağı 2 st çəkilmiş qoz ya da fındıq ləpəsi Şərbət üçün 2 st su 2 st şəkər t
.Laz börəyi
(Türk mətbəxi) Ərzaqlar: 12 ədəd paxlavalıq yuxa 150 q kərə yağı Mühəlləbisi üçün: 1 ədəd yumurta sarısı 2 x.q un 2 x.q buğda nişastası
Şərh yaz
Adınız:
Email: saytda görsənməyəcək
Mətn
Kod gizli kod Yenilə
Kodu yaz

Şərhlər
Reseptaz (05 may 2015 22:29)
Yaxşı alınacaq. Nuş olsun.
Bahar Əlizadə (05 may 2015 21:42)
Salam yaxşı görünür... Məndə həmçinin kişmişi elə də sevmirəm.. Tərkibinə qoz qatsam necə alınar?
Reseptaz (05 may 2015 21:36)
Salam. Olar. Nuş olsun.
turkana (22 aprel 2015 20:30)
gewey gorunur mutleq dadida yaxwidi ama kiwmiw olmasa olar ?kiwmiwi coxda beyenmirem indiden tsehkkur
Reseptaz (17 noyabr 2014 22:19)
Salam. Nuş olsun.
Irade (30 sentyabr 2014 15:20)
Bu keksi etdim beyendim.mende Reseptlerimi yerlewdirecem
Irade (30 sentyabr 2014 11:44)
Artiq tez tez bu sayta muraciet edecem
Irade (30 sentyabr 2014 11:43)
Cox beyendim.hazirlayacam bugun.bu sayti da cox sevdim hemcinin
fidan (07 sentyabr 2014 11:27)
çox xoşuma gəldi mütləq hazırlayacam
Reseptaz (01 iyul 2014 09:43)
tesekkurler, nush olsun
Vəfa (30 iyun 2014 22:14)
Mənim həm də şokoladdan hazırlanmış bəzəklər çox xoşuma gəldi. Mən bu saytı çox sevdim.
Vəfa (30 iyun 2014 22:10)
Mən həmçinin kiçik qablarda keksləri də hazırlamışam. Yaxşı alınır. Bu gün evdə qardaşımın oğlu üçün ad günü tortu bişirmişəm. Onun 9 yaşı tamam olur.
Vəfa (30 iyun 2014 22:06)
Mən bu keksi hazırlamışam. Çox əla alınır.
Reseptaz (27 iyun 2014 00:14)
Gunel Xanım, olar başqa qabda da bişire bilersiniz.
Nazlı Xanım, buyurun soruşun.
Gunel (26 iyun 2014 14:29)
Başqa qabda bişirsek olmaz?
Nazlı (23 iyun 2014 18:45)
Birşey soruşmaq isteyirem ama utanıram =)
Reseptaz (21 iyun 2014 14:47)
tesekkurler, sag olun..
renarin (21 iyun 2014 12:42)
1 ildi bu kek qabının qırmızısından almışdım. uygun reseptim yoxdu. vallah hisabet oldu)) teşekkür ederim.
Reseptaz (20 iyun 2014 17:12)
Salam. Diger kişmişde olar. Zövqe göre. Normal keks qabında da bişirebilersiniz. Ancaq bu deyişikleri etdiyinizde bu çevrilir adi kekse Paytaxt keksi olmur. :)
mah (20 iyun 2014 16:57)
salam!kishmisiz olmaz?ancaq bele kek qabinda bisire bilerik?menim bele kek qabim yoxdu.cavablandirsaniz cox sevinerem.cox sag olun!

Bu saytdakı bütün reseptlər və üzərində resept.az logosu olan bütün şəkillər resept.az-a məxsusdur və heç bir halda izinsiz olaraq istifade edilə bilməz. Əlaqə üçün: reseptaz@yahoo.com adresinə müraciət edin.