Paxlava yuxası



Ərzaqlar:



1 kq un

3 ədəd yumurta

25 q kərə yağı

1 ç.q duz

1 ç.q limon suyu

1,5 st ilıq su

Yuxanı yaymaq üçün:

200 q buğda nişastası.

Hazırlanması:

Unu bir qaba ələyib urtasını açırıq.

Ortasına yumurta, limon suyu, kərə yağı,(əridib ilıq olanda tökürük)və su töküb üstünə duzu səpirik.



Qarışdırırıq və əlimiz ilə bərk xəmir yoğururuq. Xəmirin üstünə nəm dəsmal qoyub 20-30 dəqiqə saxlayırıq.



Sonra xəmirdən 20 ədəd kündə düzəldirik. Yenidən kündələrin üstünü nəm dəsmalla örtüb 20-30 dəqiqə saxlayırıq.



Sonra oxlov vasitəsi ilə nişasta töküb nazik yuxa yayırıq.

Bacardığınız qədər nazik açın.






Açılmış yuxaları istədiyiniz türk paxlavalarında istifadə edə bilərsiniz.

Nuş olsun!

OXŞAR YAZILAR
.Kakaolu krem 2
Ərzaqlar: 3 x.q kakao 200 q kərə yağı 1 qutu qatılaşdırılmış süd 1 paket vanil Hazırlanması: Yağı ağaranadək mikserlə çalırıq. Sonra qatı
.Od Çərşənbəsi
Boz ayda qeyd edilən ikinci çərşənbə - Od çərşənbəsidir. Azərbaycanlıların qədim bayramlarından biri olan Novruz yaradılışın mərhələlərini əks etdirən dörd
.Qaymaqlı krem 2
Ərzaqlar: 500 q qaymaq (33%-li) 4 x.q şəkər pudrası 1 paket vanil Hazırlanması: Qaymağı qaba töküb mikserlə qatı olanadək çalırıq. Sonra van
.Xamalı biskvit
Ərzaqlar: 200 q xama 6 ədəd yumurta 1 st şəkər tozu 1 st un 1 paket vanil 1 paket qabartma tozu Zövqə görə xəmirə limon qabığı tökə bilərsiniz.
.Bulka xəmiri
Ərzaqlar: (35-40 bulka alınır) 200 qr kərə yağı 2,5 st süd 3 ədəd yumurta(2 sarısı üzünə) 3/4 st şəkər tozu 3/4 ç.q duz 1 paket tez maya1 paket
Şərh yaz
Adınız:
Email: saytda görsənməyəcək
Mətn
Kod gizli kod Yenilə
Kodu yaz

Şərhlər
coni (23 mart 2016 18:36)
xemir iwlerinde kartof ve ya qargidali niwastasindan istifade etmek olarmi? Cunki marketlerde bugda niwastasina hec zaman rast gelmemiwem.

Bu saytdakı bütün reseptlər və üzərində resept.az logosu olan bütün şəkillər resept.az-a məxsusdur və heç bir halda izinsiz olaraq istifade edilə bilməz. Əlaqə üçün: reseptaz@yahoo.com adresinə müraciət edin.