Noxudlu düşbərə



Azərbaycanın milli xörəklərindən biridir.

Ərzaqlar:



250-300 q çəkilmiş qoyun əti

1/2 st noxud

1 baş soğan

1/3 ç.q sarıkök

1 x.q nanə qurusu (ya da təzə keşniş)

Duz

Istiot

3-3,5 l su ya da ət suyu

Xəmir üçün:

2 st un

1/3 ç.q duz

1 ədəd yumurta

1/2 st ilıq su

Yuxanı yaymaq üçün əlavə 2-3 x.q un


Hazırlanması:

Noxudu qabaqcadan islağa qoyub sonra adi qaydada suda bişirib qabığını təmizləyirik.

Soğanın qabığını soyub yuduqdan sonra ət maşınından ətlə bərabər keçiririk. Ətə duz, istiot və sarıkök vurub yaxşı qarışdırırıq.



Ələnmiş una yumurta, duz və ilıq suyu töküb normal xəmir yoğururuq.



Xəmirdən iki kündə düzəldirik.



Kündənin birini götürüb az un səpib nazik yuxa yayırıq.



Yuxanı 2x2 sm enində kəsirik.



Hər balaca kvadrata az ət qoyuruq.



Birini əlimizə alıb kvadratı uç-uca sonra isə yanlarını birləşdiririk.



Bu şəkildə iki yuxanın ikisini də yayıb kəsib bükürük. Düşbərələri bükdükdə zövqə görə un vura bilərsiniz. Un vurduqda suyu bulanıq və qatı olur.



Suyu ya da ət suyu qaynamağa başlayanda düşbərələrimizi tökürük. Düşbərələri tökdükc qarışdırın ki, bir-birinə yapışmasın.



Yeməyin suyu qaynayıb düşbərələr üzünə yığışanda 5-10 dəqiqə də bişirib götürürük. Bişməyə 10 dəqiqə qalmış bişmiş noxudu yeməyə əlavə edirik.

Hazır olmağa az qalmış nanə qurusu, duz və istiot tökürük.



Zövqə görə düşbərəni süfrəyə verəndə yanında sarımsaqla sirkə qoyulur. (Sarımsaq əzilib sirkə ilə qarışdırılır.)



Nuş olsun!

OXŞAR YAZILAR
.Tərəvəzli mərci şorbası
Ərzaqlar: 1 st mərci 1 ədəd kök 1 ədəd bibər 1 ədəd kartof 2 ədəd baş soğan 1 ç.q pomidor ləti 2 x.q əridilmiş kərə yağı 1 ç.q un Duz İstiot
.Brokoli şorbası
Ərzaqlar: 2 balaca baş brokoli 1 ədəd baş soğan 1ədəd kartof 1 ədəd kök 2 x.q əridilmiş kərə yağı 1 ç.q un Duz Istiot 5 st su ya da ət suyu
.Kartof ilə noxud şorbası
Ərzaqlar: 1 st bişmiş qabığı soyulmuş noxud 2 ədəd kartof 2 ədəd baş soğan 2 x.q əridilmiş kərə yağı 1 x.q pomidor məti(tomat) 1 x.q un 1 ç.q qur
.Darı şorbası
Ərzaqlar: 1/2 st darı 2 ədəd baş soğan 1 x.q pomidor məti(tomat) 2 x.q əridilmiş kərə yağı 1 ç.q nanə qurusu Duz İstiot 5 st ət ya da toyuq suy
.Kartof ilə noxud şorbası
Ərzaqlar: 1 st bişmiş qabığı soyulmuş noxud 2 ədəd kartof 2 ədəd baş soğan 2 x.q əridilmiş kərə yağı 1 x.q pomidor məti(tomat) 1 x.q un 1 ç.q qur
Şərh yaz
Adınız:
Email: saytda görsənməyəcək
Mətn
Kod gizli kod Yenilə
Kodu yaz

Şərhlər
jasmin (01 iyun 2014 13:32)
duz deyirsiniz men de ilk defeydi esdirdim noxudlu dusbereni mence dadli alinar
jasmin (01 iyun 2014 13:30)
ela hazirlanib mende hazirlayacam
Reseptaz (13 mart 2014 22:44)
Bu resepti aşbazlarımızın birinin kitabından götürüb hazırlamışdım.
xanim (28 fevral 2014 13:27)
birinci defedi gordum noxudla dusbere?
Reseptaz (18 fevral 2014 22:32)
Təşəkkerlər.
Teyyube (13 yanvar 2014 09:43)
mmmmmmmm,cox dadli gorsenir.noxudlu dushbere birinci defedi gorurem.ellerinize sagliq!!!

Bu saytdakı bütün reseptlər və üzərində resept.az logosu olan bütün şəkillər resept.az-a məxsusdur və heç bir halda izinsiz olaraq istifade edilə bilməz. Əlaqə üçün: reseptaz@yahoo.com adresinə müraciət edin.