Narlı ət qovurmalı plov



Ərzaqlar:



5-6 st uzun düyü

1 kq xırda doğranmış qoyun ya da mal əti

3 ədəd baş soğan

5-6 x.q əridilmiş kərə yağı

500 q təmizlənmiş şabalıd

2-3 ədəd nar dənəsi

3 x.q qatıq

1 ədəd yumurtq

Duz

Istiot

Zəfəran


Hazırlanması:

Zəfarıanın üstünə qaynar su töküb dəm almağa qoyuruq.

Narı dənələyirik.Nar gülövşə nar olsa yaxşı olar. Rəngi tünd qırmızı olacaq.

Düyünü yuyub islağa qoyduqdan sonra adi qaydada duzlu suda yarı hazır vəziyyətdə bişirib süzürük. Süzülmüş düyünün bir hissəsinə dəmlənmiş zəfəran tökürük. Düyünün bir hissəkinə narın suyunu töküb qarışdırıb tökə də bilərsiniz. Plovu süfrəyə verdikdə düyü üç rəngdə olacaq və plovunuz gözəl dadı ilə qəşəng görünəcək.




Süzdükdən sonra başqa bir qazanda az yağ töküb qızdırırıq.

Sonra yağın üstünə 3-4 böyük qaşıq düyüdən tökürüb yumurta ilə qatığı çalıb bura əlavə edib yaxşı qarışdırırıq.

Qarışığı qazanın dibinə hündürlüyü 1 sm olmaqla yayırıq.



Qalan düyünü əlavə edib üstünə yağ töküb vam odda dəm almağa qoyuruq. Qazanın qapağına dəsmal qoyub plovun ağzını örtürük.

Plovun qazmağını yuxa və ya yağlı xəmir ilə də edə bilərsiniz. Plov vam odda 1 saata dəm alacaq. (Plov qazanının altına tava, dəmir və. s qoymaq lazımdır ki qazmaq tez yanmasın həm də plov dəm alsın)



İndi isə narlı ət qovurmamızı hazırlayırıq.

Əti yuduqdan sonra hazır olanadək suda bişiririk. Ətin suyu qaynamağa başlayanda kəfini yığırıq. Duz əlavə edirik.Bişdikdə ocaqdan götürüb kənara qoyuruq.

Soğanın qabığını soyub yuyub dörd bölüb nazik doğrayırıq.



Doğranmış soğanın üstünə yağ duz əlavə edib qızılı rəngdə olanadək qovururuq.



Soğan qovrulduqdan sonra əti suyundan çıxarıb soğanın üstünə töküb 5-10 dəqiqə yağda qovururuq.



Təmizlənmiş şabalıdı tökürük. Zövqə görə duz və istiotuna baxıb tökürük. Dəmlənmiş zəfəran suyunu yeməyə əlavə edirik.



Az ətin suyundan əlavə edib vam odda dəm almağa qoyuruq.

Suyu çəkilib yağa düşdükdə hazır olacaq. Narlı ət qovurması hazır olduqda dənələnmiş narı yeməyə əlavə edirik.



Plovun düyüsünü qaba çəkib üstünə qaynar əridilmiş kərə yağı töküb qazmaqla və nar dənələri ilə bəzəyirik. Qovurmanı plovun yanında ayrıca qabda süfrəyə veririk.



Nuş olsun!

OXŞAR YAZILAR
.Tənbəl mantısı
Ərzaqlar: (4 nəfər üçün) Xəmir üçün: 3 st un 1 st su 1 ədəd yumurta 1 ç.q duz Yuxaları yaymaq üçün əlavə un İçlik üçün: 250 q çəkilmiş ət
.Sobada tərəvəzli kotlet
Ərzaqlar: 500 kq çəkilmiş qoyun əti 4 ədəd balaca baş soğan 2 ədəd kök 1 ədəd bibər 4-5 ədəd pomidor 150 q pendir 1 x.q əridilmiş kərə yağı + 2
.Toyuğun döş əti ilə sobada kartoflu yemək
Ərzaqlar: 1 ədəd toyuğun döş əti 2 ədəd kartof 4 x.q duru yağ 2 diş sarımsaq 50 q kaşar ya holland pendiri Duz İstiot Hazırlanması: Karto
.Toyuğun döş əti ilə bibərli yemək
Ərzaqlar: 1 ədəd toyuğun döş əti 2 ədəd bibər (hər birinin yarısı) 4 x.q duru yağ 1 balaca baş soğan 50 q kaşar ya holland pendiri 3 x.q pomidor
.Sobada qiyməli badımcan
Ərzaqlar: 6-7 ədəd badımcan 350 q çəkilmiş ət 2 ədəd baş soğan 2 ədəd pomidor 2 x.q əridilmiş kərə yağı 2 diş sarımsaq Duz İstiot Badımcanlar
Şərh yaz
Adınız:
Email: saytda görsənməyəcək
Mətn
Kod gizli kod Yenilə
Kodu yaz

Şərhlər
Reseptaz (11 dekabr 2014 22:18)
Nuş olsun.
Reseptaz (06 dekabr 2014 22:45)
nuş olsun.
Aysel (06 dekabr 2014 19:28)
Cox sag olun resept ucun. Hami beyendi plovu..
Reseptaz (05 dekabr 2014 22:18)
Təşəkkürlər.
Aysel (04 dekabr 2014 23:17)
Cox sag olun...
Reseptaz (04 dekabr 2014 22:14)
Salam. Ad gününüzü təbrik edirəm. Allah bütün arzularınıza çatdırsın. Hamınıza nuş olsun.
gulzar (04 dekabr 2014 20:30)
Nişanlım bizə gələndə bişirdim...Dadlı alındı.Çox sağolun.Allah razı olsun sizdən.Həqiqətən çox bəyənildi..
Aysel (04 dekabr 2014 10:12)
Salam. Sabah ad gunum olacaq. Qonaqlarim ucun biwirecem bu gun. Gorunuwu eladi. Cox sag olun gozel reseptler ucun.

Bu saytdakı bütün reseptlər və üzərində resept.az logosu olan bütün şəkillər resept.az-a məxsusdur və heç bir halda izinsiz olaraq istifade edilə bilməz. Əlaqə üçün: reseptaz@yahoo.com adresinə müraciət edin.