Nardança plov



Ərzaqlar:



1 ədəd toyuq

4 st uzun düyü

3 ədəd baş soğan

4-5 x.q əridilmiş kərə yağı

1 ədəd nar

200-250 q təmizlənmiş şabalıd

1/2 st kişmiş

6-7 ədəd qaysı

Sarıkök ya da zəfəran

Duz

Istiot

Qazmaq üçün:



1 st un

Bir çimdik duz

2 x.q xama

3 x.q əridilmiş kərə yağı


Hazırlanması:

Qazmaq üçün una duz, xama və yağ əlavə edib xəmiri yoğururuq.



Toyuğu təmizləyib yuyub duzlu suda yarı hazır olanadək bişiririk.



Kişmişi, qaysını və şabalıdı təmizləyib yuyuruq.



Soğanın qabığını soyub yuduqdan sonra dörd bölüb nazik doğrayırıq.



Soğana yağ duz əlavə edib qızılı rəngdə olanadək qovururuq.



Qovrulmuş soğana əvəl şabalıdı əlavə edib düz səpib 2-3 dəqiqə qovururuq. Sonra qaysi ilə kişmişi töküb yenə 3-5 dəqiqə vam odda qovururuq.



Nar dənəsini soğanlı qovurmaya töküb qarışdırırıq.



Toyuğu sudan çıxarıb az duz və isriotlayıb hazırladığımız soğanlı qovurmanı toyuğun içinə doldururuq.



Adi qydada düyünü duzlu suda bişirib süzürük. Üstünə zəfəran suyu ya da sarıkök səpirik.



Hazırladığımız xəmiri oxlovla 0,5 mm qalınlıqda yayırıq.



Plovu dəmə qoyacağımız qazana az yağ töküb istidirik. Sonra yayılmış yuxanı qazanın dibinə yerləşdiririk. Xəmiri stəkanın ağızı ilə kəsirik. İstədiyiniz formada fiqurlar kəsə bilərsiniz.



Xəmirin üstünə düyüdən az tökürük.



İçi doldurulmuş toyuğu düyünün üstünə qoyuruq.



Əgər içlikdən qalıbsa toyuğun üstünə tökürük.



Qalan düyünü toyuğun üstünə tökürük. Yağ töküb qazanın qapağına dəsmal qoyub plovu vam odda dəm almağa qoyuruq. Plov bir saata dəm alacaq.



Plov dəm aldıqdan sonra düyünü təpəçik şəklində qaba yığıb üstünə toyuğu qoyub, yağ töküb qazmaq qoyub bəzəyib süfrəyə veririk.





Nuş olsun!


OXŞAR YAZILAR
.Yumşaq ət kotleti
Ərzaqlar: 500 q çəkilmiş ət 1 ədəd baş soğan 4 x.q suxarı ½ st su 2 x.q duru yağ 1/3 limon suyu Duz İstiot Ç.q ucunda sarıkök 1 ç.q nan
.Toyuq kotleti
Ərzaqlar: 500 q toyuğun döş əti 100 qr quyruq 1 ədəd baş soğan 3 x.q suxarı 1/3 st su 1 x.q duru yağ Ç.q ucunda sarıkök Duz İstiot Qızartma
.Kiyev kotleti 2
Ərzaqlar: 600 q toyuğun döş əti 100 q kərə yağı Duz İstiot 2 ədəd yumurta 5-6 x.q un 8-9 x.q suxarı Qızartmağa duru yağ Hazırlanması:
.Qovurmalı əriştə plovu
Ərzaqlar: 500 q xırda doğranmış quzu əti 100-150 q quyruq 2 ədəd yuxanın əriştəsi 3 st düyü 4 ədəd baş soğan 4 x.q əridilmiş kərə yağı Duz İst
.Tənbəl mantısı
Ərzaqlar: (4 nəfər üçün) Xəmir üçün: 3 st un 1 st su 1 ədəd yumurta 1 ç.q duz Yuxaları yaymaq üçün əlavə un İçlik üçün: 250 q çəkilmiş ət
Şərh yaz
Adınız:
Email: saytda görsənməyəcək
Mətn
Kod gizli kod Yenilə
Kodu yaz

Şərhlər
Reseptaz (13 mart 2014 21:26)
Çox sağ olun.
naara (10 mart 2014 21:38)
cox isime yaradi tesekkurler.

Bu saytdakı bütün reseptlər və üzərində resept.az logosu olan bütün şəkillər resept.az-a məxsusdur və heç bir halda izinsiz olaraq istifade edilə bilməz. Əlaqə üçün: reseptaz@yahoo.com adresinə müraciət edin.