Nar turşulu toyuq ilə kartof qızartması



Ərzaqlar:



1 kq toyuq əti

10 ədəd kartof

2 ədəd baş soğan

3 x.q nar turşusu (şərab)

3-4 x.q birki yağı

Duz

Istiot


Hazırlanması:

Soğanın qabığını soyub yuduqdan sonra doğrayırıq.



Kartofun qabığını soyub yuyub uzunsov doğrayırıq.



Toyuğun ətini təmizləyib yuyuruq. İki qab götürürük. Bir qaba toyuğun ətini tökürük. O biri qaba doğradığımız kartofu tökürük.

Hər ikisinə doğranmış soğan, bitki yağı, turşu, duz və istiot töküb yaxşı qarışdırırıq.





Qarışığı soba torbasına hər ikisindən qoyaraq doldururuq.



Torbanın ağzını bağlayırıq.



200 dərəcədə qızdırılmış sobada 1 saat bişiririk. Sonra toyuq ətinin və kartofun qızarması üçün torbanı üstdən kəsirik. Bir üzü qızaran kimi o biri üzünü də çevirib qızardırıq. Yemək hazırdı.



Yeməyi qaba yığıb zövqə uyğun bəzəyib, süfrəyə veririk.



Nuş olsun!


OXŞAR YAZILAR
.Sobada toyuq əti qızartması
Ərzaqlar: 1,5 kq toyuğun bud dibi əti (toyuq əti) 2 x.q pomidor məti (tomat) 2 x.q alça turşusu 1/3 st zeytun yağı 3 x.q qatıq Duz
.Sarımsaqlı toyuq əti qızartması
Ərzaqlar: 1,5 kq toyuğun bud dibi əti (toyuq əti) 1/3 st zeytun yağı 9-10 ədəd sarımsaq Duz Istiot əlavə duru yağ qızartmaq üçün
.Kələfir-2
Ərzaqlar: 2 kq böyük tikələrə bölünmüş ət 4 ədəd pomidor 2 ədəd şirin bibər 4-5 ədəd orta ölçülü baş soğan Duz Istiot Hazırlanmas
.Narlı ət qovurmalı plov
Ərzaqlar: 5-6 st uzun düyü 1 kq xırda doğranmış qoyun ya da mal əti 3 ədəd baş soğan 5-6 x.q əridilmiş kərə yağı 500 q təmizlənmiş şabal
.Ətli nar qovurma
Ərzaqlar: 1 kq xırda doğranmış qoyun ya da mal əti 3 ədəd baş soğan 3-4 x.q əridilmiş kərə yağı 500 q təmizlənmiş şabalıd 2 ədəd nar dən
Şərh yaz
Adınız:
Email: saytda görsənməyəcək
Mətn
Kod gizli kod Yenilə
Kodu yaz


Bu saytdakı bütün reseptlər və üzərində resept.az logosu olan bütün şəkillər resept.az-a məxsusdur və heç bir halda izinsiz olaraq istifade edilə bilməz. Əlaqə üçün: reseptaz@yahoo.com adresinə müraciət edin.