Nar bilərziyi salatı



Ərzaqlar:



1 ədəd toyuğun döş əti

2 ədəd qırmızı çuğundur

3 ədəd kartof

2 ədəd yerkökü

3 ədəd yumurta

2 ədəd narın dənəsi

2/3 st qoz ləpəsi

Mayonez

Duz

İstiot


Hazırlanması:

Toyuğun döş ətini suda duz töküb bişiririk. Soyuduqdan sonra əlimizlə nazik uzun didirik.



Kartof, yerkökü və yumurtanı suda bişiririk. Soyuyandan sonra qabıqlarını təmizləyib, hamısını ayrı-ayrı qablara sürtgəcin böyük gözündən keçiririk.







Qırmızı çuğunduru suda bişiririk. Soyuduqdan sonra qabığını təmizləyib, sürtgəcin böyük gözündən keçiririk.



Qozu bıçaqla doğrayırıq ya da sürtgəcin böyük gözündən keçiririk.



Bir düz boşqab götürüb ortasına stəkan qoyuruq.



1-ci kartofu töküb, duzlayıb, mayonezləyirik.



2-ci çuğundurun yarısını töküb duzlayıb, qoz  səpib, mayonezləyirik.



3-cü yerkökünü töküb duzlayıb, mayonezləyirik üstünə qoz səpirik.



4-cü toyuğun döş ətini töküb, duzlayıb, mayonezləyirik qalan qozu səpirik.



5-ci yumurtanı töküb duzlayıb, mayonezləyirik.



6-cı çuğundurun qalanını töküb duzlayıb, mayonezləyirik.



7-ci nar dənələrini salatın üstünə düzürük.



Stəkanı salatın ortasından çıxardırıq. Salatımız hazırdır.





Nuş olsun!


OXŞAR YAZILAR
.Asan Sezar salatı
(4 nəfərlik) Ərzaqlar: 500 q toyuğun döş əti 100 q pendir 2 ədəd kahı 1/2 (yarım) çörək 1 diş sarımsaq 3 x.q zeytun yağı Duz İstiot Sosu üç
.Ananaslı toyuq salatı 2
Ərzaqlar: 5 ədəd konserv olunmuş ananas halqası 100 q pendir 200 q toyuğun döş əti 50 q qoz ləpəsi 4-5 x.q mayonez Duz Balaca dəstə şüyüd 1 əd
.Paytaxt salatından yolka
Ərzaqlar: 200 q ət 3 ədəd kartof 3 ədəd yumurta 2 ədəd kök (orta ölçülü) 2 ədəd tər xiyar(orta ölçülü) 2 ədəd turşu xiyar(orta ölçülü) 200 q gö
.Toyuqlu bibər salatı
Ərzaqlar: 3 ədəd rəngli bibər 2 ədəd təzə xiyar 1 ədəd toyuğun döş əti 1 ədəd kök Balaca dəstə şüyüd Duz İstiot Mayonez Hazırlanması: Tə
.Bibər salatı
Ərzaqlar: 3 ədəd rəngli bibər 1 ədəd toyuğun döş əti 1 ədəd kök Balaca dəstə cəfəri Duz İstiot 4-5 x.q duru yağ (zeytun yağı) Hazırlanması:
Şərh yaz
Adınız:
Email: saytda görsənməyəcək
Mətn
Kod gizli kod Yenilə
Kodu yaz

Şərhlər
Asya (09 noyabr 2016 14:28)
sabah menim dogum gunumdur. men bugun bu salatdan hazirladim. cox amma cox gozel alindi. ancaq cugunduru sevmediyim ucum atmadim. hec bir sey olma??????
Anar (06 noyabr 2016 18:46)
...
Gulya (18 avqust 2016 12:36)
elaaaaaa
Reseptaz (19 may 2016 09:06)
dadlı olur. nuş olsun
Ayten (18 may 2016 17:23)
super hazirlayacam
Revane (31 dekabr 2015 14:49)
Men indi baxdim resepte indi hazırlayıram inaniram yaxsi olacaq tesekkurler
Gulnise (13 iyun 2015 15:24)
bu salati ad gunume ozum bisirmek isteyireemmmmm.......
Gulnise (13 iyun 2015 15:22)
eminem ki razi olaram.ve dadli olarr.
Gulnise (13 iyun 2015 15:21)
metanet eliverdiyevanin verilisinde 1 saat once dinledim.erzaqlarin dogranib dogranmamasina gore internetden arasdiriram
Reseptaz (01 yanvar 2015 01:16)
Nuş olsun.
natiqe (31 dekabr 2014 15:43)
Ela ozum de bisirirem
Reseptaz (29 dekabr 2014 23:20)
Nuş olsun.
Qosqar (28 dekabr 2014 20:37)
Çox dadlıdır
Reseptaz (06 dekabr 2014 22:47)
nuş olsun.
Aysel (06 dekabr 2014 21:40)
Defelerle elemiwem bu salatdan. Coox sevirik. Tewekkurler...
Reseptaz (12 noyabr 2014 22:21)
Təşəkkür edirəm hamıya nuş olsun.
Aynur (20 oktyabr 2014 02:49)
cox sagolun...men bu salatin reseptini coxdan axtarirdim
Gunes (11 oktyabr 2014 17:09)
super
zeyneb (04 oktyabr 2014 15:48)
Maraqlıdı hazırlsyacam
Nermin (30 sentyabr 2014 22:42)
Salam bu salata cugundur qatmasaq olar?
Leyla (23 sentyabr 2014 18:35)
Melumatiniz ucun tesekkurler.Bu salat cox lezzetli salatdir.Elemeye deyer.
Reseptaz (19 avqust 2014 08:53)
Çox sağ olun.
xanim (18 avqust 2014 18:09)
twkr
Leman (01 avqust 2014 19:11)
ela indi eliyecem bazarda baxim nar var varsa eliyecem cox sadedi tesekkurler....
Sekne (25 iyul 2014 08:41)
Salam bu saytda olanlarin sabahi xeyir olsun!
Reseptaz (24 iyul 2014 17:24)
tesekkurler
Sekne (24 iyul 2014 17:14)
Salam men bu salati elemiwem ve cox gozel alinmiwdi bu salati kim duzeldib reseptini yazibsa ona gozel dekarasyon veribse onlardan cox minnetdaram
Reseptaz (19 mart 2014 21:44)
Salam. Biz istifadə etməmişik. siz istəyirsiniz tökə bilərsiniz.nuş olsun.
Naza (13 mart 2014 17:14)
Bes bu salata soqan getmir.Indiden tewekkur edirem
Reseptaz (19 fevral 2014 21:51)
Təşəkkürlər.
ruqiye (30 dekabr 2013 11:51)
xowuma gelir salatlar
cehun (24 dekabr 2013 20:30)
yeni daha neler var
jale (23 dekabr 2013 21:08)
maraqli görünür.yeqin ki dadida ela olar. mende yeni salat reseptleri istiyirem
raul (23 dekabr 2013 20:13)
men qeyri adi salatlardan isteyirem ama ucuz bawa gelsin
fidan kuliyeva.06 (22 dekabr 2013 12:48)
men yemeyi cox sevirem
sevinc (26 oktyabr 2013 21:59)
gobelek salati
tez hazirlanan salatdir amma hec hazirlamamisam
rehime (26 oktyabr 2013 21:54)
kok biber xiyar toyuq sinesi moyonez duz istiot

Bu saytdakı bütün reseptlər və üzərində resept.az logosu olan bütün şəkillər resept.az-a məxsusdur və heç bir halda izinsiz olaraq istifade edilə bilməz. Əlaqə üçün: reseptaz@yahoo.com adresinə müraciət edin.