Napoleon tortu



Ərzaqlar:

Xəmir üçün:



4 st un

2 ədəd yumurta

1/2 ç.q duz

2 ç.q sirkə (6%-li)

1st ilıq su (təxminən)

500-600 q kərə yağı

Yağa və yaymağa əlavə un

Krem üçün:



1 banka qatılaşdırılmış süd

200 q kərə yağı

1/2 paket vanil (5q)

Qeyd:Bu torta bişirilmiş kremdən də istifadə edə bilərsiniz.

(Zavarnoy)

Üzünə və aralarına səpmək üçün:

Qoz ləpəsi.


Hazırlanması:

Kremi hazırlamaq üçün baxın: Qatılaşdırılmış süd ilə yağlı krem

Xəmiri hazırlamaq üçün una yumurta, duz, sirkə və su əlavə edib normal xəmir yoğururuq.



Xəmirin üstünə sellofan örtüb  20-30 dəqiqə saxlayırıq.



Yağı iki hissəyə bölürük. Hər bir hissə 250 q olmaq şərti ilə yumşalmış yağın üstünə 2-3 x.q un töküb əlimizlə az əzib yayırıq.

Xəmiri iki hissəyə bölüb hər bir hissəsini yuxa kimi yayıb 1 sm qalınlıqda açırıq. Hər iki yuxanın ortasına hərəsinə 250 q  əzdiyimiz yağı qoyuruq. Hər iki xəmiri eyni qayda ilə hazırlayırıq.



Şəkildəki kimi bükürük.









(Xəmiri yayarkən ehtiyatla yaymaq lazımdır ki, yağı içindən çıxmasın)

I dəfə:

Bükülmüş xəmiri 1 sm qalınlıqda yayıb aşağıdakı şəkildəki kimi büküb sellofanın içinə qoyub 10-15 dəqiqə soyuducuda  saxlayırıq.







II. dəfə

Xəmiri çıxardıb eyni qayda ilə yayıb bükürük yenə 10-15 dəqiqəlik soyuducuya qoyuruq.

III. dəfə

Bir də xəmiri eyni qaydada yayıb bükürük yenə 10-15 dəqiqəlik soyuducuya qoyuruq.

IV. dəfə

Bir də xəmiri eyni qaydada yayıb bükürük yenə 10-15 dəqiqəlik soyuducuya qoyuruq.

V. dəfə

Bir də xəmiri eyni qaydada yayıb bükürük yenə 10-15 dəqiqəlik soyuducuya qoyuruq.

VI. dəfə

Xəmiri soyuducudan çıxarıb 0,5 sm qalınlıqda yayırıq.



Yayılmış yağlı xəmiri iki hissəyə bölürük. Hər bir xəmirin hissəsinin eni 23-24 sm uzunluğu isə 32-33 sm olacaq.Bu qayda ilə ikinci xəmiri də yayıb yarıya bölürük.



Qaba kağız sərib xəmiri qoyuruq. Çəngəl ilə deşdəkləyirik.



Sobanı 200 dərəcədə qızdırırıq. Xəmiri sobaya bişməyə qoyuruq. Xəmir 15 dəqiqəyə bişəcək.



Bu qayda ilə qalan 3 yayılmış yağlı xəmiri bişiririk.



Layların hər birinin üst  və alt qırıntılarından bir az təmizləyirik. Yanlarını eyni  ölçüdə az kəsib düzəldirik.



Bir layı qoyub kremləyirik. Zövqə görə qoz doğrayıb tökürük.



Qalan qatları da bu qayda ilə kremləyib qoz tökürük. Axırıncı layı qoyub üzünü və yanlarını kremləyirik.



Topladığımız qırıntıları ovduqdan sonra üzünə səsəpirik və yanlarına vururuq.



Zövqə görə üstünə əlavə olaraq qoz qırıntıları səpirik.



Nuş olsun!


OXŞAR YAZILAR
.Vanilli kəsmikli piroq
Ərzaqlar: Xəmir üçün: 1,5 st un 100 q kərə yağı 2 x.q şəkər tozu İçlik üçün: 600 q kəsmik 4 ədəd yumurta 1 paket vanil 1/2 st
.Nağıl tortu
Ərzaqlar: Biskvir üçün: 6 ədəd yumurta 1 st un 1 x.q buğda nişastası 1 st şəkər tozu 1/2 paket vanil Krem üçün: 1 banka qatılaş
.Kişmişli kəsmikli balaca kekslər
Ərzaqlar: 200 q kəsmik 200 q kərə yağı 2 st un 1 st şəkər tozu 2 ədəd yumurta 1/2 st kişmiş 1 paket qabartma tozu 1 paket vanil
.Limonlu kəsmikli piroq
Ərzaqlar: Xəmir üçün: 2-2,5 st un 200 q kərə yağı 1/2 st st şəkər tozu 1 paket qabartma tozu İç üçün: 400 q kəsmik 2 ədəd yumur
.Moruqlu kəsmikli piroq
Ərzaqlar: Xəmir: 1,5 st un 1 ədəd yumurta 100 q kərə yağı 2 x.q şəkər tozu İçlik üçün: 600 q kəsmik 100 q xama 4 x.q şəkər to
Şərh yaz
Adınız:
Email: saytda görsənməyəcək
Mətn
Kod gizli kod Yenilə
Kodu yaz

Şərhlər
Reseptaz (07 aprel 2014 22:15)
İnşallah əla alınar. Nuş olsun.
Cinare (06 aprel 2014 21:26)
Cox sagolun biwirerik dadinda size deyerik
Reseptaz (18 mart 2014 23:45)
Tesekkurler, sizlerin de bayrami mubarek olsun
Rehimli Rehime (18 mart 2014 23:25)
Salam aleykum,Bahar bayraminiz mubarek insAllah nece bele mubarek gunlere.Gozel reseptlere gore Allah razi olsun,tesekkur edirem.
Reseptaz (04 mart 2014 21:53)
Təşəkkürlər.
ilham (22 fevral 2014 17:04)
salamlar diləyirəm
Reseptaz (08 fevral 2014 16:48)
Hamınıza təşəkkür edirik.
Xalide xanim (02 fevral 2014 00:39)
Cox sagolun.Cox yaxsi reseptlerdi.Tesekkurler
jale xanim (01 fevral 2014 23:52)
Cox sagolun,gozel reseptleri paylasdiginiz ucun
Reseptaz (01 fevral 2014 19:47)
Nadiye xanım xəmiri yayanda ehtiyatla etmək lazımdı ki, yağ çıxmasın. Çıxanda unlayın. Bir də soyuducuya qoyun donsun. Əvvəlcədən yuxasını qalın edin ki, yağ çölə çıxmasın.Düzdü adama çətin gəlir vaxt aparır amma bu xəmirlə nə bişirsəniz dadlı alınacaq.Hamınıza təşəkkür edirəm.
Nadiye (31 yanvar 2014 23:02)
Salam men xemiri eledim amma icinden yagi cixir .neyneye bilerem?
Nazenin (31 yanvar 2014 10:53)
ellerinize saglig
Nazenin (31 yanvar 2014 10:52)
(Y)
Teyyube (14 yanvar 2014 15:19)
Salamlar herkese...men bu tortu qat qat xemirsiz hazirlamishdim coxda gozel dadi var.bunuda deneyerem.tshkr!!!
seide (14 yanvar 2014 14:30)
cgkhilhiuyhjbgh
ilknur (25 dekabr 2013 21:31)
cok eziyyetlidir ufffffffffffffffffffffffffffffffffffffffffff
Reseptaz (17 noyabr 2013 19:05)
bu torta gore bu eziyyete deyer, cox dadli olur..
taleh (17 noyabr 2013 15:36)
buna əziyyət cəkmək lazimdir



Bu saytdakı bütün reseptlər və üzərində resept.az logosu olan bütün şəkillər resept.az-a məxsusdur və heç bir halda izinsiz olaraq istifade edilə bilməz. Əlaqə üçün: reseptaz@yahoo.com adresinə müraciət edin.