Napoleon tortu - 2



Ərzaqlar:

Xəmir üçün:



3 st un

200 q kərə yağı

1/4 st su

1 ədəd yumurta

2 ç.q uksus

0,5 ç.q soda

ç.q ucunda duz

Krem üçün:



200 q kərə yağı

1 banka qatılaşdırılmış süd

1 paket vanil


Hazırlanması:

Ələnmiş unun üstünə kərə yağını qoyub bıçaqla xırdalanana qədər döyəcləyirik.



Sonra üstünə duzu, sodanı, uksusu, yumurtanı və suyu əlavə edib xəmiri qarışdırırıq.



Əlimiz ilə xəmiri düzəldirik.



Xəmirdən 4 böyük bir balaca kündə düzəldirik. Sellofana qoyub 30-45 dəqiqə soyuducuda saxlayırıq.



Kremi hazırlamaq üçün yumşaq kərə yağını mikserlə ağaranadək çalırıq.



Sonra vanili və qatılaşdırılmış südü də əlavə edib bərkiyənə qədər çalırıq.



Xəmir kündələrini kağız üzərində əvvəl əlimizlə sonra oxlovla diametri 28 sm olmaqla yayırıq.



Yaydığımız xəmiri qabın içinə qoyuruq. 10-15 yerdən çəngəl ilə destəkləyirik.



180 dərəcə qızdırılmış sobada 15 dəqiqəyə bişiririk.



Hamısını bu şəkildə bişiririk. Balaca kündəni də qalınlığı böyük kündələr kimi yayıb bişiririk. Layların yan tərəfləri bərabər olsun deyə qab qoyub yanlarını kəsirik.



Yanlardan çıxan və balaca layı əlimizlə ovuruq. Qatlara krem çəkib yanını da kremləyirik.



Ovuntunu üstünə səpirik.



Bir neçə saatdan sonra tortu kəsib süfrəyə verə bilərsiniz.



Nuş olsun!


OXŞAR YAZILAR
.Moruqlu keks
Ərzaqlar: 100 q kərə yağı 3 ədəd yumurta 1 st şəkər tozu 1/2 st qatıq 2,5 st un 1 st moruq 1 paket qabartma tozu 1 paket vanil Hazırlanması
.Bananlı qurabiyəli toplar
Ərzaqlar: (10 qram olmaqla 40 ədəd top alınır) 2 banan 30 q qovrulmuş fındıq ləpəsi 30 q qovrulmuş qoz ləpəsi 1 paket qurabiyə Müxtəlif bəzəklər
.Xurma və ləpələrdən şokaladlı toplar
Ərzaqlar: Üstü üçün: 1 paket tünd şokalad İçi üçün: 200 q xurma 50 q fındıq 50 q qoz 50 q yer fındığı 50 q kajo 50 q qara kişmiş 100 q kərə y
.Çiçək qurabiyə
Ərzaqlar: 150 q kərə yağı 1 st şəkər pudrası 1 ədəd yumurta 1/2 st duru yağ (qarğıdalı yağı) 1 paket vanil 3 st un 2 x.q kakao Üzünə fındıq lə
.Almalı köklü keks
Ərzaqlar: 1 ədəd alma 1ədəd kök 50 q qoz ləpəsi 3 ədəd yumurta 1st şəkər tozu 1/2 st duru yağ 2 st un 1 paket qabartma tozu 1 x.q darçın H
Şərh yaz
Adınız:
Email: saytda görsənməyəcək
Mətn
Kod gizli kod Yenilə
Kodu yaz

Şərhlər
aysel (27 dekabr 2016 14:58)
bayraminiz mubarek nece bele illere nus olsun 2017
Reseptaz (19 mart 2015 23:59)
Salam. Bayramınız mübarək. Olar. Nuş olsun.
xurus (18 mart 2015 17:07)
Salam herkesin bayramı münasibətilə təbrik edirəm sizlere uzun omur can sağlığı arzu edirəm xanim bunun arasına qozda vurmaq olarmi?
Reseptaz (28 yanvar 2015 22:42)
Necə istəyirsiniz. Nuş olsun.
mehri (27 yanvar 2015 14:10)
Salam qatilasditilmis sudu evvelceden bisiririk? Xahis edirem cavab yazardiz cox sag olun
Reseptaz (29 dekabr 2014 23:09)
Nuş olsun.
NEZRIN (29 dekabr 2014 16:39)
Xoşuma geldi çox sağolun
Sahile (29 dekabr 2014 16:30)
cox sag olun
Reseptaz (17 dekabr 2014 22:39)
Qalanda krem yumşaldır. Nuş olsun.
totu (16 dekabr 2014 21:45)
men bunu hazirlayanda berk cixir
Reseptaz (18 avqust 2014 10:14)
İnanırıq ki yaxşı alınacaq.
Gulicka (31 iyul 2014 16:48)
Mende hazirlamaq isteyirem hazirlayib neticeni yazacam insAllah.
aysen (03 iyun 2014 18:02)
hec xosuma gelmedi belkede hazirlaya bilmedim offff
Reseptaz (24 aprel 2014 09:49)
salam, xeyir ele quru olmur. sirke de istifade ede bilersiniz amma reseptin ozu uksusladir
nergiz (21 aprel 2014 16:31)
sirke tokmek isteyirem tecili cavab yazin xais edirem
aysel (29 mart 2014 21:25)
ela tortdu amma bunu kremleyerken fetirlerin ustune kemsirun su ile bir az isladanda quru olmur
xedice (29 mart 2014 10:30)
Salam.bu quru olmur? Yuxa kimi yeni kesende qirilmir???
Reseptaz (06 dekabr 2013 09:22)
nush olsun, tesekkurler
nermin (06 dekabr 2013 08:34)
sagol ki men sizin sayenizde napalyon tortunun nece asan oldugun anladim.
Reseptaz (05 dekabr 2013 09:41)
Seva xanim, uksus dediyimiz, plastik qablarda satilan bildiyimiz qara uzum sirkesidir- rekli ve faizi az olanlar, kicik butulkalardaki seffaf olanlar yox.. yaxsi olar ki, kagiz isledin, sizin ucunde rahatdir, yapishmir..
seva (04 dekabr 2013 19:34)
zehmet olmasa sualima cavab yazardiz.....
seva (03 dekabr 2013 23:15)
SALAM SORUSMAQ ISTEYIREM UKSUS NEDI ?TURSUYA ATILAN ESENS YOXSA SIRKE DEQIQ BILMEDIM EVDE SIRKE VAR.BIRDE KAGIZ OLMASA NECE ETMEK OLAR...LISTI YAGLASAM OLAR?TESEKKUR
iranə (13 noyabr 2013 21:09)
napoleon tortunu çox sevirəm! mütləqqq hazırlayacağam!
Shefeq (13 noyabr 2013 13:56)
Dadlı görünür.Mütleq hazırlayacam.....
Reseptaz (29 oktyabr 2013 09:30)
Salam, xos sozlerinize gore tesekkur edirem. shokolad zovqe goredir, inaniram ki, tortunuz ela cixib.. tesekkurler haminza
jale (28 oktyabr 2013 23:08)
mende beyaq hazirldim.ustune skolat tokdum super cixdi.birde yuxani serbetliyende yumusaq olur.
ULYA (28 oktyabr 2013 20:54)
men sokoladla da edirem,qeseng cixir
jale (28 oktyabr 2013 15:12)
tordun ustune skolat toksem nece olar?zehmet olmasa cvb yazinda.
jale (28 oktyabr 2013 15:09)
tordun ustune skolat toksem nece olar?zehmet olmasa cvb yazinda.
jale (28 oktyabr 2013 12:41)
choox gozeldir elerinize sagliq.

Bu saytdakı bütün reseptlər və üzərində resept.az logosu olan bütün şəkillər resept.az-a məxsusdur və heç bir halda izinsiz olaraq istifade edilə bilməz. Əlaqə üçün: reseptaz@yahoo.com adresinə müraciət edin.